“ABŞ bizdən bütün uranı təhvil verməmizi istəyir” Pezeşkian
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
“ABŞ-ın təklifi qəbuledilməzdir”.
Turkustan.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ bütün zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini tələb edir və bunun müqabilində cəmi üç aylıq sanksiya yüngülləşdirməsi təklif edir. “Bu, tamamilə qəbuledilməzdir,” – deyə prezident vurğulayıb.
Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında iştirak etdikdən sonra Nyu-Yorkdan Tehrana yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.
Prezident BMT Baş Assambleyasının İranın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühüm fürsət yaratdığını bildirərək əlavə edib: “Bu platformada xalqımızın üzləşdiyi ədalətsizlikləri və ölkəmizin haqq işini dünya ictimaiyyətinə çatdırdıq".
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:102
Bu xəbər 27 Sentyabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















