Icma.az
close
up
RU
Fikrət Yusifov: Yeni maaş sistemi dövlət qulluğunu daha cəlbedici edəcək

Fikrət Yusifov: Yeni maaş sistemi dövlət qulluğunu daha cəlbedici edəcək

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları ölkəmizdə dövlət idarəçiliyi sahəsində həyata keçirilən genişmiqyaslı institusional islahatların məntiqi davamıdır. Bu islahatların əsas hədəfi dövlət qulluğu sistemini müasir çağırışlara uyğunlaşdırmaq, kadr potensialının səmərəliliyini artırmaq və daha çevik idarəetmə modelinə keçidi təmin etməkdir.

Yeni yanaşma çərçivəsində əməkhaqqı strukturunun sadələşdirilməsi, müxtəlif əlavələrin vahid sistemdə birləşdirilməsi və nəticəyönümlü mexanizmlərin gücləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlət qulluğunun cəlbediciliyinin artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və sosial müdafiə mexanizmlərinin daha da təkmilləşdirilməsi islahatların mühüm istiqamətlərindən biri kimi çıxış edir.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Sherg.az-a bildirib ki, prezident tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların davamı kimi, dövlət qulluğunda əməkhaqqı sisteminin dünya təcrübəsinə uyğun, daha sabit və effektiv modelə keçirilməsinə imkan yaradır:



"Qəbul edilmiş qərarlar dövlət aparatının fəaliyyətinin səmərəliliyini, şəffaflığını təmin etməklə yanaşı, onun peşəkar səviyyədə təşkil olunmasına zəmin yaradacaqdır. Bu fərmanlara qədər dövlət qulluqçusu kimi fəaliyyət göstərən şəxslərin əməkhaqlarının ödənilməsində mövcud olmuş sistemin əsas çatışmazlığı dövlət qulluqçularına ödənilən əməkhaqqının baza hissəsinin onun az bir payını təşkil etməsindən, qalan hissəsinin isə müxtəlif mükafatlardan və buna bənzər digər ödənişlərdən ibarət olması idi. Bu isə öz növbəsində dövlət idarəetmə sistemində effektivliyin azalmasına gətirib çıxarır, gənc kadrların fəaliyyətinin stimullaşdırılmasına imkan vermir, ölkə daxilindəki ali təhsil müəssisələrində və həm də dövlətin maliyyə dəstəyi ilə xaricdə yüksək ali təhsil almış kadrların dövlət qulluqçusu kimi fəaliyyət göstərməsinin qarşısında müəyyən problemlər yaradırdı. Belə kadrlar fəaliyyət göstərdikləri dövlət qurumlarında əməkhaqqının ödənişindəki mövcud disproporsiyalar səbəbindən özəl sektorda fəaliyyət göstərməyə üstünlük verirdilər".

F. Yusifov qeyd edib ki, bir dövlət müəssisəsində 4-5 il fəaliyyət göstərərək gənc kadr kimi yetişdirilmiş mütəxəssisin əməkhaqqı ödənişindəki bəlli uyğunsuzluqlar səbəbindən, əməkhaqqının yüksək olduğu özəl sektora üz tutması dövlət sektorunda ciddi kadr axınına səbəb olurdu:

" Bu isə illər ərzində dövlət qulluğunda yaxşı təcrübə yığmış və sanki bundan sonra dövlətə yetkin bir mütəxəssis kimi qulluq etməli olan gənc kadrın, yeni, daha az təcrübəli kadrla əvəz olunması ilə nəticələnirdi ki, nəticədə dövlət idarəçiliyinin effektivliyi aşağı düşürdü. Dövlət qulluqçularına əməkhaqlarının ödənilməsində yaradılan yeni sistemdə əməkhaqqına indiyə qədər mükafatlar və onlara bərabər tutulan digər ödənişlər formasında edilən əlavələr əməkhaqqının baza hissəsinə daxil edilərək onun sabitliyini və effektivliyini təmin edəcəkdir. Buna qədər əməkhaqqına mükafatlar və onlara bərabər tutulan digər ödənişlər formasında edilən əlavələr istənilən halda əməkhaqqının ödənilməsində sabit bir mənzərə yarada bilmirdi. Daha doğrusu, dövlət qulluqçularına ödənilən mükafatların azaldılması və ya tamamilə kəsilməsi istənilən halda mümkün idi və bu da öz növbəsində əməkhaqqının sabitliyini təhlükə altına alırdı. Yeni qaydalarla həmin ödənişlərin əməkhaqqının baza hissəsinə daxil edilməsi əməkhaqqının baza hissəsinin 90-95%-ə qədər artırılmasını təmin edəcəkdir ki, bu da dövlət qulluğunda çalışanlara daha sabit əməkhaqqının verilməsini təmin edəcəkdir. Dövlət qulluqçularına əməkhaqlarının ödənilməsi sahəsində tətbiq olunan yeni sistem daha peşəkar və bacarıqlı kadrların dövlət qulluğuna cəlb edilməsi üçün əsas şərtlərdən birinə çevriləcəkdir. Yeni sistemin tətbiqindən sonra təqaüd yaşına çatacaq dövlət qulluqçusunun təqaüdünün hesablanmasında da hər hansı bir tərəddüdlər ortaya çıxmayacaqdır. Çünki bundan sonra baza hissəsi sabit olan bir əməkhaqqı mövcud olacaqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri