Dünya okeanlarında temperatur rekord həddə çatıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 24 avqust, AZƏRTAC
Dünya okeanlarının səth temperaturu müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, mütəxəssislər bunu insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi və güclənən “El-Nino” hava hadisəsinin təsiri ilə əlaqələndirirlər. Avropanın “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, avqustun 22-də qütb bölgələri istisna olmaqla dünya okeanlarının səthində orta temperatur 21,1 dərəcə isti təşkil edib.
Bu göstərici 2024-cü ilin martında üç ayrı gündə qeydə alınmış 21,09 dərəcəlik əvvəlki rekordu üstələyib. Eyni zamanda, hazırkı temperatur ilin bu dövrü üçün orta göstəricidən xeyli yüksəkdir. Alimlər bildirirlər ki, okeanların istiləşməsi ekstremal hava hadisələrinin daha da güclənməsinə, dəniz səviyyəsinin yüksəlməsinə və dəniz ekosistemlərinə ciddi zərər dəyməsinə səbəb ola bilər.
“Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samanta Börcess bildirib ki, yeni rekord okeanların getdikcə artan təzyiq altında olduğunu göstərən daha bir aydın siqnaldır. Onun sözlərinə görə, “El-Nino” qlobal iqlim sisteminə əlavə istilik gətirsə də, bu proses insan fəaliyyəti nəticəsində onilliklər ərzində davam edən istiləşmənin fonunda baş verir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Avqust 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















