Çad nümayəndəsi: COP29 iqlim maliyyəsinin ayrılması üçün böyük fürsətdir AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
Çad iqlim dəyişikliyinə həssas ölkələr sırasına daxildir. COP29 iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə bağlı problemləri həll etmək yolunda maliyyənin ayrılması üçün böyük fürsətdir.
Bunu AZƏRTAC-a açıqlamasında Çadın nümayəndə heyətinin üzvü Mahamat Yakub Adum deyib.
İqlim maliyyəsinə çıxış əldə etməyin inkişaf etməkdə olan, həssas, ada və digər ölkələr üçün çətin problemə çevrildiyini qeyd edən COP29-un iştirakçısı maliyyənin əldə edilməsini mürəkkəb məsələ adlandırıb. "Ümid edirik ki, COP29-un sonunda iqlim maliyyəsi əlçatan olacaq. Hər bir həssas ölkə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində müvafiq tədbirlər həyata keçirməlidir", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















