Icma.az
close
up
RU
Buz üzərində rəqabət, səhnəarxasında siyasət

Buz üzərində rəqabət, səhnəarxasında siyasət

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qış Oyunları fonunda transatlantik gərginlik

Məlum olduğu kimi, bir neçə gün öncə İtaliyanın Milan və Kortina şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları başa çatıb. Norveç ümumi medal sayında və qızıl medallar üzrə liderliyini davam etdirdi, ABŞ ikinci pillədə qərarlaşdı, ev sahibi İtaliya isə üçüncü yeri tutaraq həm təşkilati, həm də idman baxımından uğurlu çıxışla yadda qaldı. Almaniya, Kanada və Niderland kimi ölkələr də ön sıralarda yer alaraq qış idman növlərində uzunmüddətli sistemli hazırlığın nəticəsini nümayiş etdirdilər. Azərbaycan nümayəndə heyəti say baxımından böyük olmasa da, fiqurlu konkisürmə və dağ-xizək növlərində iştirak etməklə ölkənin qış idmanları sahəsində institusional inkişaf istiqamətində atdığı addımları nümayiş etdirdi. İdmançılarımız medal qazanmasalar da, şəxsi rekordların yenilənməsi və final mərhələlərinə yaxın nəticələr ölkədə qış idman infrastrukturuna son illərdə edilən investisiyaların müəyyən nəticə verdiyini göstərdi. Xüsusilə fiqurlu konkisürmə üzrə nümayəndənin sərbəst proqramda yüksək texniki bal toplaması region ölkələri arasında rəqabət qabiliyyətinin artdığını nümayiş etdirdi. 

Oyunların gedişatı zamanı siyasi müzakirələr də diqqətdən kənarda qalmadı. Məsələnin məğzinə keçməzdən əvvəl xatırlatmaq istərdik ki, idmanı siyasətlə qarışdırmaq doğru deyil. Bu prinsipin əsas səbəbi onun universal dəyərlərlə bağlı olmasıdır. Yarışlar, turnirlər və Olimpiya oyunları kimi beynəlxalq hadisələr ölkələr arasındakı dostluq və əməkdaşlıq ruhunu gücləndirməlidir. Beynəlxalq səviyyədə idmanın siyasətlə qarışdırılması qlobal gərginliklərin artmasına səbəb olur. Məsələn, müəyyən ölkələrin idman tədbirlərinə boykot tətbiq etməsi və ya rəqib dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi idmandan istifadə etməsi regional və beynəlxalq münasibətləri gərginləşdirir. Bu hallarda idman əslində sülh və əməkdaşlıq mesajı verməli olduğu halda, diplomatik münaqişələrin alətinə çevrilir. Nəticədə, idman həm iştirakçı ölkələrin və həm də azarkeşlərin gözündə mənəvi və simvolik dəyərini itirir.

Ümumiyyətlə, idman və siyasət arasındakı sərhəd bəzən o qədər bulanıqlaşır ki, hadisələr tamamilə yeni məna qazanır. 2026-cı il Qış Olimpiadasında ABŞ–Kanada xokkey finalı məhz belə anlardan biri kimi yadda qaldı. İdman mübarizəsi kimi başlamış turnir qısa zamanda geosiyasi və milli kimlik diskursunun mərkəzinə çevrildi. Əsas qığılcımı isə ABŞ prezidenti Donald Trampın oyuna bilavasitə marağını nümayiş etdirməsi yaratdı. Mediada yayılan məlumatlara görə, Tramp milli komanda həlledici mərhələyə yüksəlsə idi, oyunlara qatılmağı planlaşdırırdı. Bu, artıq idman meydançasında gərginliyin başqa ölçüyə keçdiyini göstərirdi. Ona görə də ictimaiyyət və media ABŞ–Kanada finalı ətrafında böyük maraq göstərdi. Hətta bir çox KİV-lər Trampın vaxtilə Kanadanı “51-ci ştat” adlandırmaq təklifini xatırladaraq suyu daha da “bulandırmaq” istədi. Əlavə olaraq, Trampın xokkey əfsanəsi Veyn Qretzki ilə zarafatvari dialoqları, onun Kanadada siyasi rol almaqla bağlı təklifləri məsələyə əyləncəli, amma eyni zamanda təxribatçı ton qatmışdı. Oyunun nəticəsi isə ABŞ xokkeyçilərinin əlavə vaxtda Kanadaya qalib gəlməsi ilə müəyyənləşdi. ABŞ millisinin baş məşqçisi Mayk Sullivanın açıqlamasına görə, Tramp oyun bitər-bitməz videobağlantı vasitəsilə paltardəyişmə otağında oyunçularla birbaşa təmas qurdu, onlara təbriklərini çatdırdı. Ardınca ABŞ lideri sosial şəbəkələrdə süni intellektlə yaradılmış video yayımladı. Sözügedən videoda o, işgüzar kostyumda Kanadaya qarşı qol vurur, nəticəni simvolik şəkildə təsdiqləyirdi. Məhz bu video siyasət və idman arasındakı xəttin növbəti nümayişi kimi yadda qaldı. 

ARAYIŞ: ABŞ və Kanada arasındakı münasibətlər səthdə “qardaşlıq” obrazı ilə təqdim olunsa da, pərdəarxasında uzun müddətdir davam edən incə və bəzən gərgin dinamikalar mövcuddur. Tarixi köklərə baxdıqda, sərhədin uzunluğu və qeyri-militarizə olunmuş statusu görünən sakitliyi yaratsa da, ABŞ bəzən Kanada ərazisini strateji və iqtisadi baxımdan öz ştatlarından biri kimi görmə meyli nümayiş etdirir. Bu psixologiya ticarət və enerji məsələlərində konkret təzahür tapır. ABŞ və Kanada arasında kənd təsərrüfatı, neft və təbii qaz sahələrindəki gərginliklər həm də siyasi nüfuz uğrunda mübarizənin bir hissəsidir. Enerji resursları xüsusilə pərdəarxasında böyük əhəmiyyət daşıyır. Kanada Şimal-Amerikanın ən zəngin neft ehtiyatlarına malik olsa da, ABŞ bəzən bazara çıxışı məhdudlaşdırmaqla diplomatik və iqtisadi üstünlük əldə etməyə çalışır. Bu, yalnız ticarət maraqları ilə izah edilə bilməz; eyni zamanda, geosiyasi balansın formalaşdırılması üçün strategiya kimi istifadə olunur. Multilateral platformalarda da bu qarşıdurma öz əksini tapır. Kanada ABŞ-ın sərt xarici siyasətinə qarşı müəyyən müstəqilliyini qoruyur, Avropa və Asiya əlaqələrində fərqli yanaşmalar nümayiş etdirir. ABŞ isə Kanadanın diplomatik mövqeyini öz maraqları ilə uyğunlaşdırmağa çalışır, görünən “sakitlik” isə bu strateji manevrlərin kölgəsində qalır.

Beləliklə, XXV Qış Olimpiya Oyunları dövlətlərin gizli və aşkar "əzələ nümayişi" poliqonuna çevrildi. Xüsusilə ABŞ və Kanada arasındakı gərgin "qardaşlıq" bağları xokkey finalında növbəti sınağa çəkildi. Olimpiada bir daha sübut etdi ki, meydançadakı buzlar ərisə də, Şimali Amerikanın geosiyasi iqlimini yumşaltmaq o qədər də asan olmayacaq. Əsas sual isə belədir: Trampın “51-ci ştat” kimi gördüyü Kanada özünü o yerə qoyacaq, yoxsa müstəqil xəttini qoruyacaq? Görünən odur ki, Şimali Amerikadakı siyasi rəqabət buz üstündəki oyundan daha çətin və uzun olacaq.

N.BEYDİYEVA

XQ

Ekspert rəyi

Hüseyn SULTANLI, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

Qış Olimpiadası yenidən idman və siyasətin kəsişdiyi məqamları nümayiş etdirdi. ABŞ və Kanada arasında xokkey finalına Prezident Trampın qatılacağı barədə yayılan xəbərlər iki ölkə rəhbərliyi arasındakı mövcud gərginliyin ictimai səviyyədə artacağına dair fərziyyələrə səbəb oldu. Qarşıdurmada ABŞ lideri iştirak etməsə də, həlledici matçın siyasi kontekstdə işıqlandırılması bir idman tədbirinin ikitərəfli münasibətlərin dinamikasına necə təsir göstərə biləcəyini xatırlatdı. 

Problemli münasibətlərin kökləri İkinci Tramp Administrasiyasının başlanğıcına gedib çıxır. Donald Tramp Kanadanı ABŞ-ın “ənənəvi müttəfiqləri” içərisində xüsusi qeyd etdi və ölkənin Amerika hərbi və iqtisadi üstünlüyündən ən çox fayda görən dövlətlərdən biri olduğunu vurğuladı. Kanada tarif siyasətindən ən çox təsirlənən ilk ölkələrdən biri idi, Ağ Ev 2025-ci ilin mart ayında Kanada mənşəli polad və alüminium idxalına əlavə 25 faiz tarif tətbiq etdi. Lakin hər iki lider siyasi dialoqu davam etdirdi, 2025-ci ilin may ayında Ağ Evdə üzbəüz görüş keçirildi. 

Hazırda Prezident Donald Tramp ABŞ-ın ən yaxın müttəfiqlərinin Vaşinqtonla münasibətlərini təkmilləşdirməli olduqlarında israrlıdır. Kanada kontekstində isə Prezident sərhəd təhlükəsizliyinin zəif olduğunu dəfələrlə qeyd edib, qanunsuz miqrasiyanın qarşısını almaq üçün miqrasiya nəzarətinin sərtləşdirilməsi tələb olunur. İkitərəfli ticarət məsələsi də gündəmdədir, ABŞ-ın Kanada ilə mallar üzrə böyük ticarət defisiti olduğunu vurğulanır. 

Bundan öncə Kanadanın baş naziri Mark Karney Vaşinqtonun siyasətini açıq şəkildə tənqid etmiş, Tariflər və ticarət məsələlərində xüsusilə sərt mövqe nümayiş etdirmişdi. Onun Çin səfəri də Vaşinqtonda ciddi narazılıq yaratmışdı. Üstəlik, Kanada tərəfindən “ABŞ əleyhinə ticarət alyansı”nın yaradılması barədə aktiv müzakirələr də vəziyyəti mürəkkəbləşdirir. Bu təşəbbüs Avropa İttifaqı və digər ticarət blokları ilə iqtisadi əlaqələri gücləndirməyi, Vaşinqtonla zəifləyən münasibətlərin təsirini azaltmağı hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri