Icma.az
close
up
RU
“Bütün piyada keçidləri işıqforla təmin olunsun” TƏKLİF

“Bütün piyada keçidləri işıqforla təmin olunsun” TƏKLİF

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir şəhər infrastrukturunda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması prioritet məsələlərdən biridir. Xüsusilə də piyada keçidləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün müxtəlif texniki və təşkilati tədbirlər həyata keçirilir. Lakin ictimai müzakirələrdə tez-tez qarşıya çıxan məsələlərdən biri də budur: görəsən, bütün piyada keçidləri mütləq şəkildə işıqforla təmin olunmalıdırmı? Bu sual ətrafında fikir ayrılıqları mövcuddur və məsələni hüquqi-nəzəri baxımdan aydınlaşdırmaq vacibdir.

Bu sualını nəqliyyat eksperti Elməddin Muradlı cavablandırıb.

Ekspertin sözlərinə əsasən,bütün piyada keçidləri eyni hüquqi və texniki statusa malik deyil: “Piyada keçidləri iki əsas yerə bölünür: nizamlanan və nizamlanmayan keçidlər. Nizamlanan piyada keçidləri adından da göründüyü kimi, işıqfor və ya digər tənzimləyici texniki vasitələrlə təchiz olunur. Bu tip keçidlərdə hərəkətin axını xüsusi qurğular vasitəsilə nizama salınır və piyadaların keçidi üçün konkret zaman ayrılır. Bundan fərqli olaraq nizamlanmayan piyada keçidlərində hərəkət işıqfor vasitəsilə tənzimlənmir. Bu hallarda qaydalara əsasən, əgər piyada keçidə yaxınlaşır və yolu keçməyə niyyət edirsə, nəqliyyat vasitələri mütləq şəkildə dayanmalı və piyadaya yol verməlidir. Bu, mövcud yol hərəkəti qaydaları ilə açıq şəkildə tənzimlənir və sürücülərin hüquqi məsuliyyətini müəyyən edir”.

O bildirib ki, təhlükəsizlik baxımından bütün piyada keçidlərinin işıqforla təmin olunması daha məqsədəuyğun olardı: “Lakin infrastruktur imkanları və yol hərəkətinin intensivliyi nəzərə alınaraq bu, praktikada hər zaman mümkün olmur. Digər tərəfdən, mövcud işıqforların texniki vəziyyəti də xüsusi önəm daşıyır. Əgər işıqfor nasazdırsa və bu, qəza riskini artırırsa, başqa hüquqi məsələ gündəmə gəlir.  Bu, müvafiq qurumlar tərəfindən operativ şəkildə aradan qaldırılmalıdır. Qanunvericilikdə bütün piyada keçidlərinin işıqforla təchiz olunması barədə məcburi tələb yoxdur. Əsas məsələ, hər bir yol iştirakçısının — istər sürücü, istərsə də piyada — mövcud qaydalara ciddi riayət etməsi və qarşılıqlı anlayış prinsiplərinə əsaslanmasıdır. Bu isə nəinki hüquqi məsuliyyətdir, eyni zamanda ictimai təhlükəsizlik və mədəniyyət məsələsidir”.(cross.media)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri