Icma.az
close
up
RU
Burun tutulması ciddi fəsadlara yol aça bilər DİQQƏT

Burun tutulması ciddi fəsadlara yol aça bilər DİQQƏT

News24 saytına istinadən Icma.az xəbər verir.

Sinüzit – burun ətrafındakı sümüklərdə yerləşən və selik ifraz edən boşluqların iltihablanması nəticəsində yaranan xəstəlikdir. Müddətinə görə 4 həftədən az davam edərsə, bu, "akut", 12 həftədən çox davam edərsə isə "xroniki sinüzit" adlanır. Alergiya, viruslar, kimyəvi qıcıqlanma, burun sümüyünün əyriliyi kimi səbəblər sinüs yollarının tıxanmasına və ya burunun təmizləmə mexanizminin pozulmasına gətirib çıxarır ki, bu da bakteriyaların sinüslərə daxil olaraq infeksiyaya səbəb olmasına şərait yaradır. Həm kəskin, həm də xroniki forması olan bu xəstəlik böyüklərdə gündəlik fəaliyyətlərə mane olur və iş qabiliyyətini aşağı salır.

News24.az sinüzit və müalicə üsulları ilə bağlı məlumatları təqdim edir:

Sinüzit həm fiziki, həm də psixoloji problemlər yarada bilər

Sinüzitə uzun müddət laqeyd yanaşıldıqda həm fiziki, həm də ruhi vəziyyətə mənfi təsir göstərir. Dad və qoxu duyğularında zəifləmə müşahidə olunur ki, bu da uzun müddət davam etdikdə stress və narahatlığa səbəb ola bilər. Burun tutulması 10 gündən çox davam edir, burundan sarı-yaşıl rəngli axıntılar gəlir, baş ağrısı keçmir, bədəndə yorğunluq və süstlük yaranır. Geniz axıntısı və ağız qoxusu müşahidə olunur. Daimi burun tutulması və geniz axıntısı nəfəs almağı çətinləşdirir və yuxu keyfiyyətini aşağı salır. Yorğunluq və halsızlıq iş performansını zəiflədir. Alın, göz ətrafı və yanaqlarda hiss olunan təzyiq və ağrı gündəlik fəaliyyətlərə mənfi təsir göstərir. Müalicə edilmədiyi halda sinüzit inkişaf edir və ətraf toxumalara yayıla bilər.

Böyüklərdə hər 5 antibiotik reseptindən biri sinüzitə yazılır

Akut bakterial rinosinüzit (ABRS) böyüklərdə hər 5 antibiotik reseptindən birinə səbəb olur və bu, onu antibiotiklərin beşinci ən çox təyin olunan səbəbinə çevirir. Tənəffüs əlamətləri olan uşaqların təxminən 6-7%-ində akut rinosinüzit müşahidə olunur. Hər il böyüklərin təxminən 16%-nə ABRS diaqnozu qoyulur.

Xroniki sinüzit cərrahi üsullarla müalicə edilə bilər

Sinüzit müalicəsində ilk mərhələ dərman müalicəsidir. Lakin dərmanlara cavab verməyən, davamlı və ağır hallarda, eyni zamanda mürəkkəb sinüzitlərdə endoskopik sinüs cərrahisi tövsiyə olunur. Bu üsul sinüs yollarını təmizləyərək iltihabın təkrarlanmasının qarşısını alır. Endoskopik Sinüs Cərrahiyəsi "qapalı əməliyyat" adlandırılan üsulla, ümumi anesteziya altında aparılan və 2-4 saat davam edən cərrahi müdaxilədir. Xəstə 1-2 gün xəstəxanada qalır və təxminən 1 həftə ərzində gündəlik həyatına qayıda bilir. Əməliyyatdan sonra digər burun cərrahilərində olduğu kimi tampon tətbiq olunur. Xəstələr qısa müddətdə normal həyat tərzinə dönür./pravda

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Aprel 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri