İran Azərbaycana qarşı niyə aqressivləşib? Video
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İslam Respublikasının ölkəmizə qarşı sərt ritorikası Azərbaycanın müstəqil dövlət kimi həzm olunma prosesinin hələ də başa çatmaması ilə əlaqədardır. Bununla bağlı İrandan dəfələrlə reflekslər görmüşük.
Axar.az xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli Axar TV-nin efirində qonaq olarkən deyib.
O bildirib ki, son zamanlar bu ritorikanın kəskinləşməsi həm də Suriya məsələləri ilə bağlıdır:
“Türkiyənin Suriyada çox böyük uğur qazanması, İranın, demək olar ki, Suriyadan sıxışdırılıb çıxarılması bir növ Azərbaycana münasibətə də təsir göstərir. Artıq bütün dünya, o cümlədən qonşularımız Azərbaycan-Türkiyə xarici siyasəti və təhlükəsizlik konsepsiyasının birgə addımladığını düşünürlər və belədir də. Ona görə də Türkiyəyə olan münasibət avtomatik olaraq Azərbaycana olan münasibətə də transformasiya olur”.
İranda bir sıra şəxslərin Azərbaycana qarşı nəlayiq ifadələrinə rejim cavabını necə verməlidir? İranda Azərbaycanla münasibətlərin normallaşmasına qarşı olan qüvvələr kimlərdir?
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 10 Yanvar 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















