Bütün məsələlər ona təqdim olunur Abbas Əraqçi
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın Ali rəhbəri Müctəba Xameneinin çıxış və görüntüləri təhlükəsizliklə bağlı yayımlanmır, eləcə də olduğu yer gizli saxlanılır.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib.
"O, rəhbərlik məqamında çox fəal və tam hakim bir şəkildə iştirak edir. Bütün məsələlər ona təqdim olunur, onun qərarları da bizə çatır və bu baxımdan heç bir zəif nöqtə yoxdur. Ondan heç bir görüntü və ya çıxışın yayımlanmaması, əsasən təhlükəsizlik səbəbləri ilə bağlıdır. Hər halda, biz hücum etməyə çalışan düşmənlərlə üzləşirik. Bu məsələni ötən iki müharibədə təcrübə etmişik. Onlar rəsmilərimizi öldürüblər. Liderimizi (Əli Xamenei-red.) qətlə yetiriblər", - Əraqçi "Telegram" kanalında müsahibədən sitat gətirib.
Onun sözlərinə görə, ABŞ və İsrail ordusu müharibə zamanı İranın bəzi rəsmilərinin mənzilinə hücum etdiyi üçün M. Xameneinin yeri gizli saxlanılır:
"Hər halda, onun təhlükəsizliyini qorumaq məqsədilə qəbul edilmiş bir qərardır və mənim fikrimcə, bu, işlərin idarə olunmasında heç bir problem yaratmayıb".
Əraqçi M. Xamenei ilə görüşmədiyini etiraf edib, lakin Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və digərlərinin ölkə liderinin qəbulunda olduğunu xatırladıb.
Baxış sayı:82
Bu xəbər 03 Noyabr 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















