Tramp Rusiyanın “Burevestnik” raketini sınaqdan keçirməsindən danışıb: Münasib hərəkət deyil
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” adlı nüvə başlığı daşıya bilən raketini sınaqdan keçirməsinə münasibət bildirərkən deyib.
“Onlar bilirlər ki, bizdə nüvə silahı daşıya bilən sualtı gəmi var və bu dünyada ən yaxşısıdır. Özü də onların (Rusiyanın) sahillərindədir. Nəsə etmək üçün 8 000 mil yol getmək lazım deyil. Ruslar bizlə oyun oynamırlar, biz də onlarla oyun oynamırıq. Biz həmişə raket sınaqdan keçiririk. Bizim nüvə silahı daşıya bilən sualtı gəmimiz var. Məncə raket sınağı Putin üçün münasib bir hərəkət deyil, o Ukraynadakı müharibəni bitirməlidir. Bu müharibə bir həftə davam etməli idi, amma tezliklə 4-cü ilinə daxil olur. Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır”, - Tramp vurğulayıb.
Qeyd edək ki, Rusiya “Burevestnik” adlı raketi sınaqdan keçirib. Rusiya lideri Vladimir Putin bu raketin istənilən havadan müdafiə sistemini vurub keçə biləcəyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 27 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















