Demetrio Bocuma Mene: COP29 iqlim ambisiyalarının gücləndirilməsi üçün fürsətdir AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 noyabr, AZƏRTAC
COP29 iqlim ambisiyalarının gücləndirilməsi üçün fürsətdir. Bu konfransdan gözlənilən əsas nəticələrdən biri ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı öhdəliklər götürməsidir. Bu öhdəliklər Paris Sazişi çərçivəsində müəyyən edilmiş hədəflər vasitəsilə həyata keçirilir. Sözügedən sənədlər uyğunlaşma tədbirlərini, habelə tullantıların azaldılmasına töhfə verən mexanizmləri ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin İnkişaf Proqramında Təbii İqlim və Enerji Bölməsi üzrə proqram analitiki, Ekvatorial Qvineyadan olan nümayəndə Demetrio Bocuma Mene bildirib.
O, iqlim dəyişiklikləri ilə mübarizədə maliyyələşmə məsələsinin ən mühüm komponent olduğunu vurğulayıb: “COP29-da iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizminin müəyyən edilməsi çox yaxşı olardı. Mənim ölkəmdə iqlim dəyişikliyi ilə bağlı əsas problemlər arasında biomüxtəlifliyin azalması, yaşayış yerlərinin məhv olması, daşqınlar, yağıntı və temperaturun dəyişməsi kimi hallar yer alır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















