Icma.az
close
up
RU
Burun tutulması ciddi fəsadlara yol aça bilər DİQQƏT

Burun tutulması ciddi fəsadlara yol aça bilər DİQQƏT

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sinüzit – burun ətrafındakı sümüklərdə yerləşən və selik ifraz edən boşluqların iltihablanması nəticəsində yaranan xəstəlikdir. Müddətinə görə 4 həftədən az davam edərsə, bu, "akut", 12 həftədən çox davam edərsə isə "xroniki sinüzit" adlanır. Alergiya, viruslar, kimyəvi qıcıqlanma, burun sümüyünün əyriliyi kimi səbəblər sinüs yollarının tıxanmasına və ya burunun təmizləmə mexanizminin pozulmasına gətirib çıxarır ki, bu da bakteriyaların sinüslərə daxil olaraq infeksiyaya səbəb olmasına şərait yaradır. Həm kəskin, həm də xroniki forması olan bu xəstəlik böyüklərdə gündəlik fəaliyyətlərə mane olur və iş qabiliyyətini aşağı salır.

Pravda.az sinüzit və müalicə üsulları ilə bağlı məlumatları təqdim edir:

Sinüzit həm fiziki, həm də psixoloji problemlər yarada bilər

Sinüzitə uzun müddət laqeyd yanaşıldıqda həm fiziki, həm də ruhi vəziyyətə mənfi təsir göstərir. Dad və qoxu duyğularında zəifləmə müşahidə olunur ki, bu da uzun müddət davam etdikdə stress və narahatlığa səbəb ola bilər. Burun tutulması 10 gündən çox davam edir, burundan sarı-yaşıl rəngli axıntılar gəlir, baş ağrısı keçmir, bədəndə yorğunluq və süstlük yaranır. Geniz axıntısı və ağız qoxusu müşahidə olunur. Daimi burun tutulması və geniz axıntısı nəfəs almağı çətinləşdirir və yuxu keyfiyyətini aşağı salır. Yorğunluq və halsızlıq iş performansını zəiflədir. Alın, göz ətrafı və yanaqlarda hiss olunan təzyiq və ağrı gündəlik fəaliyyətlərə mənfi təsir göstərir. Müalicə edilmədiyi halda sinüzit inkişaf edir və ətraf toxumalara yayıla bilər.

Böyüklərdə hər 5 antibiotik reseptindən biri sinüzitə yazılır

Akut bakterial rinosinüzit (ABRS) böyüklərdə hər 5 antibiotik reseptindən birinə səbəb olur və bu, onu antibiotiklərin beşinci ən çox təyin olunan səbəbinə çevirir. Tənəffüs əlamətləri olan uşaqların təxminən 6-7%-ində akut rinosinüzit müşahidə olunur. Hər il böyüklərin təxminən 16%-nə ABRS diaqnozu qoyulur.

Xroniki sinüzit cərrahi üsullarla müalicə edilə bilər

Sinüzit müalicəsində ilk mərhələ dərman müalicəsidir. Lakin dərmanlara cavab verməyən, davamlı və ağır hallarda, eyni zamanda mürəkkəb sinüzitlərdə endoskopik sinüs cərrahisi tövsiyə olunur. Bu üsul sinüs yollarını təmizləyərək iltihabın təkrarlanmasının qarşısını alır. Endoskopik Sinüs Cərrahiyəsi "qapalı əməliyyat" adlandırılan üsulla, ümumi anesteziya altında aparılan və 2-4 saat davam edən cərrahi müdaxilədir. Xəstə 1-2 gün xəstəxanada qalır və təxminən 1 həftə ərzində gündəlik həyatına qayıda bilir. Əməliyyatdan sonra digər burun cərrahilərində olduğu kimi tampon tətbiq olunur. Xəstələr qısa müddətdə normal həyat tərzinə dönür.

Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Aprel 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see119

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see112

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see111

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri