Icma.az
close
up
RU
Bütün bağçalar kameralarla təchiz olunmalıdır TƏKLİF

Bütün bağçalar kameralarla təchiz olunmalıdır TƏKLİF

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2023-2024-cü illərdə 150 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri keçirilib. Bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib. O qeyd edib ki, daxili keyfiyyətin təmin olunması məqsədilə müəssisə rəhbərləri ilə mentorluq proqramı təşkil edilib. T.Əhmədov 1-5 yaşlı uşaqların cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında keyfiyyətli məktəbəqədər təhsilin önəmindən danışıb. Bildirilib ki, konfransın keçirilməsində məqsəd beynəlxalq təcrübənin müqayisəli şəkildə öyrənilməsi və yerli xüsusiyyətlərin nəzərə alınaraq tətbiqi ilə məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq və yerli qabaqcıl təcrübənin geniş auditoriyaya çatdırılmasına xidmət etməkdir.
Təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrinin bir sıra problemləri hələ də gündəmdədir. Onun sözlərinə görə, mövcud problemlər əsasən bağçaların yerli icra hakimiyyətləri orqanlarının tabeliyində olduğu dövrlərdə yaranıb:
“Əvvəllər məktəbəqədər təhsil müəssisələri ayrı-ayrı rayon icra hakimiyyətlərinin tabeliyində idi. İcra strukturlarının əməkdaşları öz yaxınlarını, qeyri-ixtisas sahiblərini, hətta ixtisası olmayan şəxsləri bu müəssisələrdə işlə təmin edirdi. İnkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələrində dərs deyən pedaqoji heyət təcrübəli, təhsil sahəsində dərəcəsi olanlardan təşkil edilir. Məktəbəqədər dönəm elə bir yaş dövrüdür ki, burada daha peşəkar, daha yüksək təhsil dərəcəsinə sahib şəxslərin dərs deməsi məsləhətdir. Bizdə isə tam belə deyil”.
Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri sonradan Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi: 
“Eləcə də nazirlik yanında yaradılmış Məktəbəqədər və Ümumtəhsil Dövlət Agentliyi bağçalara nəzarət etməyə başladı. Proses belə oldu ki, bağçalara işə qəbul olunmaq istəyənlər test imtahanına cəlb edildi. Daha sonra müsahibə mərhələsində onların psixoloji vəziyyəti və davranış qaydaları, ümumi dünyagörüşü yoxlanıldı. Əvvəldən qəbul olmuş şəxslərə isə diaqnostika keçirildi. Növbəti illərdə sertifikasının keçirilməsi gözlənilir. Tələbləri ödəməyən şəxslərin artıq bağçalardan uzaqlaşdırılması prosesinə start verilib”. 
R.Fikrətoğlunun fikrincə, məktəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır:
“Elə yerlər var ki, orada bağçaların sayı çoxaldılmalıdır. Daim monitorinqlər keçirilməlidir, şəxs test və müsahibədən keçibsə, o demək deyil ki, bilik və bacarığı bundan sonra yoxlanılmamalıdır. Ən əsas problem valideyn-bağça əlaqələrinin zəif olmasıdır. Bağçalar kameralarla təsis olunmalıdır ki, valideyn hər an uşağını izləyə bilsin, ondan xəbərdar olsun. İnsanlarda dövlət bağçalarına inamı artırmaq lazımdır. Bunun üçün də daim işlər görülməlidir. Mən çox istərdim ki, bağçalarda dərs deyən müəllimlər haqqında məlumat olsun. Bu müəssisələrin sosial şəbəkələrdə səhifələri olmalıdır, onlar fəaliyyətləri barədə, həmçinin müəllimlər haqqında məlumat verməlidir. İlk iş valideynlərin inamı hissini tam formalaşdırmaq, etimadı qazanmaq olmalıdır. Bağçalarda işləyən kadrlara daima metodiki dəstək verilməlidir. Onlar həssas qruplarla işlədiklərinin fərqində olmalıdırlar”.
Törə Zeynallı
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri