Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Çağdaş Azərbaycan tarixində İslamçılıq Onun mahiyyəti və əsas istiqamətləri

Çağdaş Azərbaycan tarixində İslamçılıq Onun mahiyyəti və əsas istiqamətləri

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Faiq Ələkbərli

XX yüzilin əvvəllərində Azərbaycanda Şərq-İslam-Türk mədəniyyətinə əsaslı milli ideyalar arasında ilk olaraq önə çıxan dini birlik - İslam birliyi olmuşdur.Din qan-nəsil (etnos) birliyinə əsaslanmasa da, ancaq bir çox millətlərin varlığında və özünü qorumasında mühüm rol oynamışdır. Hətta, bəzi millətlər bu günə qədər var olmalarında tapındıqları dinə borcludurlar. Çünki dinin cəmiyyətin şüuruna təsiri qan-nəsil birliyindən daha çox etiqad, inam və inanclarla bağlıdır. Bu inanclar, inamlar müxtəlif millətlər daxilində fərqli mahiyyətlərə malik olmalarına baxmayaraq, onların əsas təsiretmə vasitəsi ilk növbədə, şüurla bağlıdır. Yəni din ideyasında insanları birləşdirən onların şüurlarındakı hər hansı sitayiş obyektləri və ona gətirilən inamlar, etiqadlardır.

Özəlliklə, müstəmləkə halına düşmüş bir çox millətlərin bundan qurtulmaq üçün milli ideya kimi tapındıqları dini seçmələri də təbiidir. Məlum olduğu kimi milli özünütəyin, milli özünüdərklə bağlı ideyalar yaranana qədər din ideyası milli ideya rolunda çıxış etmişdir. Təsadüfi deyil ki, orta əsrlərdə bir çox Avropa-Qərb millətlərinin əsas milli ideyası Xristian dini olmuşdur. Qərb millətləri (fransızlar, ingilislər və b.) yalnız 17-18-ci əsrlərdən başlayaraq millət və din ideyalarını bir-birindən fərqləndirməyə başladılar. Bununla da, həmin dövrdən etibarən Avropanın xristian toplumları millət olma prosesinə üz tutdular. Bu prosesdə N.Makiavelli, Tomas Hobbs, Con Lokk, Ş.L.Mönteskye və başqaları mühüm rol oynadılar.

Maraqlıdır ki, Xristian Avropasında millətləşəmə prosesi getdiyi bir dövrdə İslam Şərqində dinləşmə daha da gücləndi. Məsələn, Osmanlı, Səfəvilər kimi böyük müsəlman dövlətlərində milli kimlik tamamilə aradan qalxır, onun yerini sünni osmanlılığı, şiə iranlılığı tuturdu. Bu baxımdan həmin əsrlərdə Avropa mütəfəkkirləri milləti xristianlıqdan fərqləndirməyə çalışdıqları halda, müsəlman Şərqi mütəfəkkirləri tərsinə ümmətçiliyi gücləndirməyə çalışırdılar. Bu mənada, müsəlman xalqlarının (ərəb, türk, fars və b.) mütəfəkkirlərinin bir qismi islamçılığı həmişə milli ideya kimi qəbul etmişlər. Onlar bu fikirlərini isə «müsəlmanlar qarşadırlar» prinsipi ilə əsaslandırmağa çalışıblar. Sadəcə, bu zaman hər bir müsəlman mütəfəkkiri İslama təmsil olunduğu millətinin (ərəb, fars, türk və s.) milli-mənəvi dəyərləri çərçivəsində yanaşıblar. Başqa sözlə, milli mədəniyyətləri ilə dini mədəniyyətlərini müxtəlif yollarla bir-birinə uyğunlaşdırmağa cəhd göstəriblər. Hətta, bəzi millətlər (farslar və b.) bir qədər də qabağa gedərək milli mədəniyyətlərini müsəlman mədəniyyəti adı altında təqdim edərək, digər millətlər üzərində milli üstünlükləri bu formada həyata keçirməyə çalışmışlar.

Ümumiyyətlə, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərinə qədər istər müsəlman ölkələrində, istərsə qeyri-müsəlman imperiyalarda müstəmləkəçiliyə qarşı mübarizə aparan müsəlman xalqları İslam amilini aparıcı ideya kimi görmüşlər. Yalnız bu dövrdən etibarən din ideyasına münasibətdə iki əsas məsələ özünü qabarıq surətdə büruzə vermişdir. Bunlardan birincisi, İslam ideyasını əxlaqi-mənəvi dəyər kimi qəbul edib, onu milliliklə paralel şəkildə aparmaqdır (Cəmaləddin Əfqani, Məhəmməd İqbal, Əhməd Ağaoğlu və b.). Yəni millilik və islamlığı bir-birindən fərqləndirərək onlar arasındakı oxşar və fərqli cəhətləri görməyi bacarmaqla yanaşı, istənilən halda onların sintezindən çıxış etməkdir. Türklük və islamlıq arasındakı oxşar və fərqliliklər heç də bir-birini tamamilə təsdiq və yaxud da tamamilə inkar etməsi anlamında başa düşülməməlidir. Başqa sözlə, heç bir halda bunların arasında mütləq bərabərlik və qeyri-bərabərlik işarəsi qoyulmamalıdır. Əgər kimlərsə məsələyə əvvəlcədən bu cür yanaşacaqlarsa, bu zaman müsbət nəticə əldə etmək də çətin olacaqdır. Eyni sözləri, türklük və müasirlik, islamçılıq və müasirlik anlayışlarına da aid edə bilərik.

Ola bilər ki, milliliyə, yaxud da müasirliyə aid hər hansı bir əməl dinlə səsləşməsin. Bu zaman millətin üzvlərinin istənilən məsələyə nə qatı millilik (bəzilərinə görə müasirliyin ziddinə olaraq) baxımından yanaşması, nə də islamlıqdan çıxış etməsinin vacibliyini irəli sürmək doğru deyildir. Ümumiyyətlə, millətin üzvləri istənilən məsələyə münasibətdə millillik və islamlıq nəzər nöqtəsindən fərqli yanaşsalar da, son nəticədə həm millətin, həm də dinin ortaq çıxarılarına uyğun hərəkət etməlidirlər. Ən azı ona görə ki, dini əxlaqi-mənəvi dəyər kimi qəbul edən millət dövlət siyasətində prioritet olaraq milli maraqlardan çıxış edir. Din isə bu milli maraqların tərkib hissəsi kimi dövlətin işinə qarışmır, əksinə lazım gələn anlarda millilik ideyasına dəstək olur. Fikrimizcə, bu halda millilik müəyyən mənada, şərti olaraq din ideyasından üstün mövqe tutur. Əlbəttə, bu çox nisbi bir məsələdir. Ancaq bütün hallarda, milli maraqlar baxımından milliliyin dinə münasibətdə nisbi də olsa, üstünlüyü vacib məsələdir. Çünki əksər millətlərin (fransızlar, ingilislər, türklər, almanlar, ruslar və b.) müstəqil varlığında millilik amili əsas götürülür, nəinki din faktoru.

Din ideyasına münasibətdə ikinci önəmli məsələ, ondan siyasi ideologiya kimi istifadə olunmasıdır. Yəni bəzi millətlər, xüsusilə İslam Şərqinə aid bir çox xalqlar (ərəblər, farslar və b.) var ki, müstəqil varlıqlarına görə, ilk növbədə din faktoruna borcludurlar. Ancaq bu o demək deyil ki, bu ölkələrdə millilik faktoru nəzərə alınmır. Sadəcə, müsəlman inanclı bəzi millətlər, o cümlədən ərəblər, farslar və başqaları bir çox səbəblərə görə, zahirən İslam ideyasını dövlətin rəsmi ideyası kimi qəbul etsələr də, faktiki olaraq millilikdən – panərəbizmdən, panfarsizmdən çıxış edirlər. Ona görə də, bu ölkələrdə din ideyasının millilikdən üstünlüyü nisbi xarakter daşıyır.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milli ideya kimi dinə münasibətdə hər iki hal özünü büruzə vermişdir. Əgər nəzərə alsaq ki, islamçılıq bir ideoloji təlim kimi XIX əsrin sonlarında bütün türk-müsəlman dünyasında geniş yayılmışdı, artıq bütün əksər türklər kimi 7-8-ci əsrlərdən etibarən İslama tapınan Azərbaycan türklərinin də həyatında onun əhəmiyyəti başa düşüləndir. Başqa sözlə, islamçılıq həm Azərbaycan xalqının 7-ci əsrdən bəri tapındığı bir dinin təzahürü kimi, həm də yeni dövrlə çulğalaşmaq istəyən bir fikir cərəyanı olaraq azərbaycanlı-türk mütəfəkkirləri üçün doğma olmuşdur. Xüsusilə, İslama tapınan bütün türklər kimi Azərbaycan türklərinin zaman-zaman milli kimliklərini «müsəlman» olaraq görmələri, milli və dini keyfiyyətlərini son dərəcədə bir-biri ilə çulğalaşdırmaları islamçılığın Azərbaycanda yer tapmasında mühüm rol oynamışdır. Bu baxımdan Milli Azadlıq Hərəkatının inkişafında yeni bir dönəmə daxil olan Azərbaycan türklərinin, onların aydınlarının əksəriyyətinin də, ilk olaraq İslam ideyasına müraciət etmələri təbii idi. Bu mənada M.Ə.Rəsulzadə doğru yazırdı ki, Azərbaycan türkləri arasında başlanğıcda milli oyanış dini çərçivədə olmuş, dinin elmə zidd olmaması kimi mülahizələr irəli sürülmüş, bu mənada, XIX əsrdə Qafqaz türkləri milli varlıq kimi özünü hələ göstərə bilməmiş, daha çox ümmətçilik mənasında din və məzhəbçiliyə meyil etmişdir.

XX əsrin əvvəllərində islamçılığı («İttihadi-islam»ı) təbliğ edən bütün qüvvələrin hamısı Qərb və SSRİ ədəbiyyatında «panislamistlər» adlandırılmış və bu dini-siyasi təlim «panislamizm» kimi qələmə verilmişdir. Xüsusilə, sovet ədəbiyyatında Azərbaycan milli burjuaziyasının ideologiyasına mürtəce dini-siyasi təlim olan «panislamizm»in təsirindən bəhs olunmuşdu. Sovet müəllifləri iddia edirdilər ki, panislamistlər «İttihadi-islam» proqramını həyata keçirmək üçün feodal keçmişi, köhnəliyi və patriarxal həyat tərzini ideallaşdırmış, müsəlmanları keçmiş birliyə qayıtmağa çağırmış, bu yolda islamı müsəlman xalqının dirçəlməsi və yeniləşməsi üçün yeganə vasitə hesab etmişlər. Guya, sultan Türkiyəsində yaranmış «panislamizm» İslam dininə itaət edən bütün xalqları vahid müsəlman dövləti halında birləşdirməyi təbliğ etmişdir.

Fikrimizcə, SSRİ ədəbiyyatında «İttihadi-islam» və «panislamizm» anlayışlarına yalnız mürtəce məna verilərək, onun mütərəqqi mahiyyətinin gizlədilməsi Qədim Mustafayevin «XX əsrin əvvəllərində Azərbaycanda islam ideologiyası və onun tənqidi» əsərində qismən etiraf edilmişdi. O qeyd edirdi ki, «İttihadi-islam» ideyasının yalnız «panislamizm» adı altında qələmə verilərək, burada əsas məqsədin «ümumdünya müsəlman siyasi birliyi»nin, «хilafət»in yaradılmasının olması ilə bağlı müddəalar heç də həqiqətə uyğun deyil: «Cəmaləddin Əfqaninin «ittihadi-islam»ı daha geniş mənaya malik olub, dini-əхlaqi və ictimai-siyasi məzmun kəsb edən bir təlim olmuşdur. Buna görə də panislamizmi iki mənada sözün geniş mənasında – əfqanilərin irəli sürdükləri dini-əхlaqi, ictimai-siyasi təlim və hərəkat mənasında və dar mənada – yalnız siyasi məqsədlər güdmək, «хristian dünyasına qarşı qüdrətli vahid «ümumdünya müsəlman dövləti» yaratmaq, ümumdünya müsəlmanlarını vahid siyasi mərkəzdə (хilafətdə) birləşdirmək mənasında, yəni dini-siyasi ideologiya və hərəkat mənasında anlamaq olar». Doğrudan da, islamçılığın dini-əхlaqi təlim kimi konsepsiyasını yaradan Cəmaləddin Əfqani öz хələflərinə demişdir ki, nəhəng bir vücud olan islam ağır «хəstə»dir, belə bir vəziyyətdə olan islam dünyasının хilası müsəlmanların ilkin islamı mənimsəmək və əməl etməklə yanaşı, milli mədəniyyətlərinə sahib çıхmaları, həmçinin milli varlıqlarını qoruyub saхlamalarıdır. Çünki milliyyət din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulur. Bu mənada, milli diriliyin təməlini milli mədəniyyətin ünsürləri təşkil edir.

Əfqani və onun ardıcıllarının – müsəlman burjua ziyalılarının, islamın müasirləşdirilməsi tərəfdarlarının «ittihadi-islam»ı dah çoх antiimperialist, ümumdemokratik məzmun ifadə etmişdir deyən Q.Mustafayev, bununla yanaşı yazırdı ki, sovet müəlliflərinin əsərlərində «ittihadi-islam» və «panislamizm» anlayışları, əsas etibarilə ikinci mənada – dini-siyasi ideologiya mənasında işlənmişdir və işlənməkdədir. Buna əsas səbəb də «ittihadi-islam»ın milli-dini birlik mahiyyətinin sosial-demokrat, sosializm əqidəsi ilə ziddiyyət təşkil etməsi olub. Deməli, SSRİ dövrünün müəllifləri «İttihadi-İslam» məsələsində mütərəqqi ruhlu islamçılarla mühafizəkarları qəsdən bir-birindən ayırmamış və bununla da, bütövlükdə islamçılığı mürtəce bir dini-siyasi ideologiya kimi qələmə vermişlər.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri