Icma.az
close
up
RU
Bütün dünya İrana hücum edir, İran Azərbaycana: Niyə? Video

Bütün dünya İrana hücum edir, İran Azərbaycana: Niyə? Video

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İranın bəzi dairələri son günlər İsrailin hücumlarına qarşı ölkənin müdafiəsini gücləndirmək haqqında düşünmək əvəzinə, Azərbaycana hücüm çağırışları edirlər. Guya İsrail İrana qarşı hücumlarda Azərbaycanın ərazisindən istifadə edir, elə buna görə də İran Azərbaycana qarşı bir sıra hərbi hücumlar həyata keçirməlidir.

Əvvəl-əvvəl bu kimi fikirlər İranın güc strukturlarına bağlı media resurslarında səsləndirilsə də, indi birbaşa dövlət kanalında səsləndirilib. Məqsəd nədir? Az qala bütün dünya İranı dağıtmağa çalışdığı halda, Tehran niyə Bakıya dil uzadır? Axı rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrana qarşı hücumlarda heç bir qüvvə Azərbaycan ərazisindən istifadə etmir, edə də bilməz. Kor tutduğunu buraxmayan kimi İran niyə bu əsilsiz, sübutsuz, əsli-kökü olmayan iddiadan əl çəkmir?

Özü parçalanmaq üzrə olsa da, Azərbaycanı təhdid etməyə çalışır. Əslində bu mənzərə ölkəmiz üçün heç də yad deyil. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində də İranın antiazərbaycan qüvvələrinin canfəşanlığının şahidi olduq. Torpaqlarımızın işğalının başlamasında da, 30 il davam etməsində də İranın xüsusi xidmətləri oldu. Zəngəzur dəhlizi kimi bölgəni rifaha daşıyacaq strateji əhəmiyyətli məsələnin də qarşısını İran kəsir. Bütün bunları saymaqla bitməz. Ancaq Azərbaycan İranla bağlı verdiyi sözdən heç bir vaxt dönmədi.

Məsələni politoloq Elxan Şahinoğlu şərh edib.
Daha ətraflı videoda:



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyun 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri