Icma.az
close
up
RU
Burun polipləri. Simptomlar, səbəblər, müalicə

Burun polipləri. Simptomlar, səbəblər, müalicə

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Burun polipləri burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir.

Daha çox əhalinin yetkin qismi arasında yayılmış bir patologiya olsa da, poliplər çox böyüyüb nəfəsalmada problem törədəndə aşkar edilir. Belə hipertrofiyaların böyüməsi bir neçə mərhələdə gedir. İlkin stadiyada ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini qapayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam bağlayır, nəticədə burunla tənəffüsü tam pozur.

Əlamətləri

Burun poliplərinin əlamətləri əksər hallarda gec aşkar olunur. Adətən burun tutulması və nəfəsalmanın çətinləşməsi ilə başlayır. İlk mərhələdə bu əlamətlər keçici olsa da, zamanla proqressivləşir və xəstənin vəziyyəti çətinləşir. Xəstələrin bir qismi damardaraldıcı burun damcılarından istifadə edir, lakin onların da effekti müvəqqəti olur.

Burun tənəffüsünün pozulması tez-tez soyuqdəymələrin, virus və bakterial infeksiyaların baş verməsinə səbəb olur. Bundan əlavə burun polipozundan əziyyət çəkən xəstələr xoruldamağa başlayır. Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə, gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir.

Səbəbləri

Xəstəliyin yaranmasına səbəb olan faktorlar olduqca çoxdur, buna görə də polietioloji xəstəlik hesab olunur.

- xroniki infeksiya – xroniki rinit, frontit, haymorit kimi iltihabi ocaqların olması

- yuxarı tənəffüs yollarını zədələyən allergik xəstəliklər – pollinoz, allergik rinit

- ekoloji amillər

- burunun anatomik quruluşunda olan dəyişikliklər – burun çəpərinin əyriliyi

Müalicə üsulları

Müasir tibdə poliplərin bir neçə cərrahi müalicə üsulu tətbiq edilir: polip ilgəyi ilə polipin kəsilib çıxarılması, lazer üsulu və endonazal əməliyyat üsulu.

Burun poliplərinin əməliyyatsız müalicəsi də bir neçə üsulu özündə cəmləşdirir. Bunlardan ən geniş yayılanı duz və ya bitki dəmləmələri ilə aparılan inhalyasiyalardır ki, selikli qişanı irindən, infeksiya və allergenlərdən təmizləyir, ödemi və şişkinliyi azaldır. Ozon-UB sanasiya da infeksiya ocağını təmizləyir, selikli qişanı qurudur, kirpikli epitelin kirpikciklərini çanlandırır, onların hərəkətliliyini artırır. Lazer terapiyası limfa və qan damarlarında mikrosirkulyasiyanı sürətləndirir. Selikli qişanın trofikasını yaxşılaşdırır.

Daha effektli müalicə üsullarından biri bitkilərlə və təbii üsullarla müalicədir.

Duzlu su

Yaxşı olar ki, burun boşluğunun yuyulması üçün dəniz suyu istifadə olunsun. Dəniz suyu olmadıqda 1 stəkan ilıq suda 2 çay qaşığı dəniz duzu həll edilir və gündə 2-3 dəfə burun boşluğu yuyulur.

Yodlu-duzlu su

1 çay qaşığı xörək duzu 1 stəkan ilıq suda həll edilir, üzərinə 3 damcı yod məhlulu əlavə olunur. Alınan məhlul gündə 2 dəfə buruna çəkilir. Prosedurdan sonra poliplər yoda batırılmış pambıq tamponla silinir.

Dəmrovotu ilə müalicə

Dəmləmə: 1 xörək qaşığı dəmrovotu 1 stəkan qaynar suda dəmlənir, ilıq məhlulla burun boşluğu yuyulur. Proseduru 2 həftə müddətində gündə 10 dəfəyə qədər təkrar etmək lazımdır. Yuyulmadan sonra burun boşluğuna Fitooil Zəyərək yağı və ya adi zeytun yağı damcıladılır. Gündə 1 dəfə pambıq tamponları dəmləmədə isladıb, burun dəliklərinə qoyub 10 dəqiqə saxlamaq olar.

Şirə: dəmrovotu çiçəkləmə dövrndə yığılır, yuyulur, suyu süzüldükdən sonra ətçəkəm maşından keçirilir və şirəsi sıxılaraq tünd rəngli şüşə qaba yığılır. Ağzı bağlı qabda saxladıqda 5-7 gündən sonra şırə qıcqırmağa başlayır, bu zaman qapağı hər gün açılmalıdır ki, qıcqırma prosesində toplanan qazlar xaric olsun. Daha 7 gün qaldıqdan sonra məhlul istifadəyə hazır olur, lakin istifadədən qabaq onu yarıbayarı qaynadılmış su ilə qarışdırmaq lazım olur. Hər səhər burun dəliklərinə 2 damcıdan tökülür. Bir həftə müalicədən sonra 10 gün fasilə verilir və bu minvalla 4 müalicə kursu keçirilir. Müalicə bitdikdən sonra 1 ay ara verilməli və daha 4 kurs qəbul olunmalıdır.

Vərəmum (propolis) tüstüsü

Vərəmum və onun əsasında hazırlanan cövhərlər burun poliplərinin müalicəsində geniş istifadə olunur. Lakin vərəmumun tüstüsü ilə müalicə daha sadə və effektlidir. Tənəkə qutuya qoz ölçüsündə vərəmum parçası qoyulur və ocağın üzərində vərəmum tüstülənməyə başlayana qədər saxlanılır. Sonra ocaqdan kənara götürülərək tüstü ehtiyatla buruna çəkilir. Belə proseduru gündə 2 dəfə. Səhər və axşam aparmaq məsləhətdir.

Hidrogen-peroksidlə (perekis) müalicə

Pambıq turunda 3%-li hidrogen-peroksid məhlulunda isladılır və burun dəliklərinə salınaraq 3-4 dəqiqə saxlanır. Belə prosedur gündə 1-2 dəfə olmaqla 7 gün aparılır.

Bitki dəmləməsi

Teasept çayından 1 filtr-bağlama yarım stəkan qaynar suda 15 dəqiqə dəmlənir, dəmləmə soyuduqdan sonra pipetlə hər burun dəliyinə 4-5 damcı tökülür. Mülaicə gündə 2-3 dəfə olmaqla 2 həftə ərzində aparılır, 1 həftə fasilədən sonra təkrar edilir.

Mənbə: Herba Flora jurnalı

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:431
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri