Icma.az
close
up
RU
İrəvan Kremlin səbr kasasını daşırır Ermənistan

İrəvan Kremlin səbr kasasını daşırır Ermənistan

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Düzdür, Paşinyan dərhal qeyd etdi ki, bu qərar Ermənistanın Avropa İttifaqına üzvlüyü anlamına gəlmir. Lakin o, belə bir fikir də səsləndirdi ki, məlum seçim ilə bağlı mütləq referendum keçirilməlidir. İrəvandakı siyasi elitanın “qərb qanadı” isə hazırda elə bir informasiya kampaniyası təşkil edir ki, guya Ermənistan artıq Aİ-nin üzvü seçilib",- müəllif yazıb.
Juravlyov: "Ermənistanı Avropa İttifaqında ölüm gözləyir!" Nəşr xatırladıb ki, son proseslərdən sonra Rusiyadan qanun layihəsinə dair kifayət qədər sərt reaksiyalar gəlir. Müəllif xüsusilə, Rusiya baş nazirinin müavini Aleksey Overçukun bəyanatını xatırladıb. Overçuk deyib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ bir araya sığmır. Ona görə də rəsmi irəvan bu iki struktur arasında seçim etməlidir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bəyan edib ki, "saqqalını qırxan Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) üzvü olduğunu xatırlasa, təəccüblənmərəm. Və ya Ermənistan liderlərinin Avropa İttifaqı ilə "nişanlanmaq" niyyəti fonunda başqa variant da var... Birbaşa Avropa İttifaqı ilə əlaqə saxlamaq olar. Orada cənnətə namizədlərə pul və silahla kömək etməyi xoşlayırlar”.
Ermənistan nəşri ölkə rəhbərliyinə xəbərdarlıq da ünvanlayıb: "Bizdə olan məlumata görə, Rusiyanın artıq səbr kasası dolub. Dünən Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmədiyini bildirib. Maliyyə naziri Vahe Ovannisyan isə Avrasiya İqtisadi İttifaqından mümkün çıxışın risklərini qiymətləndirib. Papoyan son hadisələrdə Aİİ-dən çıxmaqdan söhbət getmədiyini bəyan etsə də, ola bilsin ki, bu proses əksinə olaraq surətlənsin. Hətta yaxın günlərdə Rusiyanın özü belə Ermənistanın Aİİ-dən çıxması, eləcə də KTMT-dən kənarlaşdırılması prosesinin təşəbbüskarı olacaq. Bunun ölkəmiz üçün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq isə çətin deyil. Təsadüfi deyil ki, elə həmin Overçuk bir dəfə bəyan etmişdi ki, əgər onların Ermənistanda fəaliyyətləri məhdudlaşsa, Aİİ ilə əlaqələr zəifləsə, bir tərəfdən enerji resursları və ərzaq məhsulları bahalaşacaq, digər tərəfdən isə yerli məhsullarının ixracı 70-80 faiz azalacaq”.
Qeyd edək ki, Ermənistan son iki ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. Hökumətə yaxın saytlarda Kreml əleyhinə silsilə yazılar dərc edilir, siyasətçilər isə hətta tez-tez Gümrüdəki hərbi bazanın ləğvi məsələsini qaldırırlar. İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyur. Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bununla bağlı bir neçə dəfə oxşar fikirlər səsləndiriblər.
Tural Tağıyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see292

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see268

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see264

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see258

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see252

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see243

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see227

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see223

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see217

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see217

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see203

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see203

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see202

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see195

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see188

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see177

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see166

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri