Icma.az
close
up
RU
Bütün dünya okeanlarında “plastikofaq” bakteriyaları aşkarlanıb

Bütün dünya okeanlarında “plastikofaq” bakteriyaları aşkarlanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 noyabr, AZƏRTAC

Alimlər Dünya okeanında plastiki parçalaya bilən bakteriyalar aşkar ediblər. Kral Abdullah Elm və Texnologiya Universitetinin (KAUST) mütəxəssislər qrupunun apardığı araşdırma nəticəsində ən çox yayılmış plastik tullantı növlərindən biri olan polietilentereftalatın (PET) da daxil olduğu polimerlərin parçalanmasında fəal iştirak edən mikrob icmaları müəyyən edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, okean mikrobiomasının öyrənilməsi üzrə beynəlxalq “Tara Oceans” layihəsi çərçivəsində toplanan su və çöküntü nümunələrinin təhlili sintetik polimerlərin fermentativ parçalanmasına cavabdeh olan genləri müəyyən etməyə imkan verib. Bu genlərin tropik Atlantika sularından tutmuş Cənubi Okeanın soyuq axınlarına qədər bütün dünya okeanlarında geniş yayıldığı müəyyən edilib.

Tədqiqatın aparıcı müəllifi, doktor Xalid Əl-Harbi bildirib ki, tapıntı təbii mikroorqanizmlərin təkamül nəticəsində antropogen çirklənməyə uyğunlaşdığını sübut edir. “Bu cür ucqar və zahirən toxunulmamış okean ərazilərində belə genləri tapacağımızı gözləmirdik. Bu, plastik çirklənmənin hətta ən uzaq ekosistemlər üçün də qlobal problemə çevrildiyini göstərir”, – deyə alim qeyd edib.

Tədqiqatda xüsusi diqqət 2016-cı ildə Ideonella sakaiensis bakteriyasında aşkar edilmiş PETase zülalına bənzər fermentlərə yönəlib. Bu fermentlər PET-i monomerlərə parçalayaraq mikroorqanizmlərin karbon və enerji mənbəyi kimi istifadə etməsinə şərait yaradır. Yeni araşdırmada bu fermentləri kodlayan həm məlum, həm də əvvəllər təsvir olunmamış gen variantları müəyyən edilib.

Alimlərin sözlərinə görə, araşdırmanın nəticələri bioremediasiya – canlı orqanizmlər vasitəsilə ətraf mühitin təmizlənməsi texnologiyalarının inkişafı üçün yeni imkanlar açır. Bununla belə, tədqiqatçılar bildirirlər ki, təbii şəraitdə plastikin bioloji parçalanması çox yavaş gedir və mövcud çirklənmənin miqyasını kompensasiya edə bilmir.

“Bu bakteriyalar panaseya deyil”, – deyə doktor Əl-Harbi əlavə edib ki, əsas həll yolu birdəfəlik plastikin istehsalının azaldılmasıdır.

“Microbiome” jurnalında dərc olunan tədqiqat, həmçinin okeanların mikrob müxtəlifliyinin qorunmasının gələcəyin davamlı texnologiyaları üçün mühüm potensiala malik olduğunu vurğulayır. Alimlər gələcəkdə müəyyən edilmiş genlərin funksiyalarını və onların laboratoriya və sənaye şəraitində tətbiq imkanlarını daha dərindən öyrənməyi planlaşdırırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri