Icma.az
close
up
RU
Bizdən bütün sevdiklərimizə salam deyin, Rüstəm müəllim...

Bizdən bütün sevdiklərimizə salam deyin, Rüstəm müəllim...

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedər.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedər...

Kədər... Bu hissi necə ifadə etmək olar, bilmirəm. Yəqin ki, bu, izahı olmayan, sadəcə, yaşaya biləcəyimiz bir hissdir. Məsələn, həkim gəlib bu diaqnozu heç cür müəyyən edə bilməz. Ürək nə qədər sağlam olur-olsun, hər nəfəsində ürəyindəki o sızıltını heç bir cihaz müəyyən edə bilməz. Sən həkimin üzünə baxarsan, "ağrıdır axı" deyərsən içində, o isə "hər şey qaydasındadır" deyər gözünün içinə baxa-baxa.

"Ağrıdır axı", həkim... İtirdiyimiz insanların yoxluğu, doldura bilmədiyimiz boşluğu çox ağrıdır axı...

İtirmək... Bu da izahı olmayan bir hissdir. Yaşamadan bilmək olmaz. Yaşadıqdan sonra isə nə dərmanı var, nə məlhəmi... Kədəri sevinc qovur həyatından bir andaca, amma itkini heç nə geri vermir. Qayıtmır itirdiklərimiz. Barışmaq da olmur. Axı necə barışasan, xatirələrini, arzularını, sevgini itirməyi kimə, niyə bağışlayasan? Özünə də bağışlamır axı insan, bir daha heç vaxt yaşaya bilməyəcəyi xoşbəxtlikləri, gözəllikləri... Qəzəblənib kimdən qisas alasan? Kədərlənib nə ilə təsəlli tapasan ki... Bax itki budur, Şəhriyarın dediyi kimi, hər sönən baxışda saysız diləkləri ürəyimizdə qoyan, hər kiçik tabutda bizdən dünyamızı alan, bizdən bir parçanı əbədi olaraq əlimizdən alan, bizi bu yoxluqla yaşamağa məhkum edən, məhkum etdiyi həyatda yaşadıqlarımızın son olmadığını ən ağır şəkildə üzümüzə vuran...

Hər kəsin həyatında itki ilə tanış olduğu bir an olur və ondan sonra heç nə əvvəlki kimi olmur. Kədərin müdhişliyi ilə onda tanış olursan, bir anın hökmünün nə demək olduğunu, bir an əvvələ qayıda bilməməyin mümkünsüzlüyünü dərk etməyin çarəsizliyi ilə üz-üzə qalırsan...

Bir dəfə itirdikdən sonra artıq hər itkini layiqincə yaşamağa başlayırsan. Çünki artıq bilirsən, o anın ondan sonra yaşayacağın milyonlarla, milyardlarla anın axarını dəyişdiyini çox gözəl bilirsən...

Necə deyirdi dahi şair? Bir insan köçürsə dünyadan əgər, sən elə bilmə ki, tək bir can gedər. İtki ilə tanış olduqdan sonra bunu daha yaxşı dərk edirsən, bir insanı itirmək nə deməkdir... Bu kədəri bütün mənliyində hiss etmək, yoxluğun yaratdığı boşluğu hər zərrəndə hiss etmək o insanın kimliyini, sənlə olan münasibətini, xatirələrini ikinci plana atır. Artıq sən bir insanı itirməyə üzülürsən... Yaxşı insanı, əsl insanı, dünyada insan deyə biləcəyin bütün xüsusiyyətləri özündə daşıyan, sənin kimi, mənim kimi birini...

Bizim Rüstəm müəllim də elə idi. Ən yaxşı təqdimatı, məncə, elə bu olardı Rüstəm müəllimin - yaxşı insan. Axı bizim Rüstəm müəllim alicənab, savadlı, nəcib insan idi. Geriyə baxanda insana xas olan hər cəhəti görürük onda, xatirələri yada salanda heç bir pislik tapmırıq, heç bir mənfi cəhəti nə ona, nə xatirəsinə, nə də örnək olan insanlığına yaraşdıra bilmirik. Elə isə Rüstəm müəllim, sadəcə, yaxşı insan deyildimi? Sadəcə, yaxşı insan olmaq azdır bu həyatda? Bu həyatın çirkabında, hər gün yüzlərlə iyrəncliklə qarşılaşdığımız dünyada təmiz qalmaq, yaxşı insan ola bilmək möhtəşəm deyildimi?

Elədir, Rüstəm müəllim... Siz xatirəmizdə, sadəcə, bu kimliklə qalacaqsınız, bizim Rüstəm müəllim, yaxşı insan...

Hə, niyə müəllim? Bizim millətin ən sevdiyim tərəfi budur, biz hörmətimizi, sevgimizi sonuna qədər ifadə edə bilirik. Niyə müəllim? Çünki Rüstəm bəyin duruşu, həyata baxışı, insanlara münasibəti, mədəniyyəti qarşısındakı hər insanı məcbur edirdi ki, ona qarşı eyni sayğı və hörməti bəsləsin. Bu söz sadəcə bir xitab idimi? Əsla, elə biri idi bizim Rüstəm müəllim...

Həyat bir şeyi öyrədir ki, kədəri layiqincə yaşaya bilmək lazımdır. Bu kədərin bir sonu yoxdur, amma yaşamadan da mən bu həyatı yaşadım deyə bilmərik axı... Kədəriniz sizi sevənləri çox üzür, bu dünyadan bir insan getdi... Əsl insan, yaxşı insan...

Bir inanc var içimizdə hər zaman. Bu olmadan, yəqin ki, kədəri yaşamaq, itkini qəbullanmaq mümkün olmazdı. Nədir bu inam? - Bir gün mütləq sevdiklərimizə qovuşacağıq. Mütləq yenə görüşəcəyik, mütləq yenə yarım qalmış xəyalların arxasınca gedəcəyik...

Daha bir inancım da var. Yaxşılar hər zaman birlikdə olacaqlar. Yaxşılar hər zaman bir-birini tanımadan da elə bir-birinin yanındadırlar. Rüstəm müəllim, bu inancla deyirəm ki, siz də itirdiyimiz bütün yaxşıların yanındasınız bu gün... Bizdən sevdiklərimizə "salam" deyin. Atama "salam" deyin, Mamed dayının doğum gününü təbrik edin, Malik əmiyə hər birimizi sevindirən uğurlardan danışın, Pamukun başına sığal çəkin, yaddan çıxan kim varsa, onlara unutmadığımızı deyin. Yaxşı insanları, sevdiklərimizi unutmadığımızı deyin, Rüstəm müəllim...

Qələminiz hər zaman möhtəşəm yazılar ərsəyə gətirərdi. Amma nə edək ki, fələk yazmağı sizdən öyrənmədi, onun yazdığı bu yazı hər birimizi yaraladı, hər birimizə xəyanət etdi. Bu xəyanət o qədər ağırdır ki, sizdən sonra "Rüstəm Qaraxanlı bir daha yazmayacaq" ifadəsini də bizə yazdırır.

Əlvida, Rüstəm müəllim, "salam" deyin bütün yaxşı insanlara...

Orxan Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri