Icma.az
close
up
RU
Himalaylarda təhlükə: Buzlaqların əriməsi sürətlənir, milyonlarla insan risk altında

Himalaylarda təhlükə: Buzlaqların əriməsi sürətlənir, milyonlarla insan risk altında

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Himalay dağlarında buzlaqların əriməsi son onilliklə müqayisədə sürətlənib və region “su pik həddinə” yaxınlaşdıqca milyonlarla insanın su təhlükəsizliyi təhdid altına düşüb.

Qaynarinfo “Reuters”ə istinadən xəbər verir ki, araşdırmaya görə, Himalaylar əsrin ortalarına qədər çaylarda su axınının maksimum həddə çatdığı və bundan sonra azalmağa başladığı “su pik həddinə” çata bilər.

Bu nəticələr avqustun sonunda Nepal-Tibet sərhədində Himalay buzlağının çökməsindən sonra açıqlanıb. Hadisə aşağıdakı vadilərdə silsiləvi torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olub. Nepal və Çinin Tibet bölgəsində ən azı 1 300 nəfərin öldüyü təsdiqlənib, 5 300-dən çox insanın isə itkin düşdüyü bildirilir.

Araşdırmada qeyd olunur ki, buzlaqlar geri çəkildikcə onların yerində qeyri-sabit buzlaq gölləri yaranır. Bu göllər əsasən boş süxur və buz kütlələri ilə tutulur və aşağıda yerləşən, milyonlarla insanın yaşadığı vadilər üçün ciddi təhlükə yaradır.

Araşdırma dayanıqlı inkişaf üzrə məsləhətçi şirkət “Systemiq”, “Integrated Mountain Initiative”, “International Centre for Integrated Mountain Development” və Hindistanın G.B. Pant Himalay Ətraf Mühiti üzrə Milli İnstitutu tərəfindən hazırlanıb.

Hesabata əsasən, son onilliklərdə Himalay buzlaqlarında kütlə itkisi sürətlənib. Bununla belə, Əfqanıstandan Myanmaya qədər 8 ölkəni əhatə edən Hindukuş-Himalay regionunda təxminən 40 min buzlaq olduğu halda, hazırda onlardan yalnız 21-i yerüstü müşahidə vasitəsilə izlənilir.

Hindistanda isə 200-ə yaxın buzlaq gölü yüksək riskli hesab edilir. Onlardan 56-sı “çox yüksək riskli” kateqoriyasına aid edilib. Bu vəziyyət aşağı axında yaşayan milyonlarla insan üçün təhlükə yaradır.

Araşdırmada vurğulanıb ki, region “su pik həddinə” yaxınlaşdıqca bunun su təhlükəsizliyi üçün ciddi nəticələri olacaq. “Su pik həddi” çaylarda su axınının artmasının dayandığı və bundan sonra azalmağa başladığı mərhələni ifadə edir.

Himalayların Hindistanın ümumi daxili məhsulunun 20 faizindən çoxuna əsaslandığı bildirilir. Buna görə region ölkənin iqtisadi infrastrukturu baxımından mühüm əhəmiyyət daşıyır və yüz milyonlarla insanın həyatına təsir edir.

Bununla yanaşı, Hindistan ərazisinin təxminən 18 faizini təşkil edən Himalay regionunun ölkədə baş verən təbii fəlakətlərin təxminən 35 faizinin payına düşdüyü qeyd olunur.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Sentyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri