Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Bütün bunlar müəllimin dərsə hazırlığını və şagirdin anlayışını çətinləşdirir Ekspertdən vacib TƏKLİF

Bütün bunlar müəllimin dərsə hazırlığını və şagirdin anlayışını çətinləşdirir Ekspertdən vacib TƏKLİF

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Fənn kabinələrinin və laboratoriya əsaslı dərslərin aparılması da əvvəlki sistemin mühüm üstünlüklərindən idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov əvvəlki təhsil sistemindən danışarkən bildirdi.

"Təcrübə əsaslı tədris, xüsusilə fizika, kimya, biologiya kimi fənlərdə təcrübi bacarıqları artırır, şagirdin öyrəndiyini tətbiq edə bilməsinə şərait yaradırdı. Hal-hazırda isə orta məktəblərin 70%-dən çoxunda bu laboratoriyalar ya yoxdur, ya da istifadə olunmur. Bu, “Təhsil haqqında” Qanunun 30.1.4-cü maddəsində göstərilən “təhsilalanların praktik vərdişlər əldə etməsi” prinsipinin pozulması ilə nəticələnir. Bu boşluğu doldurmaq üçün Finlandiya təhsil modeli praktik fəaliyyətlərə geniş yer verir və məktəblərdə texniki-təcrübə otaqları standart təchizat kimi qəbul olunur.

Pedaqoji nəzarət və metodik dəstəyin əvvəlki sistemdə sistemli şəkildə həyata keçirilməsi müəllimin inkişafı baxımından effektiv idi. İndi müəllimlərin dərslərinin təhlili və metodik müşahidələr ya formal aparılır, ya da ümumiyyətlə yoxdur. Müasir sertifikatlaşdırma imtahanları isə müəllimin real pedaqoji fəaliyyətini deyil, yalnız test bacarığını qiymətləndirir. Bu, müəllimin özünü inkişaf etdirməsi üçün istiqamətverici deyil, sadəcə seleksiya alətidir", - deyə o vurğuladı.

K.Əsədovun sözlərinə görə, dərsliklərin və proqramların sabitliyi də təhsilin keyfiyyətinə təsir edən amillərdəndir:

"Əvvəllər dərsliklər illərlə dəyişmədən istifadədə olurdu və müəllim proqramı dərindən mənimsəyirdi. Hazırda isə dərsliklər tez-tez dəyişir, proqramlar təcrübədən keçirilmədən tətbiq olunur. Bu da müəllimin dərsə hazırlığını və şagirdin anlayışını çətinləşdirir. Məsələn, son 10 ildə ibtidai sinif dərsliklərində 4 dəfə dəyişiklik aparılıb, bu isə sabitliyi pozur".

Ekspert qeyd etdi ki, dünya təcrübəsinə nəzər saldıqda, Almaniya, Yaponiya, Sinqapur kimi ölkələrdə köhnə sistemin effektiv elementləri müasir yanaşmalarla vəhdətdə tətbiq olunur.

"Almaniyada peşə yönümlü təhsil məktəb dövründən başlayır və bu sistem 2022-ci ildə 82% məzunun əmək bazarına 6 ay ərzində inteqrasiyasını təmin edib. Finlandiyada müəllimlər üzərində nəzarət formal deyil, lakin etimad əsaslıdır və müəllimlər universitet səviyyəsində hazırlıq keçdikdən sonra peşəkar müstəqilliklə fəaliyyət göstərirlər. Bu ölkələrdə sabit kurikulumlar və geniş praktik baza təhsilin dayanıqlılığını təmin edir.

Əgər Azərbaycan təhsil sistemi əvvəlki sistemin faydalı elementlərini nüfuzlu müəllim statusunu, praktik tədrisi, yönləndirilmiş ixtisaslaşmanı, sabit kurikulum və güclü metodik nəzarəti yenidən və müasir tələblərə uyğun şəkildə tətbiq etsə, bu, təhsilin keyfiyyətində ciddi dönüş yaradar. Mövcud reformalar keçmişin güclü dayaqlarını nəzərə almadan formalaşarsa, yalnız struktur və texniki dəyişikliklərlə real inkişaf əldə etmək mümkün olmayacaq. Buna görə də əvvəlki sistemin elmi əsaslarla sübut olunmuş üstün cəhətləri nəzərə alınmalı, yeni sistemə düzgün şəkildə inteqrasiya edilməlidir", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see277

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see272

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see219

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see211

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see207

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see193

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see189

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see168

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see155

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see154

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see151

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see151

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see149

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see148

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see146

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri