Icma.az
close
up
RU
Bütün nadir xəstəliklər üçün universal dərman hazırlanıb Elmi ARAŞDIRMA

Bütün nadir xəstəliklər üçün universal dərman hazırlanıb Elmi ARAŞDIRMA

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq təsdiqlənmiş bir dərman mutasiyanın harada baş verməsindən asılı olmayaraq, insan zülalının demək olar ki, bütün mutasiyaya uğramış formalarını stabilləşdirə bilir.

Oxu.Az xəbər verir ki, bu barədə beynəlxalq tədqiqatçılar qrupunun keçirdiyi araşdırmalar nəticəsində məlum olub. Nəticələr "Nature Structural & Molecular Biology" jurnalında dərc olunub.

Qeyd olunub ki, sözügedən dərman normal böyrək funksiyası üçün vacib olan vazopressin V2 reseptorunu (V2R) hədəf alır. Bu reseptorda olan qüsurlar nadir xəstəlik olan nefrogenik şəkərsiz diabetə səbəb olur. Bu xəstələr güclü susuzluqdan əziyyət çəkir və litrlərlə sidik ifraz edirlər.

Alimlər laboratoriyada reseptorun 7 min variantını, o cümlədən bütün mümkün mutasiyalarını yaradıb və digər böyrək xəstəliklərinin müalicəsində istifadə olunan tolvaptan preparatının təsirini yoxlayıblar. Məlum olub ki, dərman aşkar edilmiş 69 mutasiyadan 60-ı da daxil olmaqla, destabilizə edilmiş mutasiyaların 87%-də normal reseptor səviyyəsini bərpa edib.

"Mutasiyalar reseptorun hüceyrə içində ilişib qalmasına səbəb olur və bu halda reseptor səthə çatmır. Tolvaptan isə 'keyfiyyətə nəzarət sistemi' zülalının reseptoru buraxmasına imkan verir və onu kifayət qədər uzun müddət sabit saxlayır", - deyə məqalənin aparıcı müəllifi, Barselona Genom Tənzimləmə Mərkəzinin tədqiqatçısı Dr. Teylor Miqhell izah edib.

Alimlərin sözlərinə görə, kəşf prinsipial olaraq yeni yanaşmanı göstərir: preparat mutasiyanın yerindən asılı olmayaraq zülala yapışa və onu stabilləşdirə bilir. Bu, uzun müddət effektiv terapiyası olmayan nadir xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyişdir.

"Əgər kəşfimiz GPCR reseptor ailəsinin digər üzvlərində təsdiqlənərsə, dərmanların hazırlanmasını kəskin sürətləndirə bilərik. Hər mutasiya üçün unikal molekullar axtarmaq əvəzinə, bütün zülalı stabilləşdirən universal dərmanlar hazırlaya bilərik", - deyə Genom Tənzimləmə Mərkəzinin və Senqer İnstitutunun rəhbəri, professor Ben Lener bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri