Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Bütün xərc hədəfləri yerinə yetirilib

Bütün xərc hədəfləri yerinə yetirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

2025-ci il dövlət büdcəsinin icrasına dair qanun layihəsi ölkənin strateji sənədlərinə tam uyğundur

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Qanun layihəsi və büdcənin icrasına dair hesabat qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və Hesablama Palatası tərəfindən hazırlanmış müvafiq rəy əsasında Milli Məclisə daxil olub. Hesablama Palatasının rəyinə əsasən, büdcə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, büdcənin icrası büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanının mövqeyinə uyğundur. Təqdimatdan da görünür ki, ÜDM-in, o cümlədən neft-qaz və qeyri-neft qaz sahələri üzrə ÜDM-in proqnoz və fakt məbləğləri demək olar ki, üst-üstə düşüb. ÜDM məbləğinin proqnozdan kənarlaşmasına səbəb olan ənənəvi neft qiyməti amili hesabat ili üçün aktual olmayıb, bu göstərici üzrə proqnoz və fakt qiymətləri cüzi fərqlənib.

Gəlirlər 39,2 milyard manat, xərclər 38,6 milyard manat...

2025-ci ildə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətləri iqtisadi artımın davam etdirilməsi, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların, innovativ tətbiqlərin genişləndirilməsi, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi və digər xərc təminatlarının yaradılması ilə bağlı olub ki, yürüdülən xərc siyasəti həmin prioritetlərin reallaşmasına imkan yaradıb.

2025-ci ilin dövlət büdcəsi layihəsi dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal alətlər, həmçinin “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb və icra edilib.

Ötən il icmal büdcənin gəlirləri 48 milyard manat, icmal büdcə xərcləri isə 44,7 milyard manat olub. Dövlət büdcəsi gəlirləri 39,2 milyard manat, xərcləri isə 38,6 milyard manat, büdcə profisiti 580 milyon manat təşkil edib. Ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 faizə çatıb ki, bu da 2024-cü illə müqayisədə 2,8 faiz bənd çoxdur. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb, qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edib. Yeri gəlmişkən, büdcə sənədində neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşıda duran əsas hədəflərdən biri kimi müəyyən edilib və bu prinsipə əməl edilib. Ötən il tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması istiqamətində müvafiq addımlar atılıb. Bu, dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşması baxımından önəmli amildir və ortamüddətli xərclər çərçivəsində 2029-cu ildə həmin göstəricinin minimallaşdırılması hədəf seçilib.

Müdafiə və təhlükəsizlik sahələrinə 8,1 milyard manat xərclənib

2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Bu istiqamətə 2025-ci ildə 8,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin təqribən 21 faizi yönəldilib. 2024-cü illə müqayisədə ötən il bu istiqamətə 1,5 milyard manat daha çox vəsait yönəldilib. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət,  mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin  bərpası və yenidən qurulması, yaşayış evlərinin  tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.

Büdcənin icrasının əsas məqamlarından biri cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətidir ki, bu rəqəm ötən il daha da artaraq 92 faizə çatıb. 2029-cu ilə hədəf bu rəqəmi 100 faizə çatdırmaqdır. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faizə çatıb.

Ötən il büdcənin regional təsnifatında da müsbət meyillər qeydə alınıb. Büdcə gəlirlərinin artması yerli gəlirlər hesabına rayon və şəhərlərin büdcə xərclərindən asılılığını azaldıb. Naxçıvana dotasiya proqnoza nisbətdə 55 milyon manat az olaraq 160 milyon manat məbləğində icra olunub. Dotasiyadan asılılıq rayonlarımızda azalıb və cəmi 4 rayona 1,5 milyon manat məbləğində dotasiya verilib.

Büdcənin 40 faizi sosialyönümlü xərclərə yönəldilib

2025-ci ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Ötən il büdcə xərclərinin 15,3 milyard manatı və ya büdcənin ümumi resurslarının 40 faizi sosialyönümlü xərclərə yönəldilib. 2024-cü illə müqayisə etsək, bu rəqəm 602 milyon manat daha çoxdur. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb.

2025-ci ildə maliyyə sahəsində həyata keçirilən islahatlara gəlincə, dövlət maliyyəsinin səmərəli idarə edilməsi ilə bağlı tədbirlər, Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin təşkili, dövlət xəzinədarlığının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrinin gəlir və xərc smetalarının təhlili və dividend siyasətinin müəyyən edilməsi, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılması, müxtəlif büdcə xərclərinə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı görülən əhatəli işlər görülüb. Bununla yanaşı,  2025-ci ildə büdcə vəsaitlərinin uçotunun və xərclərin təyinatı üzrə izlənilməsinin təkmilləşdirilməsi istiqamətində qanunvericilikdə mühüm dəyişikliklər aparılıb. Habelə xalis mənfəətin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb. Bu amil də büdcə şəffaflığı və fiskal intizamının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, büdcənin icrasına dair rəydən və arayışdan da aydın olur ki, 2025-ci ilin büdcə xərcləri səmərəli, ünvanlı və ehtiyaclara uyğun icra edilib. Ötən il ölkəmizin ali maliyyə sənədi nəzərdə tutulan bütün hədəflərin reallaşması ilə yadda qalıb.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri