Icma.az
close
up
RU
Buz əridi, tarix yenidən yazılır: Arxeoloqları təəccübləndirən SİRLİ KƏŞF

Buz əridi, tarix yenidən yazılır: Arxeoloqları təəccübləndirən SİRLİ KƏŞF

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Qlobal istiləşmə planetimizi təhdid etməyə davam edərkən, əriyən buzlaqların altından çıxan qədim abidə və məkanlar arxeoloqların diqqətini cəlb edir.

News24.az xəbər verir ki, Norveçdə aparılan qazıntılar zamanı 4500-dən çox artefakt aşkar edilib. Alimlər deyirlər ki, tapılan ox ucları, əlcəklər və sirli əşyalar qədim ticarət yolları və həyat haqqında kritik ipucu verir.

Dünyada sürətlə əriyən buzlaqlar təkcə ekoloji fəlakətlər deyil, həm də arxeoloji kəşflər gətirir. Son illərdə Norveçin Lendbreen bölgəsində aparılan qazıntılarda minlərlə il əvvələ aid obyektlər ortaya çıxmağa başlayıb.

Norveçin "Buzun sirləri" tədqiqat proqramının direktoru Espen Finstad bölgədə 4500-dən çox arxeoloji əsərin aşkar edildiyini bildirib:

"Buzda çoxlu xəzinələr gizlənib. Bu tapıntılar qədim insanların necə yaşadığını, ovlandığını və ticarəti əlaqələri başa düşmək üçün çox vacibdir. Qədim dövrlərdə insanlar Norveç dağlarında ticarət edirdilər. Daş dövründən orta əsrlərə qədər bu yollar ov və səyahət üçün istifadə edilib. Lakin son əsrlərdə qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi bu qədim yolların altında yatan sirləri açıb. Yüz illər boyu buzlaqlarda gizlədilən əşyalar qədim cəmiyyətlərin necə yaşadığını və ticarət şəbəkələrinin necə işlədiyini ortaya qoyur”.

Ancaq ən diqqət çəkən tapıntılardan biri də taxta çubuq idi. Arxeoloqlar bu alətin qədim zamanlarda yumurta və xəmir qarışdırmaq üçün istifadə edilən bir çırpıcı olduğunu düşünürlər. Bu kimi tapıntılar insanların minlərlə il ərzində gündəlik həyatlarını necə formalaşdırdıqlarına dair təəccüblü ipucları verir.

Norveçin Lendbreen bölgəsi vikinqlər və orta əsr tacirləri tərəfindən tez-tez istifadə olunan keçid məntəqəsi idi. Arxeoloqlar bildirirlər ki, bu bölgədən keçən səyyahların qoyub getdiyi əşyalar yüz illərlə buzların içində qalıb. Arxeoloqların ən böyük kəşflərindən biri Dəmir dövrünə aid ov oxları idi. Bu, insanların necə ov və ticarət etdiyini göstərən ən mühüm əsərlərdən biridir.

Norveçdə aparılan son tədqiqatlar zamanı 50-dən çox kiçik və sirli obyekt aşkar edilib. Bəzilərinin dəqiq nə olduğu bilinməsə də, onların Vikinqlər dövrünə və ya daha əvvələ aid olduğu düşünülür. /publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Mart 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri