Icma.az
close
up
RU
Bütün Hollivud ulduzları bu toydadır! Jeff Bezosun qonaq siyahısı bəllidir

Bütün Hollivud ulduzları bu toydadır! Jeff Bezosun qonaq siyahısı bəllidir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ikinci ən zəngin insanları olan Jeff Bezos və Lauren Sanchez evlənmək üçün günləri sayırlar. Məşhur cütlüyün Venesiyada keçirilən toyuna hansı adların dəvət olunduğu məlum olub.


Sherg.az xəbər verir ki, məşhur cütlüyün Venesiyada milyon dollarlıq toyu ilə bağlı təfərrüatlar ortaya çıxıb.

55 yaşlı Sançes və 61 yaşlı Bezos artıq toya dəvətnamələr göndəriblər. Cütlüyün iyunun son günlərində möhtəşəm mərasimlə həyatlarını birləşdirəcəkləri məlum olub. Toyun qonaqları arasında Hollivud aktyorları Leonardo Di Kaprio, Eva Lonqoriya, Orlando Blum və müğənni həyat yoldaşı Keti Perri və prodüser Brayan Qleyzer də var.

İtaliyadakı toyda əfsanəvi müğənni Barbra Streisand, Jewel, realiti-şou ulduzu Kim Kardaşyan və anası Kris Cennerin də iştirak edəcəyi gözlənilir.

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Jared Kuşner, Coşua Kuşner və model həyat yoldaşı Karli Klossun da mərasimə dəvət edildiyi öyrənilib. 


Toyda iştirak edəcəyi gözlənilən digər adlar isə milyarder Bill Qeyts, iş adamı Barri Diller və onun dizayner həyat yoldaşı Diane fon Furstenberg, Anna Wintour, model Camila Morrone, Brooks Nader və İordaniya kraliçası Rania Al Abdullahdır.

 2,5 milyon dollarlıq üzüklə gələn təklifdən sonra Sançes möhtəşəm mərasim üçün gəlinliyini seçib. Sançesin Oscar de la Renta tərəfindən hazırlanmış gəlinlik geyinəcəyi düşünülür.

Mərasimin Bezosun 500 milyon dollarlıq Koru adlı yaxtasında keçirilə biləcəyi düşünülür. İddialara görə, dəbdəbəli yaxta şənliklər zamanı istifadə olunacaq və ətrafdakı qonaqları gəmi ilə daşımaq üçün istifadə olunacaq.

Qeyd edək ki, keçmiş aparıcı  olan Sançes 2005-ci ildə Patrick Vhitesell ilə evləndi, lakin 2019-cu ildə Bezosla münasibəti üzə çıxandan sonra bu evlilik sona çatıb. Bu münasibət Bezosun dörd uşağının anası MakKenzie Scott ilə 25 illik evliliyinə də son qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri