Icma.az
close
up
RU
Burun əməliyyatından sonra ölən Nəzrin Mansurlu ilə bağlı yeni detallar üzrə çıxdı

Burun əməliyyatından sonra ölən Nəzrin Mansurlu ilə bağlı yeni detallar üzrə çıxdı

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyev ifadə verib.

O bildirib ki, Nəzrin Mansurlu burun əməliyyatı üçün müraciət edən zaman ona burun çəpərinin əyriliyi diaqnozu qoyulub:

"Xəstəxanaya gələndə onun yanında heç kim yox idi. Əməliyyat bitəndə də xəstə yaxınlarından heç kimi görməmişəm. Əməliyyatdan sonra dəfələrlə onun yaxınları ilə danışmışam. Onlar mənə Nəzrinin baş ağrısı olduğunu və çox yatdığını demişdilər. Bunlar xəstədə çox rast gəlinən normal haldır. Mən də xəstənin yatıb dincəlməyini məsləhət gördüm. Əgər mənə başqa məqamların olduğunu desəydilər, mən ona evdə dincəlməyi məsləhət görməzdim. Mən Tibb Universitetini 2002-ci ildə bitirmişəm. Bununla yanaşı, İran, Türkiyə və Almaniyada ixtisas artırmaq üçün kurslar keçmişəm".

Sonra məhkəmə istintaqının başlanıldığı və ittiham aktı elan olunub.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu septoplastika əməliyyatı edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirib.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Belə ki, N.Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərinin sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Sənan Mehdiyev ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib.

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 İyun 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri