Burada yerə zibil atanlar təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilir VİDEO
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə ətrafı çirkləndirənlər təhlükəsizlik kameraları ilə aşkar edilərək cərimələnib.
Toplanan zibillər reklam lövhələrində nümayiş etdirilib.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, Kırıkkale Bələdiyyəsi ətraf mühitin təmizliyi mövzusunda maarifləndirmək üçün diqqətəlayiq bir layihə həyata keçirdi.
Şəhərin müxtəlif nöqtələrindəki təhlükəsizlik kameraları vasitəsilə insanların yerə siqaret kötükləri və zibil atamağı aşkarlanıb. Nəzarət mərkəzində yerləri müəyyən edilən bu şəxslər polis qrupları tərəfindən cərimələnib.
Şəhərin küçə və prospektlərindən bir saat ərzində yığılan tullantılar "Bu zibil bu küçədən 1 saata yığılıb" yazısı ilə reklam lövhələrində nümayiş etdirilib. Tətbiq ətraf mühitin çirklənməsinin dərəcəsini vətəndaşların diqqətinə çatdırmaq məqsədi daşıyıb.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















