2000 illik qablardan nə çıxdı? Arxeoloqları təəccübləndirən tapıntılar
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Archaeological Science” jurnalında dərc olunub.
Arxeoloqlar 2000 ildən çox yaşı olan kiçik keramika qablarda süd məhsullarının, bəzi nümunələrdə isə şərabın izlərini aşkar ediblər.
Barselona Muxtar Universiteti, Barselona Superkompüter Mərkəzi və Pompeu Fabra Universitetinin tədqiqatçıları 2023-2024-cü illərdə Kalaskoves dəfn kompleksinin 45 nömrəli mağarasında tapılmış 34 keramika qabı araşdırıblar.
Analizlər göstərib ki, kiçik qabların əksəriyyətində süd məhsullarının qalıqları var. Bəzi qablarda heyvan yağları və bitki yağları, bir neçəsində isə şərab izləri aşkarlanıb. Alimlərin fikrincə, şərab adaya ticarət yolu ilə gətirilib.
Bu, həmin dövrdə Menorkada dəfn mərasimlərində şərabdan istifadə edildiyinə dair ilk sübutdur. Maraqlıdır ki, yerli sakinlər digər Aralıq dənizi xalqlarının mədəni təsirlərini qəbul etsələr də, öz ənənələrini qoruyub saxlayıblar.
Araşdırma zamanı körpələri qidalandırmaq üçün istifadə edildiyi ehtimal olunan kiçik qab da müəyyən edilib. Dairəvi gövdəsi və maye tökmək üçün ucluğu olan bu qabın dəfn kompleksində tapılması uşaqlara qayğı ilə bağlı əşyaların da dəfn ənənələrinin bir hissəsi olduğunu göstərir.
Arxeoloqlar hesab edirlər ki, mağara kompleksinin müxtəlif hissələri fərqli mərasimlər üçün istifadə olunub. Dəfn kameralarında ölülərlə birlikdə basdırılan əşyalar yerləşdirilib, açıq həyətlərdə isə qida təqdimetmə mərasimləri, birgə yeməklər və anım mərasimləri keçirilib.
Tədqiqat qədim Menorka sakinlərinin həm öz mədəni kimliklərini qoruduqlarını, həm də digər Aralıq dənizi xalqlarının ənənələrindən müəyyən elementləri mənimsədiklərini göstərir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 18 Noyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















