Bütün ölkələr üçün 10 faizlik rüsum tətbiq etdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxala şamil olunacaq 10 faizlik qlobal tarif qərarını imzaladığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “Truth” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Oval Ofisdə imzaladığı fərman dərhal qüvvəyə minəcək.
“Oval Ofisdən bütün ölkələr üçün, demək olar ki, dərhal qüvvəyə minəcək Qlobal 10%-lik tarifi imzalamaq mənim üçün böyük şərəfdir”, – deyə Tramp vurğulayıb.
Bununla yanaşı, Prezident ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı mövqeyini sərt tənqid edib. O, tarif metoduna qarşı səs verən hakimlərin qərarını “gülünc” adlandıraraq, onların bu mövqedən utanmalı olduqlarını bildirib.
Tramp əlavə edib ki, məhkəmə qərarına baxmayaraq, uyğunlaşma prosesi başlayıb və administrasiya ölkəyə daxil olan vəsaitlərin artırılması üçün bütün imkanlardan istifadə edəcək.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi daha əvvəl Tramp administrasiyasının tarifləri əsaslandırdığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) qanununun prezidentə birbaşa tarif tətbiq etmək səlahiyyəti vermədiyi qənaətinə gəlmişdi.
Əlavə edək ki, bundan əvvək Tramp bildirmişdi ki, ABŞ-nin uzun illər ədalətsiz ticarət təcrübələrinə məruz qalması digər ölkələr tərəfindən sevinclə qarşılanır:
“İllərdir bizi soyan xarici ölkələr çox xoşbəxtdirlər, küçələrdə rəqs edirlər. Amma əmin ola bilərsiniz ki, onlar uzun müddət rəqs edə bilməyəcəklər”.
Prezident tarif məsələsinin onun üçün prinsipial əhəmiyyət daşıdığını qeyd edərək bildirmişdi ki, məhkəmənin qərarına baxmayaraq, administrasiyanın əlində daha güclü hüquqi mexanizmlər mövcuddur. O, Konqres tərəfindən tanınan və prezidentə fövqəladə iqtisadi səlahiyyətlər verən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) və digər qanuni alətlərə istinad etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 21 Fevral 2026 06:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















