Icma.az
close
up
RU
MENİNGİT. Səbəblər, simptomlar, müalicə

MENİNGİT. Səbəblər, simptomlar, müalicə

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meningit ən təhlükəli xəstəliklərdən biri sayılır. Meningit beyin qişalarının iltihabıdır.

Bu iltihabın səbəbi infeksiyadır. Məlumdur ki, skarlatın xəstəliyi streptokokk, vərəmi - Kox çöpü, salmonelyozu - salmonella törədir və s. Lakin bu və bir çox digər xəstəliklərdən fərqli olaraq meningitin səbəbi istənilən (!) infeksiya ola bilər - virus, bakteriya, göbələk, hətta birhüceyrəlilər (məsələn, amyob). Məhz bu səbəbdən meningitlər də müxtəlif olur - gedişatı, inkişafı, fəsadları ilə fərqlənir. Ən əsası isə odur ki, meningiti törədən infeksiyadan asılı olaraq bu xəstəliyin müalicə üsulları da müxtəlifdir.

Meningit istənilən yaşda inkişaf edə bilər, bu xəstəlikdən heç kim sığortalanmayıb. Uşaqlarda meningitə daha tez-tez rast gəlinir.

Bütün meningitlər iki amil birləşdirir - insanın həyatı üçün real təhlükə və ağır fəsadların böyük ehtimalı.

Meningitin inkişafı üçün törədici (mikrob, virus və s.) kəllənin daxilinə düşməli və burada beyin qişalarında iltihab yaratmalıdır. Bəzən bu hər hansı infeksiya ocağın beyinə yaxın yerdə yerləşdikdə (məsələn, irinli otit, haymorit) mümkün olur. Kəllə-beyin travması da meningitin inkişafına səbəb ola bilər. Əksər hallarda isə mikroblar bura qan axını ilə düşür. Lakin bir çox insanların qanında mikroblar olur. Meningit isə nadir xəstəlik sayılır. Burada böyük rol immun sisteminin vəziyyəti oyanayır. Bəzi immun sisteminin anadangəlmə defektləri bu xəstəliyin inkişafı üçün "əlverişli" şərait yaradır. Məhz bu səbəbdən ailələr var ki, bu ailələrdə meningitə çox tez-tez təsadüf edilir.

Maraqlıdır ki, oğlanlarda bu xəstəliyə 2-4 dəfə tez-tez hallarda təsadüf edilir. Bunun səbəbi tibbdə məlum deyil.

Meningit suçiçəyi, qızılca, məxmərək, epidemik parotit kimi uşaq infeksion xəstəliklərinin fonunda inkişaf edə bilər. Həmçinin meningit qripp infeksiyanın fəsadı ola bilər. Xəstəlikdən zəiflənmiş insanlarda, yaşlılarda, körpə uşaqlarda meningitin səbəbi göbələk ola bilər. Bütün bu vəziyyətlərdə məhz immunitetin zəifləməsi meningitin inkişafına səbəb olur.

Orqanizmdə olan istənilən irinli ocaq (pnevmoniya, infeksiyalaşmış yanıq, müxtəlif abseslər və s.) meningitin inkişafına təkan verə bilər. Bu halda meningiti stafilokokklar, streptokokklar və s. mikroblar törədir.

Ən təhlükəli meningit vərəm meningiti sayılır.

Lakin bir mikrob var ki, bu mikrob meningitin 60-70% hallarda törədicisi ola bilər. Bu mikrobun adı meninqokokkdır. Bu mikroba insan hava-damcı yolu ilə yoluxa bilər.  Meninqokokk burun-udlağın selikli qişasına düşür və əvvəl yüngül zökəmə və boğazın qızarmasına səbəb olur. Əksər hallarda meninqokokk burada immun sistemi tərəfindən zərərsizləşdirilir və daha sonra heç yerə yayılmır. Lakin nadir hallarda olsa da  meninqokokk qan axını ilə orqanizmə yayılaraq müxtəlif orqanlara düşür (gözlər, qulaqlar, oynaqlar, ağ ciyərlər, böyrək üstü vəziləri, beyin qişaları) və burada çox təhlükəli iltihaba səbəb olur.

Beyin qişalarına düşən meninqokokk meningitə səbəb olur.

Meningitə vaxtında diaqnoz qoyulduqda və müalicə dərhal başladıqda xəstəlik tam müalicə olunur. Əks halda isə xəstədə korluq, karlıq, beyin fəaliyyətinin ağır pozulmaları, iflic, koma kimi ağır fəsadlar inkişaf edə bilər, xəstə hətta həlak ola bilər. Bu səbəbdən həkimdə meningitə şübhə yarandıqda, xəstəni dərhal infeksion xəstəxanaya çatdırmaq lazımdır.

Meningitə bu kimi simptomlar işarə edə bilər:

1. İstənilən infeksion xəstəliyin fonunda (suçiçəyi, qızılca, məxmərək, epidemik parotit, kəskin respirator infeksiya, herpes infeksiyası və s.) ürəkbulanamsı və qusma ilə müşayiət olunan güclü baş ağrıları.

2. Yüksək hərarətin fonunda boyun və bel nahiyəsində ağrılar.

3. Yuxululuq, ürəkbulanması, qusma.

4. Qıcolmalar.

5. 1 yaşına kimi olan uşaqlarda - qızdırma + monoton ağlama + əmgəyin qabarması.

6. Yüksək hərarətin fonunda isənilən formada və ölçüdə səpgilərin olması (xüsusilə səpgilər kiçik qansızmalara oxşadıqda və sürətlə əmələ gəldikdə).

Meningitin dəqiq diaqnozu likvorun (baş və ya onurğa beynində olan maye) müayinəsi zamanı qoyulur. Likvorun müayinəsi həmçinin meningitə səbəb olan törədicini təyin etməyə imkan verir. Bu isə müalicənin taktikasının seçimində əsas rol oynayır. Məsələn, əgər meningitin səbəbi bakteriya olarsa, antibiotiklər istifadə olunacaq. Bundan əlavə müalicə zamanı digər vasitələr də istifadə olunur (iltihabəleyhinə, beyin hüceyrələrin fəaliyyəti yaxşılaşdıran, kəllə daxili təzyiqi azaldan və s. preparatlar).

Meningit keçirilmiş insan bir neçə il ərzində nevropatoloqun nəzarəti altında olmalı və ildə bir neçə dəfə müayinədən keçməlidir. Əksər hallarda vaxtında müalicə olunmuş meningit izsiz olaraq keçir və insanın gələcək həyatına heç bir mənfi təsir etmir.

Müəllif: Komarovskiy E.O.

Mənbə: medicinform.net

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:634
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri