Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Buyruq qulunun hakimiyyət iddiası və: Kremlin Ermənistan planları

Buyruq qulunun hakimiyyət iddiası və: Kremlin Ermənistan planları

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elxan Şahinoğlu: “Putin də anlayır ki, yaxın dostunun Ermənistanda reytinqi yoxdur”

Natali Aleksanyan: “Köçəryan da, Sarkisyan da siyasi səhnədə uğur qazana bilməyəcəklər, çünki Ermənistanda bu canilərin dəstəyi yoxdur”

Ermənistanın sabiq Prezidenti, hazırda parlamentdə müxalifətdə olan “Ermənistan” fraksiyasının rəhbəri, Xocalı cəlladlarından olan Robert Köçəryan gələn il keçiriləcək parlament seçkilərində hakim “Mülki Müqavilə” Partiyasının lideri, Baş nazir Nikol Paşinyana rəqib olacağını açıqlayıb. Rusiya səfərindən dönən kimi İrəvanda mətbuat konfransı keçirən Köçəryan Paşinyanın ünvanına tənqid, hətta təhqirlər səsləndirib. Sabiq Prezident qeyd edib ki, gələn il keçirilən seçkilərdə “erməni xalqı düzgün seçim edəcək, Ermənistanı hazırkı satqın hakimiyyətdən xilas edəcək”.

Erməni cəmiyyətində Köçəryanın mətbuat konfransında dediklərinə reaksiya ironikdir. Sosial şəbəkələrin erməni seqmentində Köçəryan “Rusiyanın buyruq qulu”, “Moskvadan təlimat alaraq Ermənistanda hakimiyyətə gəlib yenidən xalqın malını yeməyə tələsən məxluq” adlandırılır. Paşinyan hakimiyyəti də Köçəryanın bəyanatlarını ciddiyə almır. Paşinyan sosial şəbəkə hesabında sabiq prezidentlər – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyana çağırış edib və onların ünvanına “mənə deyin üçlük, siz mənimlə debata gəlirsiniz, ya yox?” deyib.  

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistan daxili siyasətində baş verənlərlə bağlı bildirib ki, Köçəryan və Sarkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayırlar: “Bu dəfə də belə oldu. Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı düzənlədi və Paşinyanın ünvanına aşağılayıcı fikirlər söylədi. Eyni gündə oxşar açıqlamalar Sarkisyandan gəldi. Hər ikisi gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Paşinyana elə bunlar kimi rəqiblər lazımdır ki, üzərlərində növbəti dəfə qələbə çala bilsin. Paşinyan “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız?” sualı ilə ikisini də növbəti dəfə susdurdu. Köçəryan və Sarkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sarkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verdi, oteldə mətbuatın qarşısında görüşdülər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qaldı. Ona görə də Köçəryan və Sarkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından Baş nazirlə üz-üzə gəlmək istəmirlər”.

“Köçəryan mətbuat konfransından əvvəl Moskvada olub, Kremldə qapalı görüşlər keçirib. Məlumdur ki, Köçəryan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostlarındandır və istisna etmirəm ki, Kreml sahibi onunla görüşüb, sadəcə Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki Putin də anlayır ki, yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar”.

Erməni ictimai fəal və bloger Natali Aleksanyan AYNA.AZ-a bildirib ki, Köçəryanın və Sarkisyanın cəhdləri mənasızdır: “Erməni xalqı bu şəxsləri tanıyır və cəmiyyətdə bu şəxslərə etimad hətta sıfırın altındadır. Onlar hakimiyyətdə olduqları müddətdə erməni xalqının qanını sovurublar. Təkcə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı deyil, elə erməni xalqına qarşı da qatı cinayətlər törədiblər. Ermənilər heç nəyi unutmayıblar və bu qatillərin hansı şərəfsizliyə malik olduqlarını anlayırlar. Ona görə də, Köçəryan da, Sarkisyan da siyasi səhnədə uğur qazana bilməyəcəklər, çünki Ermənistanda bu canilərin dəstəyi yoxdur”.

“Köçəryan Moskvaya gedib, müəyyən görüşlər keçirməklə, Kremldəki dostlarından dəstək almaqla İrəvana qayıdıb, Paşinyana qarşı bəyanatlar verməklə elə zənn edir ki, hakimiyyətə gələ biləcək. Amma bu yanlış yanaşmadır. Çünki erməni xalqının 80 faizi Paşinyanı, daha doğrusu sülhü dəstəkləyir. Ermənilər müharibədən, qandan bezib və Azərbaycanla sülh şəraitində normal yaşamaq istəyirlər. Mənim sosial şəbəkə səhifəmdə paylaşımda yazılan rəylərə diqqət etsəniz hər şey aydın olar. Orada Köçəryana da, Sarkisyana da, müharibə tərəfdarı olan siyasi qüvvələrə də hansı münasibətin olduğu aydın olar. Erməni xalqı yenidən ölkəsini Rusiyanın ayaqları altına sərməyə hazır olan Köçəryana deyil, ölkəsinin inkişafını istəyən, bölgədə sülhün bərqərar olması siyasi xətti götürən Paşinyana və onun komandasına dəstək verir. Mən bunu tam səmimiyyətimlə və məsuliyyətimlə deyə bilərəm”, - deyə Aleksanyan fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri