Icma.az
close
up
RU
Unudulmaz Fikrət müəllim Fikrət Qoca 90

Unudulmaz Fikrət müəllim Fikrət Qoca 90

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Rəşad Məcid
Mətbuat Şurasının sədri

Xalq şairi Fikrət Qocanın xatirəsinə

Ədəbiyyata, poeziyaya maraq göstərməyə başladığım ilk zamanlarda - hələ ötən əsrin 70-ci illərində televiziya ekranından Fikrət Qocanın öz şeirlərini səsləndirdiyini tez-tez eşidirdim. Hər dəfə də bu şeirlərin fərqli cazibəsi məni özünə çəkirdi. Sonralar nəşr olunan şeir kitablarını əldə etdim və beləcə, Fikrət Qoca poeziyasının daimi oxucusuna çevrildim.

Mən Fikrət müəllimi sərbəst şeirimizdə Rəsul Rza yolunun davamçısı sayıram. Onun şeirlərinin təhkiyəsi olduqca orijinal və ürəyəyatımlıdır. Sərbəst vəzndə yazılan bu şeirlər daxili ritmi, ahəngi ilə həmişə seçilirdi. Buna görə də onları əzbərləmək də asan və zövqlü idi. Gənc yaşlarımda Fikrət müəllimin "Cəsarət" və "Risk" şeirlərini əzbərləmişdim. Sonralar onun özünün də iştirak etdiyi məclislərdə dəfələrlə bu şeirlərdən parçalar, ayrı-ayrı misralar söylədiyim də olmuşdu. Onun sovet illərində yazdığı "Cəsarət" şeiri həqiqətən də o dövr üçün cəsarətli və qeyri-adi nəzm nümunələrindən sayılırdı:

Cəsarətsiz iclasları

açılmamışdan bağlayın.

Cəsarət təqaüdə çıxmaz,

sən onu öz övladının gözlərində görəcəksən.

Yuxularına girəcək,

qarşısında diz çöküb hönkürəcəksən.

Cəsarəti öldürə bilmərik sən, mən.

Cəsarətimiz təqaüdə çıxsaydı,

Əhalimiz xalq olmazdı,

Torpağımız - Vətən.

Fikrət müəllimin şeirləri öz aurası, orijinal üslubu ilə həmişə fərqlənirdi. Onun böyük Hüseyn Cavidin nəşinin vətənə gətirilməsi münasibətilə hələ ötən əsrin 80-ci illərinin əvvəllərində qələmə aldığı şeir o vaxtlardan dilimin əzbəri idi:

Tale, nə gözəl gündü bu,

sən insafa gəldin.

Qırx ildi gəlirdin, gəl, a Cavid,

səfa gəldin...

İllər külək oldu,

yollar çiçək oldu,

insan mələk oldu,

gördün - vəfa gəldin...

Həsrət onu mərd yıxdı ki,

O, insafa gəldi

Ey ayrılıq oğlu, bu Araz sahilinə

sən səfa gəldin!

...2004-cü ildən - mən Azərbaycan Yazıçılar Birliyinin katibi seçiləndən sonra - sevimli Xalq şairimiz Fikrət Qoca ilə mütəmadi görüşməyə başladıq. Birgə çalışdığımız dövrdə onu daha yaxından tanımaq, daxili zənginliyinə bələd olmaq imkanı qazandım. Mən Fikrət müəllimin bir çox üstün insani keyfiyyətlərinin şahidi olmuşam. Onun gənc yaşlarımda eşitdiyim o gur səsi artıq yox idi. 1980-ci illərin ortalarında ağır xəstəliyə mübtəla olmuş, lakin Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Moskvada əməliyyat edilərək sağlamlığına qovuşmuşdu. Buna görə o, hər zaman Ulu öndərə öz dərin minnətdarlığını bildirirdi.

Fikrət müəllimin gözəl yol yoldaşlığı vardı. Onunla birlikdə dəfələrlə səfərlərdə olmuşduq. İstər xarici ölkələrə, istərsə də respublikamızın ayrı-ayrı bölgələrinə səfərlərimizdə hər dəfə onun yeni insani məziyyətlərini müşahidə edir, duzlu zarafatları sevən mükəmməl yol yoldaşı olduğunu görürdüm. İtaliyada Fikrət müəllimin kitabı çapdan çıxmışdı. Bununla əlaqədar birlikdə Milana getmişdik. Daha sonra Qırğızıstana, Türkiyənin müxtəlif şəhərlərinə, eləcə də ölkəmizin müxtəlif bölgələrinə səfərlərimiz olmuşdu. Bu səfərlər zamanı Fikrət müəllimlə bağlı unudulmayacaq xeyli xoş xatirələrim var.

Yaxşı yadımdadır, Qarsa təyyarə reysi açılan günlər idi. Bizə ilk reyslə Qarsa uçmaq təklif olunmuşdu. Təşkilatçılar Fikrət müəllimin də getməsini istədiklərini demişdilər. Düzü, əvvəl-əvvəl düşünmüşdüm ki, bir gündə uzaq yolu gedib-gəlmək onun üçün yorucu olar. Amma dəvəti Fikrət müəllimə bildirəndə məmnuniyyətlə razılaşdı, dedi ki, nə olacaq, iki saatlıq yoldur, gedərik. Həmin səfərimiz indiki kimi yadımdadır.

Bir dəfə də onunla Qırğızıstana səfərimiz olmuşdu - Xalq yazıçısı Anarın yubiley tədbiri ilə əlaqədar Bişkekə getmişdik. Heyətdə tanınmış incəsənət nümayəndələri, Xalq artisti Mələkxanım Eyyubova və onu müşayiət edən musiqiçilər də vardı. Sevilən xanəndəmiz orada Fikrət müəllimin sözlərinə bəstələnmiş musiqiləri ifa edir, nümayəndə heyəti də ona qoşulub birlikdə oxuyurdu. Xüsusən, Fikrət Qocanın sözlərinə Ramiz Mirişlinin bəstələdiyi "Küsüb məndən" mahnısı hamımızın qəlbini riqqətə gətirmişdi:

Sən dönsən də, mən dönmərəm,

Günəş sönər, mən sönmərəm.

Əzabından deyinmərəm,

Var böylə nişanım mənim.

İndi bu cümlələri yazarkən daha bir səfərimizi xatırlayıram. Böyük şairimiz Almas İldırımın 100 illik yubileyi ilə bağlı geniş bir nümayəndə heyətinin tərkibində Elazığa səfər etmişdik. Bir neçə gün orada qərib şairimizi anmaq, ona həsr olunmuş tədbirlərdə iştirak etmək unudulmaz anlar idi. Fikrət müəllim orada da çox böyük şövqlə, yorulmadan bütün tədbirlərə qatılırdı.

Fikrət Qoca ustad şair olmaqla bərabər, həm də çox həssas insan idi. İctimai proseslərə biganə qalmaz, ölkədə baş verənlərə bədii və publisistik yazıları ilə münasibət bildirərdi. O, ədəbi gəncliyə də xüsusi qağyı və diqqət göstərər, hansısa qəzetdə, ya jurnalda oxuyub bəyəndiyi mətnin müəllifini mütləq axtarıb tapar, öz təəssüratını bölüşərdi. Gənc yazarlara hər zaman dəstək olar, onların inkişafı üçün əlindən gələni etməyə çalışardı.

Xalq şairi Fikrət Qocanın zəngin ədəbi irsi ədəbiyyatımızın çox dəyərli nümunələrindəndir. Əlamətdar hadisədir ki, dövlətimizin başçısı cənab İlham Əliyev onun 90 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu nəcib addım unudulmaz şairimizin işıqlı xatirəsini yenidən yad etmək üçün daha bir fürsətdir.

Fikrət müəllimin vəfatından sonra Ağdaşda onun xatirəsinə həsr olunmuş böyük tədbir keçirilmişdi. Sevimli şairimizin həmyerliləri böyük şövqlə çox gözəl bir tədbir hazırlamışdılar.

Yeri gəlmişkən, Göyçayda "Ziyalılar bağı"nda hələ sağlığında Fikrət müəllimin büstü qoyulmuşdu. Bir dəfə Göyçaya səfərimiz zamanı həmin büstü o özü də ziyarət etmişdi.

Fikrət Qoca şübhəsiz, Azərbaycan ədəbiyyatı tarixində öz yeri olan çox dəyərli söz adamı, bənzərsiz şairdir. Onun yoxluğu xalqımız, ədəbiyyatımız, eyni zamanda dostları, yaxınları, iş yoldaşları üçün ağır itkidir. İstər həmişə şeirlərini sevə-sevə oxumuş bir oxucu, istərsə də xeyli müddət bir yerdə çalışmış, ünsiyyətdə olmuş bir adam kimi mən də unudulmaz Fikrət müəllimi hər zaman böyük ehtiramla yad edir, haradasa şeirlərini eşidəndə onun televiziya ekranından öz şeirlərini gur səslə oxuduğu o illəri xatırlayıram.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri