Icma.az
close
up
RU
Bütün bitkilərin ən xeyirlisi FAYDASINDAN SİZ DƏ BƏHRƏLƏNİN

Bütün bitkilərin ən xeyirlisi FAYDASINDAN SİZ DƏ BƏHRƏLƏNİN

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Dəniz kələminin (dəniz yosunları) tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir.

Tərkibindəki bu qiymətli mikroelementlərə, vitaminlərə görə o, demək olar bütün bitkilər arasında ən faydalısıdır. Ona görə də bu faydalı qida məhsulunu təkcə dəniz kənarında yerləşən ölkələrin əhalisi deyil, dünyanın əksər yerlərində insanlar ondan sağlamlıq üçün faydalı olan müxtəlif xörəklər hazırlayır, dəniz kələmini çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyirlər.

Modern.az bildirir ki, dəniz kələmi əvəzsiz pəhriz qidasıdır. Əsasən aterosklerozun, hipertoniyanın, raxitin, qalxanvari vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir.

O, maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin xaric edilməsinə yaxşı təsir göstərir, bağırsağın işini sürətləndirir.

Ateroskleroz, maddələr mübadiləsinin pozğunluğu, mədə-bağırsaq xəstəlikləri zamanı gündə hər dəfə 2 çay qaşığı olmaqla qurudulmuş, yaxud da 5 xörək qaşığı olmaqla təzə dəniz kələmi yeyin. Şorabaya duz əvəzinə döyülmüş dəniz kələmi də tökə bilərsiniz.

Osteoxondroz zamanı isti suya (50 dərəcəlik) 1 stəkan quru dəniz kələmi töküb 30 dəqiqə saxlayın. İslanmış kütləni salfet üzərində 2 sm qalınlığında yaxın, ağrıyan nahiyəyə qoyun, üstündən politilenlə örtün, tənziflə bağlayın və yun parça ilə sarıyın. Kompresi 5 saatdan az olmayaraq saxlayın. Müalicə 7-10 proseduradan ibarətdir.

Qəbizlik zamanı gündə 2 dəfə yemək zamanı toz halına salınmış 1 çay qaşığı dəniz kələmi qurusunu su ilə qəbul edin.

Yaddaşın möhkəmlənməsi üçün hər gün 1 çay qaşığı dəniz kələmi tozu qəbul edin və yaxud 2 xörək qaşığı təzə və ya konservləşdirilmiş dəniz kələmi yeyin.

İmmunitet zəifliyi zamanı axşam şüşə bankanı qurudulmuş dəniz kələmi ilə doldurub üstündən qaynanmış soyuq su tökün, səhərə qədər saxlayın. Səhər bankanın ağzını möhkəm bağlayıb soyuducuya qoyun. Gündə iki dəfə, səhər və axşam yeməyindən əvvəl 1 çay qaşığı için.

Müntəzəm olaraq az miqdarda dəniz kələmindən istifadə etmək orqanizmin ümumi tonusuna müsbət təsir göstərir.

Dəniz kələmi cinsi fəaliyyətin normallaşdırılması üçün də ən yaxşı vasitələrdən biridir.

Dəniz kələmi sisteminin normal fəaliyyəti üçün olduqca faydalıdır. O, zehni və fiziki gərginliyi aradan qaldırır.

Dəniz kələmi həmçinin tanınmış kosmetik vasitədir - müxtəlif cavanlaşdırıcı maska və kremlərin tərkibinə daxil edilir, dəniz kələmi ilə bürünmələr sellülitdən azad edir, bədən dəricini cavan və dartılmış edir.

Digər qida məhsulları kimi dəniz kələmindən də qədərində istifadə etmək lazımdır. Qalxanabənzər vəzinin bəzi xəstəlikləri zamanı (tireotoksikoz və s.) dəniz kələminin istehlakı qadağandır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri