Icma.az
close
up
RU
Bütün icra hakimiyyətləri ləğv olunmalıdır Fikrət Yusifov

Bütün icra hakimiyyətləri ləğv olunmalıdır Fikrət Yusifov

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Prezidentin mətbuata verdiyi müsahibəsində ölkədə operativ idarəçilik sisteminə keçməklə bağlı fikirlər təsədüfən səslənmədi

Son illər Azərbaycanda icra hakimiyyətlərinin və digər bir neçə qurumun ləğvi haqda müzakirələr gedir. Əsas müzakirə isə rayon-şəhər icra hakimiyyətlərinin daha çevik mexanizmlə əvəzlənməsi istiqamətindədir. Bildirilir ki, bu, köhnəlmiş sistem olduğu üçün həm rüşvət və korrupsiyaya asan imkanlar yaradır, həm də idarəetmədə ləngimələrə, bürokratiyaya gətirib çıxarır.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu mövzuya da toxunub. Ölkə başçısı deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.

Prezidentin bu sözləri deməyə əsas verir ki, yaxın vaxtlarda ölkədə ciddi dəyişikliklər baş verəcək. Əsasən də icra hakimiyyəti strukturunda köklü islahatlara şahidlik edəcəyik. İlham Əliyev həmçinin bildirib ki, daha az məmurla çevik idarəetmə sistemi yaradılmalıdır. Bu da o deməkdir ki, həm xeyli ixtisarlar aparılacaq, həm də yüksək vəzifələr tutan çoxsaylı məmur ordusu idarəetmədən uzaqlaşdırılacaq.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Sherg.az” a açıqlamasında bildirib ki, indiki İcra hakimiyyətləri Sovetlər dönəmindən qalmış və yeni dövrün çağrışlarına qətiyyən uyğun gəlməyən bir idarəçilik aparatıdır. Bu paslanmış idarəçilik sistemini çoxdan ləğv etmək lazım idi:

“Son zamanlar yerlərdə İcra hakimiyyəti başçılarının törətdikləri özbaşınalıqlar bir daha sübut edir ki, bu idarəçilk sistemi öz çöküşünü yaşayır. Bu gün Azərbaycanda ümumilikdə 87 İcara hakimiyyəti fəaliyyət göstərir. Bu qədər İcra hakimiyyətinə rəhbər vəzifəyə normal kadrları tapıb təyin etmək də o qədər asan məsələ deyil. Bir başqa məsələ onların fəaliyyətinə nəzarətin təşkilində yaranan çətinliklərdir. O, səbəbdən yerlərdəki mövcud idarəçilik sisteminmi kökündən ləğv edib, 14 iqtisadi rayon üzrə Prezidentin nümayəndəliklərini yaratmaq lazımdır. Bu halda regionların problemlərinin həlli ilə də 87 İcra başçısı deyil, 14 nümayəndə məşğul olacaqdır və yerlərdəki vəziyyətlə bağlı hesabatda onlardan soruşulacaqdır. Artıq bu təcrübə bir neçə ildir ki, sınaqdan çıxarılıb”.

F. Yusifovun sözlərinə görə, yerlərdə yeni idarəçilik sisteminə keçmək üçün ölkə Konstitusiyasında uyğun dəyişikliklər edilməlidi: “Düşünürəm ki, bunun zamanı artıq çatıb və Prezidentin mətbuata verdiyi müsahibəsində ölkədə operativ idarəçilik sisteminə keçməklə bağlı fikirlər təsədüfən səslənmədi. Bu gün yerli icra hakimiyyətlərinin böyük strukturu da büdcə üçün lazımsız bir yükdür. Yerlərdə yaradılacaq yeni nümayəndəliklərdə idarəçiliyi az lakin bacarıqlı, peşəkar kadrlar vasitəsilə həyata keçirmək gərəkdir. Bu idarəçilikdə çevikliyi təmin edəcək və yerlərdə yaranan problemlərin operativ həllinə yol açacaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Yanvar 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri