Buraxılış imtahanında yüksək nəticə göstərən Səma İsmayılova: Maliyyə ixtisası üzrə təhsil almaq istəyirəm
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 17 aprel, AZƏRTAC
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən şagirdlərdən biri də Səma İsmayılovadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, Badamlı qəsəbə tam orta məktəbində təhsil alır. Səma da bütün şagirdlər kimi, qazandığı bu uğurun onu hədsiz sevindirdiyini və məqsədinə yaxınlaşdırdığını deyir. “Göstərdiyim yüksək nəticə özümdən daha çox, bəlkə də, valideynlərimə və müəllimlərimə böyük sevinc bəxş etdi. Üzərimdə əməyi olanlara, mənə inanan hər kəsə təşəkkürümü bildirirəm. Gələcəkdə imtahan verəcək bütün abituriyentlərə demək istəyərdim ki, önəmli məsələ çox oxumaq yox, nəyi necə oxumağı bilməkdir. Hazırda ikinci qrup üzrə qəbul imtahanlarına hazırlaşıram. Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə təhsil almaq istəyirəm. Gələcəkdə Vətənimə layiqli bir vətəndaş olmaq ən böyük məqsədimdir”.
Səmanın atası Firəddin İsmayılov Birinci Qarabağ müharibəsində iştirak edib, qazidir. O övladının qazandığı uğurla fəxr etdiyini bildirir. “Nəticələr açıqlananda təbii ki, bir valideyn olaraq çox sevindim. Bütün valideynlərə arzulayıram ki, hər birinə övladının sevincini görmək nəsib olsun. Heç bir șagirdin əziyyəti boşa getməsin. İlk olaraq qızımın müəllimlərinə təşəkkür edirəm. Ona bu yolda kim dəstək durubsa, hər birinə çox sağ ol deyirəm. Bir qazi olaraq həm də onu deyirəm ki, Vətənimiz üçün bilikli, intellektual gənclər yetişdirmək hamımızın borcudur”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 Aprel 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















