Icma.az
close
up
RU
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? Ekspertdən AÇIQLAMA

Şagirdlər buraxılış imtahanından niyə narazıdır? Ekspertdən AÇIQLAMA

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, 2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi ilə bağlı araşdırma aparılıb.

Araşdırmanın nəticələrinə əsasən, iştirakçılar imtahanın çətinliyini beşballıq şkala üzrə orta hesabla 4,19 balla qiymətləndiriblər. İştirakçıların açıq cavablarında ən çox tapşırıq və mətnlərin uzunluğu, vaxt çatışmazlığı, sualların çətinliyi və gözlənilməz tapşırıqlar qeyd olunub.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Elmin Nurizadə bildirib ki, imtahan suallarının şagirdlərə çətin görünməsi onların hazırlıq səviyyəsi ilə bağlı ola bilər:

"Ümumiyyətlə, testologiyanın öz prinsipləri var. Buraxılış imtahanları da test formatında hazırlanır. Testologiyanın beynəlxalq standartlara əsaslanan prinsiplərinə görə, təqdim olunan suallar çətinlik səviyyəsinə uyğun olaraq sadə, orta və çətin olmaqla üç qrupa bölünür. Bu bölgü riyazi baxımdan düzgün aparılmalıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan suallarda da bu prinsipə əməl olunur.

Bu prinsipin tətbiq olunduğu mərhələdə, yəni sadə, orta və çətin sualların təqdim edildiyi imtahanda bəzi suallar ayrı-ayrı şagirdlərə çətin görünə bilər. Bu, subyektiv çətinlik adlanır. Təsəvvür edin ki, qarşımızda bir sual kitabçası var və burada üçlü bölgü prinsipi tətbiq olunub. Bir sual sizə sadə, mənə isə çətin görünə bilər. Bu, subyektiv çətinlikdir və onun əsas səbəblərindən biri şagirdin hazırlıq səviyyəsi ilə bağlıdır. Amma şagird üçün sualın niyə çətin olması tamam başqa məsələdir. Fakt budur ki, sualın çətin görünməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, sual sadə olsa belə, onun təqdimetmə forması və ya məzmununun quruluşu şagirddə çaşqınlıq yarada bilər”.

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin sualları təsdiqlənmiş vahid tədris proqramı əsasında hazırlanır:

"Lakin proqram baxımından Dövlət İmtahan Mərkəzinin sualları şagirdlərin tabe olduğu vahid tədris proqramından kənara çıxmır. İstər buraxılış, istərsə də blok imtahanları üçün suallar Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiqlənən vahid tədris proqramı əsasında hazırlanır.

Bu baxımdan, yaranan problemin məsuliyyətini yalnız sualları təqdim edən qurumun üzərinə qoymaq düzgün deyil. Əsas sual budur: məktəblər şagirdləri təsdiqlənmiş tədris proqramı əsasında niyə lazımi səviyyədə hazırlaya bilmir? Nəticədə şagirdlər repetitor yanına getməli, ailələr isə əlavə vəsait xərcləməli olurlar. Bu proses şagirdlərdə psixoloji gərginlik də yaradır. Nəticədə imtahan zamanı sualların şagirdlərə subyektiv olaraq daha çətin görünməsi ehtimalı artır”.

Fəridə Əsədzadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri