Icma.az
close
up
RU
Bütün dünya BİZDƏN danışır

Bütün dünya BİZDƏN danışır

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşması bütün dünya mediasında geniş müzakirələrə səbəb olub. Ağ Evdə keçirilən imzalanma mərasimi ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı və Moskvanın prosesdən kənarda qalması mətbuatın diqqət mərkəzində olub.

Beynəlxalq nəşrlər razılaşmanı yalnız iki ölkə arasında sülh addımı kimi deyil, həm də Cənubi Qafqazdakı geosiyasi qüvvələr balansının dəyişməsi kimi qiymətləndirir.

Modern.az dünyanın nüfuzlu nəşrlərində tarixi görüşlə bağlı dərc edilən məqalələri araşdırıb.

Tramp “qlobal sülhməramlı” rolunda

"The New York Times" yazır ki, Ağ Evdə imzalanan birgə bəyannamə Ermənistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişəni yekun həllə yaxınlaşdırıb, həmçinin Donald Trampa “nadir diplomatik uğur” imkanı yaradıb. Prezident seçkilərinə “Amerika hər şeydən əvvəl” şüarı ilə gedən Tramp beynəlxalq münaqişələrə qarışmaqdan çəkinirdi, lakin indi özünü “qlobal sülhməramlı” kimi təqdim etməyə çalışır.

Nəşr xatırladır ki, Tramp daha əvvəl Kamboca–Tailand, İsrail–İran, Hindistan–Pakistan, eləcə də Ruanda–Konqo arasındakı münaqişələrdə vasitəçilik edib: “Mən altı müharibəni dayandırdım. Ayda orta hesabla birini” - Tramp keçən ay bildirib.

Kremlin nüfuzuna zərbə

"The Washington Post" qeyd edir ki, Ağ Evdə keçirilən İlham Əliyev-Paşinyan görüşü, Kreml əvəzinə Vaşinqtonun ev sahibliyi etməsi Vladimir Putinə qarşı açıq siyasi mesajdır. Məqalədə Trampın son aylarda fəal diplomatik təşəbbüslərlə çıxış etdiyi, dünya liderləri ilə birbaşa təmas qurduğu və açıq şəkildə Nobel Sülh Mükafatına iddialı olduğu vurğulanır.

Türkiyənin "Daily Sabah" nəşri yazır ki, ABŞ-ın qəfil Qafqazdakı əsas vasitəçiyə çevrilməsi yalnız “sülh arzusu” ilə izah olunmur. Əsas iki səbəb göstərilir. Birincisi, Trampın seçki kampaniyasında “müharibələri bitirən prezident” obrazını möhkəmləndirmək istəyidir. İkincisi, ABŞ Rusiya və Çinin bölgədəki təsirini zəiflətmək məqsədi güdür. Nəşr qeyd edir ki, ABŞ-ın bu mövqeyi həm region ölkələrinin gələcək siyasi istiqamətinə, həm də beynəlxalq güc balansına təsir göstərə bilər.

Britaniyanın nüfuzlu "The Economist" jurnalında dərc edilən məqalədə qeyd edilir ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətindədir. Razılaşma rəsmi sülh müqaviləsi olmasa da, münaqişənin həlli və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Nəşr hesab edir ki, bu, həm Rusiyanın, həm də İranın bölgədəki mövqelərini zəiflədəcək.

Böyük Britaniyanın "The Guardian" nəşri bildirir ki, Ermənistanla İran arasındakı sərhəd boyunca nəzərdə tutulan tranzit dəhliz sülh prosesinin ən çətin məsələlərindən biri olub. Bu razılaşma Ermənistanın Qərbə, o cümlədən Avropa İttifaqına inteqrasiya istiqamətində addım atması kimi şərh olunur. Rusiya isə həm Ukrayna müharibəsi, həm də bölgədə nüfuz itkiləri səbəbindən prosesə qarşı dura bilmir.

London mərkəzli "Iran International" isə yazır ki, İran Ali Liderinin müşaviri Əli Əkbər Vilayəti Tramp vasitəçiliyi ilə yaradılması planlaşdırılan dəhlizi “təhlükəli” adlandırıb və onun reallaşmasına qarşı sərt mövqe bildirib: “Bu dəhliz muzdlular üçün qapı olmayacaq, onların məzarlığı olacaq.” Vilayəti bildirib ki, İran əvvəldən “Zəngəzur dəhlizi” ideyasına qarşı olub, onu Ermənistanın parçalanması və sərhədlərin dəyişdirilməsi üçün təhlükə sayır. Tehran əvvəllər də bu plana qarşı sərhəddə hərbi təlimlər keçirib.

Beləlikə, beynəlxalq media razılaşmanı yalnız Bakı və İrəvan arasında sülh addımı kimi deyil, həm də Cənubi Qafqazda böyük güclərin mövqelərinin dəyişməsi fonunda qiymətləndirir. Qərb mətbuatı bunu Trampın şəxsi diplomatik qələbəsi kimi təqdim edir, Rusiya və İran mediası isə prosesin özləri üçün mənfi nəticələrinə diqqət çəkir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri