“Bütün bunların fonunda həmin yeri qorumaq“ArazNaxçıvan” üçün çətin ola bilər” Aslan Kərimov
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Turnir cədvəlində “Qarabağ”la başa-baş mübarizə aparan komandalardan biri, daha doğrusu, birincisi “Araz-Naxçıvan”dı.
Muxtar Respublika təmsilçiləri hazırda 1-ci pillədə qərarlaşıb.
Sizə elə gəlmir ki, artıq “Araz-Naxçıvan”a avrokuboklara vəsiqə uğrunda mübarizə aparan, ciddi hədəfləri olan komanda kimi yanaşmaq lazımdı?
“Football-plus.az” bu sualı təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:
“Qış fasiləsinə qədər topladıqları xal ona əsas verir ki, bu istiqamətdə davam etsələr, ilk “3-lük”də ola bilərlər. Amma hər şey qış fasiləsindən sonra dəqiqləşəcək. “Sabah” da artıq məşqçisini dəyişdi. Çox güman, yeni oyunçular dəvət edəcəklər. Bundan sonra “Sabah”la da mübarizə aparmalı olacaqlar. “Neftçi” 1-ci dövrədə yaxşı görünməsə də, əminəm ki, qış fasiləsində yeni məşqçiləri ilə hansısa transferlərə əl atacaqlar. Bütün bunların fonunda heç bir dəyişiklik etmədən həmin yeri qorumaq“Araz-Naxçıvan” üçün çətin ola bilər. Ona görə də qış fasiləsi önəmli olacaq”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















