Icma.az
close
up
RU
“Burevestnik” sınaqdan keçdi // Rusiya nüvə balansını dəyişdirə biləcəkmi?

“Burevestnik” sınaqdan keçdi // Rusiya nüvə balansını dəyişdirə biləcəkmi?

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Federasiyası “Burevestnik” adlı nüvə enerji qurğusuna malik qanadlı raketin sınaqlarını uğurla yekunlaşdırdığını açıqlayıb. Prezident Vladimir Putinin sözlərinə görə, belə bir raket hazırda heç bir ölkənin arsenalıda yoxdur.
“Sənaye nümayəndələrinin hesabatı və Müdafiə Nazirliyinin qiymətləndirmələri əsasında demək olar ki, bu, dünyada analoqu olmayan unikal silahdır. Bir çox beynəlxalq ekspertlər bu layihəni “tarixi baxımdan reallaşması çətin” adlandırmışdılar. Lakin sınaqlar göstərdi ki, Rusiya bu texnoloji məqsədə çatıb",- Putin birləşmiş qoşun qrupunun idarəetmə məntəqəsini ziyarət edərkən deyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, “Burevestnik” son sınaqlarda 14 min kilometr məsafəni problemsiz qət edib. Raket nüvə enerjisi ilə işləyən mühərriki sayəsində çox uzun məsafədə uçuş trayektoriyasını dəyişdirə və müdafiə sistemlərindən yayınma qabiliyyətinə malikdir.
Ekspertlər hesab edirlər ki, “Burevestnik” layihəsinin uğurlu başa çatdırılması Rusiya üçün "strateji çəkindirmə siyasətində yeni mərhələ" açır. Bu, xüsusilə də Qərb ölkələrinin müdafiə strategiyalarına və NATO-nun nüvə balansına təsir göstərə bilər.
Hərbi analitiklərin fikrincə, bu tip raketlər soyuq müharibə dövrünün silahlanma yarışına bənzər yeni texnoloji rəqabətin başlanğıcını göstərə bilər.
“Əgər Rusiya bu sistemi döyüş növbətçiliyinə daxil edərsə, bu, qlobal strateji sabitliyə yeni çalar gətirəcək. ABŞ və müttəfiqləri də bu sahədə cavab texnologiyaları üzərində işləməli olacaqlar,” – deyə rusiyalı ekspertlər bildirirlər.

“Burevestnik”in əsas özəlliyi onun nüvə enerji mühərriki ilə təchiz olunmasıdır. Bu, raketə çox uzun müddət havada qalmaq və qeyri-proqnozlaşdırılan marşrut üzrə hədəfə yaxınlaşmaq imkanı verir.
Məhəmmədəli Həsənli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri