“Cabbarlının heykəli ilə bağlı müraciətə indiyəcən icraçı təyin olunmayıb”
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən dahi dramaturq Cəfər Cabbarlının heykəlinin baxımsız vəziyyətdə olması bir neçə aydır sosial şəbəkələrdə müzakirə olunur. Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu abidənin postamenti dağılıb, heykəl getdikcə yararsız hala düşür.
Bir müddət əvvəl Mədəniyyət Nazirliyindən kinostudiyanın, o cümlədən abidənin bərpa olunacağı açıqlansa da, hələ də təmir işlərinə başlanılmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sosial şəbəkə hesabında paylaşım olunub.
İttifaq kino sahəsi ilə bağlı müraciətlərə cavabların gecikdirildiyini, ortaya bürokratik əngəllərin çıxdığını qeyd edib: “Film istehsalçılarının tez-tez rast gəldiyi problemlərdən biri kino sahəsində aidiyyəti orqanlara yazılı müraciətlərə cavabların gecikməsidir. Məsul şəxsin məzuniyyət və ya ezamiyyətdə olması hallarında səlahiyyətlərin ötürülməməsi də işləri ləngidir. Məsələn, AKİ katibliyindən aidiyyəti orqana “Azərbaycanfilm” studiyasının həyətində yerləşən C.Cabbarlının heykəli ilə bağlı bu il yanvarın 8-i edilən müraciətə indiyəcən icraçı təyin olunmayıb, məktub aidiyyəti şöbəyə göndərilməyib.
Çəkiliş icazələri ilə bağlı müraciətə artıq çəkilişlər bitəndən sonra reaksiya verilməsi halları da olub. Qəribəsi budur ki, bu hal dövlət hesabına, aidiyyəti orqan tərəfindən sifariş verilmiş filmə aid olub. Məktublara əlavə edilmiş sənədlərin itməsi, səbəb göstərilmədən yenidən tərtib edib təqdim olunması cavablarına da rast gəlinir. Ancaq film istehsalı haqda ətraflı təsəvvürü olan, amalı kinematoqrafımızın inkişafı olan məmur yanaşması obyektiv səbəbdən yaranmış çətin kargüzarlıq tələblərinin öhdəsindən uğurla gələ bilər. Maraqlı tərəfləri, aidiyyəti orqanların əməkdaşlarını film istehsalının dinamikasının saxlanılması, bürokratik əngəlləri aşmaq üçün daha operativ və məhsuldar işə çağırırıq”.
Xatırladaq ki, ötən ilin noyabrında Mədəniyyət Nazirliyi açıqlama yayaraq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bərpası ilə bağlı iş aparıldığını bildirmişdi. Qeyd olunurdu ki, layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq.
Gülnar Əliyeva

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















