Bütün nəslin ümidi sənsən İmtahan stresinin arxasındakı GİZLİ SƏBƏBLƏR
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Qonşunun qızı filan universitetə qəbul oldu", "Filankəs bu qədər bal topladı", "Bütün nəslin ümidi sənsən" − bu və buna bənzər ifadələr imtahana hazırlaşan əksər abituriyentlərin qulağında səslənir. Məktəbdə isə müəllimlərin tələbi bu stresi daha da artırır. Bütün bunlar isə psixoloji yük olaraq şagirdlər üçün yaxşı heç nə vəd etmir.
İmtahan zamanı şagirdlərə qarşı həddindən ziyadə diqqətli və həssas olmaq ən gözəl seçimdir. Bəs valideynlər buna əməl edirlərmi?
Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğuda müxtəlif fikirlər səsləndirilib.
"Valideynlər əziyyət çəkir, müəllimlərə yüksək məbləğlərdə pul verirlər. Bu səbəbdən övladlarından yaxşı nəticə gözləyirlər", - sakinlərdən biri söyləyib. "Hər kəs oxumalıdır deyə bir şey yoxdur. Hər bir insanın müəyyən istedadı var. Kimsə öz istedadını bilirsə və bu yöndə özünü inkişaf etdirirsə, ali təhsil almadan da daha yüksəksəviyyəli sahələrə yiyələnə bilər", - digər sakin deyib.
Təhsil eksperti İlkin Məhərrəmov bildirir ki, universitetə daxil olmamaq dünyanın sonu deyil:
"Texnologiya dövründəyik. Ali təhsili olmayanlar çox yaxşı proqramçı, İT mütəxəssisi olub, çox yaxşı yerlərə gəlib çıxa bilərlər. Əsas məsələ ixtisasın, peşən nə olursa-olsun yaxşı mütəxəssis olmaqdır".
Sosioloq Üzeyir Şəfiyev isə vurğulayır ki, uşaqlar üçün gələcək hədəflər seçilərkən onların daxili potensialı nəzərə alınmalıdır:
"Sərt hədəflər uşağı yanlış istiqamətləndirə bilər. Bəzi valideynlər həyata keçirə bilmədikləri məqsədləri övladları vasitələsilə reallaşdırmağa çalışırlar. Bu isə uşaqların cəmiyyətdə öz yerini düzgün tapmamasına səbəb olur".
Ətraflı süjetdə:
"Bütün nəslin ümidi sənsən" - İmtahan stresinin arxasındakı GİZLİ SƏBƏBLƏR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 31 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















