Icma.az
close
up
RU
Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Çinin tanınmış diplomatlarından Çıjou Enlay deyirdi ki, “bütün diplomatiya müharibənin başqa vasitələrə davamıdır”. Azərbaycan diplomatiyası da dövlət başçısının rəhbərliyi altında II Qarabağ Müharibəsində ölkəmizin tarixi zəfərindən sonra diplomatik mübarizədə əhəmiyyətli qələbələrə imza atıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli Feysbuk hesabında bildirib.

O qeyd edib ki, müasir beynəlxalq proseslər yüksək dinamika, sərt rəqabət, qarşıdurma, siyasi, iqtisadi və hüquqi amillərin çoxsəviyyəli qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur:

“Bu sərt rəqabət, qarşıdurma, yeni dünya nizamının formalaşması mərhələsində hər bir ölkənin beynəlxalq nüfuzu, diplomatik uğurları, beynəlxlaq arenada yeri, rolu milli maraqların qorunması, davamlı inkişaf, təhlükəsizliyinin təmin edilməsində ən mühüm amilə çevirilir.

Çağdaş dövrümüzün ən məşhur diplomatlarından Henri Kissincer “Diplomatiya” əsərində qeyd edir ki, tarix dərsləri qərarların qəbulu zamanı avtomatik olaraq tətbiq olunan bir bələdçi deyil. Tarix müqayisə etməyə, oxşar təsirlərlə öyrənməyə imkan verir. Hər nəsil isə özü üçün hansı şərtlərin müqayisə edilə biləcəyini müəyyənləşdirməlidir. Dövlət xadiminin isə təxmin etməyə yalnız bir cəhdi olur, əgər düz qərar verilmirsə, sonradan səhvləri düzəltmək mümükün olunur: “Tarix onu lazımi dəyişiklikləri nə qədər ağıllı şəkildə həyata keçirə bildiyinə və ən əsası sülhü nə dərəcədə qoruya bildiyinə görə mühakimə edəcəkdir”. Kissincerin bu fikirləri dövlət başçılarının, siyasi liderlərin, diplomatiyanın necə böyük məsuliyyət daşıdığını, zamanında düzgün qərara verilməsinin necə strateji vacib olduğunu bir daha diqqətə çatıdırır. Əldə olunmuş uğurlar, diplotaik qələbələr deməyə əsas verir ki, Azərbaycan tarixin bu çətin sınağından uğurla keçdi. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün çağdaş qlobal proseslərdə, beynəlxalq gündəliyin formalaşmasında iştirak edir, sabitlik və təhlükəsizlik ixrac edir, güclü diplomatik mövqelərə malikdir, sülh təşəbbüsləri ilə Cənubi Qafqaz regionunun transformasiyasını həyata keçirir”.

Z.İbrahimli qeyd edib ki, bu strateji kurs Azərbaycanın gələcək onilliklər üçün iqtisadi dayanıqlığını, müstəqil xarici siyasətini və beynəlxalq nüfuzunu sığortalayır:

“Bu starteji kurs həmçinin, səriştəli, peşəkar diplomatiya ilə həyata keçirilir. Azərbaycanın beynəlalq nüfuzunun ən real göstəriciləri beynəlxalq təşkilatlarda, platformalarda təmsilçilik, diplomtik uğurlardır. Azərbaycan artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur, 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvüdür.

Ölkənin üzv olduğu mühüm təşkilatlara BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, D8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri daxildir.

2025-ci ildə Azərbaycan beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü 14 namizədliyin hamısı üzrə qələbə qazanaraq 100 faizlik nəticəyə nail olub. Ölkə nümayəndələri BMT sisteminin müxtəlif qurumlarında, UNESCO, Ümumdünya Turizm Təşkilatı, ICESCO və digər beynəlxalq təşkilatların qərarverici strukturlarında təmsilçilik hüququ əldə ediblər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi, Qoşulmama Hərəkatına sədrliyi (2019-2023) və COP29-a, WUF13-ə ev sahibliyi beynəlxalq arenada Azərbaycan diplomatiyasının ən parlaq uğurlarındandır. BMT-nin müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin ilə ikinci və üçüncü yerləri bölüşür.

Elə Çinin tanınmış diplomatlarından Çıjou Enlay deyirdi ki, “bütün diplomatiya müharibənin başqa vasitələrə davamıdır”. Azərbaycan diplomatiyası da dövlət başçısının rəhbərliyi altında II Qarabağ Müharibəsində ölkəmizin tarixi zəfərindən sonra diplomatik müstəvidə əhəmiyyətli qələbələrə imza atıb. Bundan əvvəlki dövrdə Prezident İlham Əliyevin irəli sürdüyü “hücum diplomatiyası” doktrinası ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirdi, tarixi zəfərdən sonra xarici siyasət, diplomatiyamız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası, sülh gündəliyinin inkişaf etdirilməsi, regionumuzun yeni reallıqlarının tanınması istiqamətində yüksək məharət nümayiş etdirdi. Artıq Azərbaycanın sülh diplomatiyası çağdaş dövrümüzün ən uğurlu nümunələrindən biri kimi öyrənilir.

Azərbaycan diplomatiyası bu gün praqmatik, qlobal miqyasda, regionda baş verən geosiyasi proseslərin, beynəlxalq münasibətlərin transformasiyasının, əsas trendlərin dərin təhlilinə əsaslanan peşəkarlıqla güclü reputasiya qazanıb. Azərbaycan diplomatiyasının reputasiyası, peşəkarlığı Azərbaycanın xarici siyasətinin əsas vəzifələrini, balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa söykənın xarici siyasət kursunun davam etdirilməsi, həm Qərb, həm də Şərq qütbləri ilə münasibətlərini paralel, səmərəli şəkildə inkişaf etdirilməsi, TDT coğrafiyasında inteqrasiyanın sürətləndirilməsini, Cənubi Qafqazın sülh gündəliyi ilə transformasiyası kimi strateji məqəsədlərə nail olunmasında əhəmiyyətli töhfə verir”.

“Diplomatik təmsilçilik sahəsində qazanılan hər bir uğur, beynəlxalq platformalarda səmərəli təmsilçilik Azərbaycanın beynəlxalq qərarların qəbuluna təsirini, milli maraqlarını qlobal müstəvidə qorunması imkanını genişləndirir. Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliklərin peşəkar kadr potensialı, on illər ərzində dövlət başçısının rəhbərliyi ilə yaradılmış qarşılıqlı hörmət və etimad mühiti, ölkənin beynəlxalq öhdəliklərinə sadiq qalması diplomatik uğurlarımızı şərtləndirir”, - Zaur İbrahimli əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 İyul 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see264

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see222

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see210

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri