Icma.az
close
up
RU
Bütün çətinlikləri həll etmək üçün həmişə bir yerdədir DEPUTAT ŞƏRH ETDİ

Bütün çətinlikləri həll etmək üçün həmişə bir yerdədir DEPUTAT ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Azərbaycan və Türkiyə dost, qardaş və müttəfiq dövlətlərdir. Bu dostluğun və qardaşlığın tarixi çox uzaqlara gedir. 1914-cü ildə birinci dünya müharibəsi başlayanda Azərbaycanın gənc oğulları, Osmanlıya dərin məhəbbəti olanlar da Rusiya əsarətində yaşamasına baxmayaraq onlar Osmanlı tərəfdən Rusiyaya qarşı vuruşdular". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı şəhid oldu: "Onları ora dövlət göndərməmişdi. Onları ora öz ürəyinin hökmü, Osmanlıya olan məhəbbətləri aparıb çıxarmışdı. 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını düşməndən azad etdi. Bu ordunun istiqlal yolu, azadlıq yolu Gəncə şəhərindən başladı. Bu döyüşlərdə isə 1330 türk əsgəri Azərbaycanın azadlığı uğrunda şəhid oldu. 1921-ci ildə Mustafa Kamal Atatürk Qars müqaviləsini imzalamaqla Naxçıvanla bağlı bütün mübahisələrə son qoydu və Naxçıvan Azərbaycanın tərkibində qaldı. Eyni zamanda 2020-ci ilin 44 günlük Vətən müharibəsində və müharibəyə qədər olan dövrdə Türkiyə Cümhuriyyətini hər zaman öz yanımızda gördük. İşğal olunmuş torpaqların azad olunması üçün bizə ən böyük dəstəyi Türkiyə verib. Nəhayət 2021-ci ilin iyunun 15-də Şuşa bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə həm də müttəfiq oldular. Bu mənada Kahramanmaraş zəlzələsi təbii bir fəlakətdir. Bu mənada Türkiyədə baş verən bu fəlakətdə minlərlə insan həlak oldu. Allah onlara rəhmət eləsin. Minlərlə evlər, məktəblər iaşə obyektləri, məscidlər dağıldı. Təbii ki, Azərbaycanda qardaş dövlət olaraq ilk gündən, ilk saatdan etibarən Türkiyənin yanında oldu. Qardaş kimi onun çətinliklərinin bir hissəsini öz üzərinə götürdü və bu gündə bu qardaşlıq köməyi davam edir. Kahramanmaraşda Azərbaycan məhəlləsi salınır və yəqin ki, bu məhəllə tezliklə tikilib başa çatacaq.

Əminəm ki, Azərbaycan və Türkiyənin dövlət başçıları bu məhəllənin açılış mərasimində iştirak edəcəklər. Azərbaycan və Türkiyə dostdur və qardaşdır. Bütün çətinlikləri həll etmək üçün həmişə bir yerdədir. Əminəm ki, Qərb dövlətlərinin Azərbaycana qarşı olan təhdidləri heç bir nəticə verməyəcək. Çünki Azərbaycan əbədi və əzəli olan tarixi torpaqlarını düşməndən azad edib və bü gün Şərqi Zəngəzur və Qarabağ torpaqlarında uğurla və qürurla quruculuq işləri aparılır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri