Icma.az
close
up
RU
Buzlaqların əriməsi: Yüz milyonlarla insanı təhlükə gözləyir

Buzlaqların əriməsi: Yüz milyonlarla insanı təhlükə gözləyir

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada 275 min buzlaq mövcuddur və bu buzlaqlar planetimizdəki şirin suyun təxminən 70%-ni ehtiva edir. Təxminən iki milyard insan bu buzlaqlardan asılıdır. Lakin alimlər xəbərdarlıq edir ki, əgər iqlim dəyişikliyi bu sürətlə davam edərsə, XXI əsrdə bir çox buzullar tamamilə yox olacaq.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dünya Meteorologiya Təşkilatının (WMO) hesabatına görə, son altı ildə buzun əriməsi rekord həddə çatıb. Mütəxəssislər hazırda 10 milyon insanın buzlaq daşqınları səbəbilə təhlükə altında olduğunu bildirir. 1975-ci ildən bəri buzullar 9 milyard tondan çox kütlə itirib ki, bu da Almaniya böyüklüyündə və 25 km qalınlığında bir buz təbəqəsinə bərabərdir.

Avropanın Alp və Pireney dağlarındakı buzlaqlar 2000-2023-cü illər arasında kütlələrinin 40%-ni itirib. WMO-nun baş katibi Celeste Saulo bildirib ki, buzlaqların qorunması təkcə ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan həyati əhəmiyyət daşıyır.

İqlim dəyişikliyinin əsas səbəbi insan fəaliyyəti nəticəsində atmosferə buraxılan karbon qazı (CO₂) və digər istixana qazlarıdır. Alimlərin sözlərinə görə, bu amil buzlaqların yayda daha sürətli əriməsinə və qışda daha az bərpasına səbəb olur. 2024-cü ildə dünyadakı buzullar ümumilikdə 450 milyard ton kütlə itirib ki, bu da son dördüncü ən pis göstəricidir.

Buzlaqların əriməsi qısamüddətli dövrdə ciddi daşqınlara yol aça bilər. Mütəxəssislər bildirir ki, buzun əriməsi nəticəsində dağ vadilərində böyük göllər əmələ gəlir. Bu göllər buzlaqların yığdığı qaya və buz layları ilə saxlanılır. Lakin zəlzələ və ya torpaq sürüşməsi baş verdikdə, bu təbii bəndlər dağıla bilər və nəticədə saatda 30-100 km sürətlə hərəkət edən nəhəng daşqınlar evləri və infrastruktur obyektlərini məhv edə bilər.

2023-cü ildə Himalay dağlarında baş verən buz gölü daşqını 50-dən çox insanın ölümünə, 30-dan çox körpünün dağılmasına və bir hidroelektrik stansiyanın məhv olmasına səbəb olub. 1941-ci ildə Perunun And dağlarında baş verən oxşar hadisə isə 1.800-5.000 insanın həyatına son qoyub.

Uzunmüddətli perspektivdə isə buzlaqların əriməsi milyonlarla insanın içməli sudan məhrum olmasına səbəb ola bilər. WMO-nun məlumatına görə, dünya əhalisinin 22%-ni təşkil edən 1,9 milyard insan buzullardan gələn şirin suya etibar edir. Əgər buzlaqlar yox olarsa, bu insanlar ya alternativ su mənbələri tapmalı, ya da miqrasiya etməyə məcbur qalacaqlar.

Buzlaqların əriməsi, eyni zamanda, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. 2000-2023-cü illər arasında dəniz səviyyəsi buzulların əriməsi nəticəsində 18 mm yüksəlib. Alimlərin hesablamalarına görə, buzulların əriməsi nəticəsində hər millimetr yüksəliş əlavə 200-300 min insanın daşqın riskinə məruz qalması deməkdir.

Xüsusilə Qərbi Antarktikadakı Thwaites Buzlaqı çökərsə, dəniz səviyyəsinin 3 metrə qədər qalxacağı bildirilir. Bu isə London, Şanxay, Florida və Banqladeş kimi əraziləri su altında qala biləcək bölgələrə çevirir. Eyni zamanda, ABŞ-ın Nyu-York, Mayami, Hyuston kimi iri şəhərləri də ciddi risk altındadır.

Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi ilə bağlı təcili tədbirlər görülməsə, gələcək nəsillər buzlaqsız bir dünyada yaşamaq məcburiyyətində qalacaqlar.

Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Mart 2025 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri