Icma.az
close
up
RU
Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Beynəlxalq alimlər qrupunun apardığı yeni araşdırma göstərib: artıq təsdiqlənmiş bir preparat, mutasiyanın harada baş verməsindən asılı olmayaraq, insan zülalının demək olar ki, bütün dəyişmiş formalarını stabilləşdirə bilir. Tədqiqatın nəticələri "Nature Structural & Molecular Biology" jurnalında dərc olunub.

Araşdırmaya görə, sözügedən dərman böyrəklərin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan vazopressin V2 reseptorunu (V2R) hədəf alır. Məhz bu reseptordakı genetik pozuntular nefrogenik şəkərsiz diabet adlı nadir xəstəliyin əsas səbəblərindəndir. Bu xəstəliyə tutulan insanlar güclü susuzluq hissi keçirir və bədən çoxlu miqdarda sidik ifraz edir.

Tədqiqatçılar laborator şəraitdə reseptorun təxminən 7 min fərqli versiyasını, o cümlədən bütün mümkün mutasiyalarını yaradaraq, böyrək xəstəliklərinin müalicəsində istifadə olunan tolvaptan adlı dərmanın təsirini araşdırıblar. Nəticədə məlum olub ki, bu preparat müəyyən edilmiş 69 mutasiyanın 60-ında, yəni 87% hallarda, reseptorun normal fəaliyyətini bərpa edə bilib.

Araşdırmanın aparıcı müəllifi, Barselona Genom Tənzimləmə Mərkəzinin mütəxəssisi Dr. Teylor Miqhell bildirib:

"Mutasiyalar səbəbindən reseptor hüceyrə daxilində ilişib qalır və səthə çıxa bilmir. Tolvaptan isə hüceyrənin 'keyfiyyətə nəzarət sistemi'nə təsir edərək reseptorun buraxılmasına imkan yaradır və onun sabitliyini təmin edir".

Alimlərin fikrincə, bu kəşf tamamilə yeni müalicə yanaşmasının əsasını qoyur. Preparat mutasiyanın yerləşdiyi nöqtədən asılı olmayaraq zülala bağlanaraq onu stabilləşdirə bilir - bu da indiyə qədər effektiv müalicəsi olmayan nadir xəstəliklər üçün böyük ümid yaradır.

Genom Tənzimləmə Mərkəzinin və Senqer İnstitutunun rəhbəri, professor Ben Lener əlavə edib:

"Əgər bu nəticələr GPCR reseptor ailəsinin digər üzvlərində də təsdiqlənsə, dərmanların hazırlanma prosesi xeyli sürətlənəcək. Hər mutasiya üçün ayrıca molekul axtarmaqdansa, bütün zülalı sabit saxlayan universal preparatlar istehsal etmək mümkün olacaq".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Noyabr 2025 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see214

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see199

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see188

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see154

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see150

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see147

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see140

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see139

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see136

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see136

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see135

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see135

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see134

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see132

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see132

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see129

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see129

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see127

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see127

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri