Buzlaqların əriməsi milyonlarla insanın həyatı üçün təhlükə yaradır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
2024-cü ildə dünya buzlaqları yenidən kütlə itirib — artıq üçüncü il ardıcıl olaraq. Proses son altı ildə buzlaqların rekord sürətlə əriməsindən xəbər verir ki, bu da təkcə ətraf mühit üçün deyil, həm də milyonlarla insanın həyatı üçün ciddi təhlükə yaradır.
Ölkə.Az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
Buzlaqlar buz qalxanları ilə birlikdə Yer kürəsindəki şirin suyun təxminən 70 %-ni saxlayır, dağlıq bölgələr isə planetin "su qüllələri” rolunu oynayır. Onların yox olması milyonlarla insanın su təchizatını təhlükə altına qoyacaq.
1975-ci ildən bəri dünya doqquz min milyard tondan çox buzlaq buzu itirib – bu, Almaniya ölçüsündə və 25 metr qalınlığında buz blokuna bərabərdir. Ərimənin indiki tempi ilə Qərbi Kanada, ABŞ, Skandinaviya, Mərkəzi Avropa, Qafqaz və Yeni Zelandiyadakı əksər buzlaqlar XXI əsrin sonuna qədər yox ola bilər.
İsveçrə Buzlaqları Monitorinq Xidmətinin məlumatlarına görə, buzlaqların ümumi kütlə itkisi 450 milyard ton təşkil edib ki, bu da 2024-cü ili müşahidələrin başlanğıcından bəri itkilərin miqyasına görə dördüncü edir. Ən pis nəticə 2023-cü ildə qeydə alınıb.
"2022-ci ildən 2024-cü ilədək tarixdə ən böyük buzlaq kütləsi itkisini müşahidə etdik”, – ÜMT-nin başçısı Seleste Saulo bildirib.
Xüsusilə Skandinaviya, Şpitsbergen arxipelaqı və Şimali Asiya buzlaqları zərər çəkib, burada itkilər rekord həddə çatıb.
"Biz bir çox məsələlər üzrə danışıqlar apara bilərik, lakin buzun ərimə nöqtəsi kimi fiziki qanunları dəyişmək mümkün deyil”, – ÜMT-nin su ehtiyatları və kriosfer şöbəsinin direktoru Stefan Ulenbruk vurğulayıb.
Buzlaqları qorumağın yeganə yolu istixana qazı emissiyalarının təcili azaldılmasıdır, ekspertlər xəbərdarlıq edir. Əks halda, bəşəriyyət fəlakətli nəticələrlə üzləşə bilər.( Report )
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 22 Mart 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















