Icma.az
close
up
RU
Azərbaycan Türk fəlsəfəsi: ənənələr və çağdaş tendensiyalar (XIXXX əsrlər)

Azərbaycan Türk fəlsəfəsi: ənənələr və çağdaş tendensiyalar (XIXXX əsrlər)

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

I Yazı

Azərbaycan Türk fəlsəfəsi yalnız keçmişimiz, dünənimiz deyil, eyni zamanda bu günümüzlə, gələcəyimizlə birbaşa bağlı olduğu üçün onu araşdırmaq, təhlil etmək çox vacib və məsuliy­yətli məsələdir. Ona görə ki, bu dövrdə Azərbaycan türklərinin ictimai-siyasi həyatı və mədəni-fəlsəfi mühiti yeni bir mərhələnin başlanğıcına təsadüf edir. Yeni mərhələdə isə əsas diqqəti çəkən məsələ odur ki, Azərbaycan türkləri bir tərəfdən yeni ictimai-siyasi və elmi-fəlsəfi həyata bütöv şəkildə daxil ola bilməmiş, digər tərəfdən Qərb mədəniyyətinin ciddi təsirinə məruz qalmışdır. Hər iki amil son iki əsrdə Azərbaycan Türk fəlsəfəsinin, tarixinin, mədəniyyətinin, ədəbiyyatının, siyasətinin başlıca prob­lem­ləri sırasında qalmaqdadır. Əgər son iki əsrdə Azərbay­can xalqı maddi və mənəvi anlamda bütöv­lü­yünü qoruya bilməmişdirsə, bu, dolayısıyla onun tarixinin, ədəbiyyatı­nın, dilinin, mədəniyyətinin və fəlsəfəsinin yazılmasında yarım­çıq­lıq kompleksinin ortaya qoymuşdur. Bu, bir həqiqət­dir ki, əgər hər hansı xalqın fəlsəfəsi, tarixi, ədəbiyyatı yarımçıqlıq kompleksi şərtləri altında yazılırsa, o zaman həmin xalqın, sözün həqiqi mənasında, milli ruhunu əks etdirə biləcək fəlsəfədən, tarixdən, ədəbiyyatdan, mədəniyyət­dən söhbət gedə bilməz. Yəni natamamlıq kompleksi şərtləri altında yazılan hər hansı millətin tarixi, fəlsəfə tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi milli ruhdan başqa nə varsa hər şeyi özündə əks etdirir, ancaq milli ruh qarşısında gözlə görünən ya da görün­mə­yən saysız-hesabsız sədlər çəkilir, divarlar hörülür.

Son iki əsrdir ki, Azərbaycan xalqı da məhz maddi-fiziki və milli-mənəvi parçalanma nəticəsində natamamlıq komp­lek­sinə doğru sürüklənmiş, bu natamamlıq çərçivəsində də əsasən hər hansı doğma və yad tədqiqatçılar onun tarixini, fəlsəfəsini, mədəniy­yətini, hüququnu, ədəbiyyatını yazmışlar və yazmaqda­dırlar. Bir sözlə, XIX əsrin əvvəllərində Azərbaycan türklərinin ictimai-siyasi və fəlsəfi həyatında yeni mərhələ­yə qədəm qoyması onun maddi-fiziki və milli-mənəvi parçalanması fonunda baş vermiş, bununla da onlarla, bəlkə də yüzlərlə problemlərin təməli qoyulmuşdur. Hər halda Səfəvilər-Qızılbaşlar Türk dövlət­i­nin süqutundan sonra onun yerində yeni imperiya quran Əfşarlar Türk dövlətinin az bir müddət ərzində uğursuzluğa düçar olması Azərbaycan türk­ləri üçün, bu günə qədər çözülməsi heç də asan olmayan ciddi ictimai-siyasi və elmi-fəlsəfi problem­lərə yol açmışdır. Doğrudur, XVIII əsrin sonlarına doğru keçmiş Səfəvilərlə Əfşarlar dövlət­lərinin qalıqları üzərində Qacarlar Türk dövlətinin meydana çıx­ma­sı bu bölgədə yaşayan Türklər, o cümlədən Azərbaycan türkləri üçün yeni bir ümid işığı olub, bəlkə də bu günə qədər yaşadığımız və yaşamaqda olduğumuz problem­lərin xeyli qisminə son verə bilərdi. Ancaq Qacarlar dövləti çar Rusiya­sı ilə Böyük Britaniyanın hərbi-siyasi oyunları nəticəsində keçmiş Səfəvilər Türk dövlətinin bütün ərazi­lərinə, o cümlədən Güney Qafqaza və Azərbay­canın quzey hissəsinə sahib ola bilmədi. Bununla da Azərbaycan Türk torpaqlarının bir hissəsi çar Rusiyasının işğalı altında qaldı ki, bu da, yuxarıda da qeyd etdiyimiz kimi, onun yalnız gələcək ictimai-siyasi həyatında deyil, elm-mədəniyyət və fəlsəfə sahəsində də xeyli fərqliliklərə, prob­lem­lərə yol açdı. Hər halda Azərbaycan Türk torpaqlarının, Azər­bay­can Türk xalqının çar Rusiyasının işğa­lı altında qalan bir hissəsi ilə, Qacarların tərkibində qalan böyük hissəsi arasında baş verən maddi-fiziki və milli-mənəvi ayrı­lıqlar, antitürk ideya­ların da birbaşa təsiri ilə onların mütə­fəkkirlərinin dünya­görüşündə yarım­çıq­lığa, natamam­lığa, hətta qeyri-milli düşüncə­lərə (irançı­lıq, rusçuluq, avropaçılıq-qərbçilik və s.) yol açmış oldu.

Bu gün, Azərbaycanın elm xadimlərinin öhdəsinə düşən əsas vəzifə bir tərəfdən təxminən XIX əsrin əvvəllərindən çar Rusiyasının işğalı altında yaşamağa məcbur olan Azərbaycan Türk xalqının dünyagörüşü ilə, Qacarların tərkibində, ancaq onun ana sütununu təşkil edən türklərin, o cümlədən Azərbay­can türklərinin dünyagörüşün­dəki oxşarlıqları və fərqlilikləri çox həssaslıqla tədqiq edib obyektiv qiymətini vermək, digər tərəfdən bütövlükdə fəlsəfi və ictimai fikrimizin əsas inkişaf yollarını, onun mahiyyətini ortaya qoymaqdır. Bu anlamda son iki əsrdə ayrı-ayrılıqda yaşamağa məcbur edilmiş Quzey Azərbaycan türkləri ilə Qacarlar dövlətinin ana sütununu təşkil etmiş Türklərin bu dövr ərzində yaşadıqları ictimai-siyasi, ədəbi-mədəni, elmi-fəlsəfi mühiti ayrı-ayrılıqda ələ almaqdan daha çox bir bütünün, vəhdətin tərkib hisssi kimi tədqiq etmək lazımdır. Yəni çar Rusiyası ilə Qacarlar arasında bağlanmış 1828-ci il Türkmənçay müqavilə­sin­dən sonra, bəlkə məcburiyyətdən bir çox hallarda vahid Azərbaycan türklərinin deyil də, Quzey Azərbay­can xalqının və Güney Azərbaycan xalqı­nın tarixin­dən, iqti­sadiy­yatından, mədəniyyətindən, fəlsəfəsindən bəhs etmişik ya da etməyə davam edirik. Bizcə, artıq bu ənənəyə birmənalı şəkildə son verilməli, yəni vahid Azərbaycan xalqının tarixindən, iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən kitablar, əsərlər yazılmalıdır. Əlbəttə, bu, o demək deyil ki, biz XIX əsrin başlarından etibarən çar Rusiyasının işğalı altında qalan Azərbaycan Türk xalqının bir hissəsinin ya da Qacarlar dövlətinin ana sütununu təşkil etmiş Azərbaycan türklərinin böyük hissəsinin məcburən ayrı-ayrılıqda yaşamalı olduğu tarixi, fəlsəfəni, mədəniyyəti, ədəbiyyatı da mütləq şəkildə, heç bir məntiq olmadan vahidləşdirməli, bütövləşdirməliyik. Əsla belə bir şeyə yol verilməməlidir. Sadəcə, burada əsas məqsəd Azərbaycan Türk xalqının parçalanmadan sonra yaşadığı tarixi, fəlsəfəni, ədəbiy­yatı, mədəniyyəti oxşarlıqları və ziddiyyətləri ilə yanaşı, vahid bir çatı altında ümumiləşdirməyi, bütöv şəkildə görməyi bacarmaq, yəni natamamlıq kompleksindən qurtulub təxminən 50-60 milyonluq vahid xalqın fəlsəfəsini, tarixini, ədəbiyyatını, mədə­niy­­yətini yazmaq olmalıdır. Bu anlamda Azərbaycan da daxil olmaqla, böyük bir tarixi ərazidə hökm sürən Qacarlar dövlətinə və həmin dövrün Türk mütəfəkkirlərinə diqqətlə yanaşılmalıdır.

Burada öz əksini tapmış ən önəmli məsələlərdən biri də, çar Rus­iya­sının işğalı altında qalan Azərbaycanın quzeyindəki xalqımızın bundan sonarkı həyatının hansı formada davam etməsi ilə bağlı problem­lər­­in, yəni bütün sahələrdə (sosial, iqtisadi, təhsil, mədəni və s.) baş vermiş dəyişikliklərin mümkün olduğu qədər obyektiv şəkildə qiymətləndiril­mə­sidir. Yəni bizlər bu məsələni, Azərbaycanın quzey torpaqlarının çar Rus­iya­sının işğalı altında qalmasını SSRİ dövründəki olduğu kimi, heç bir halda mütərəqqi hadisə kimi qələmə verməməli, eyni zamanda bu məsələdə həddən artıq ifrata vararaq, o dövrdə hər hansı bir müsbət məsələ olubsa onu da görməzdən gəlməməliyik. Ancaq bütün hallarda çar Rusiya­sının işğalı altında ya da SSRİ-nin tər­kib­­ində birgə yaşamağa məcbur olduğumuz dövrdə baş vermiş istənilən “müsbət məsələ”yə də həssaslıqla yanaşılmalıdır. Şübhə­siz, bir tərəfdən Rusiyaya münasibətdə həssaslıq nümayiş etdir­mək, digər tərəfdən isə milli maraqlarımızı qorumaq bir çox hal­lar­da böyük quzey imperiyasının mənafeləri ilə üst-üstə düşmür. Bütün hallarda bizlər tariximizi, ədəbiy­yatımızı, fəlsəfə tariximizi millətimizin bu günü və gələcəyi üçün qələmə alırıqsa, o zaman öncə, milli maraqlarımızın hər şey­dən bir addım öndə olması bir an olsun unudulmamalıdır. Bir sözlə, Azər­bay­can xalqının fəlsəfə tarixi qələmə alınarkən Rus-Sovet metodo­logiya­sından və həmin dövrün təfəkküründən uzaq durul­malı, Qərb metodologiya­sına isə həssaslıqla yanaşıl­malı­­dır. Çünki birinci metodologiya qədər Qərb metodologiyası da Türk mədəniy­yəti və İslam-Şərq mədəniy­yəti ilə xeyli dərəcədə uzlaşmır.

Bizcə, yalnız çar Rusiyasının, Sovet Rusiyasının işğalı altın­da qalmış Azərbaycanın quzey hissəsin­dəki xalqımızın, onun mütəfəkkirlərinin deyil, eyni zamanda Qacarlar dövlətinin əsas sütunu kimi uzun müddət önəmli təsir gücünü qoruyub saxlamış Azərbaycanın güneyindəki xalqımızı, onun mütəfəkkirlərinin dünyagörüşünün də obyektiv şəklildə və milli maraq­ları­mız da nəzərə alınmaqla ciddi tədqiqatlara ehtiyacı vardır. Hər halda Təbriz mərkəzli Azərbaycan vilayəti Qacarlar dövlətinin ictimai-siyası həyatın­da əsas rol oynadığı kimi, Azərbaycan Türk mütəfəkkirləri elm-mədəniyyət və fəlsəfi mühtin formalaşmasında da öncüllər sırasında olmuşdur. Yəni çar Rusiyasının işğalı altında olan Azərbaycanın quzeyində yaşayan mütəfəkkirlərimiz kimi, Azərbaycanın güneyində öz soydaşlarının qurduqları Qacarlar dövlətinin tərkibində yaşayan aydınlarımız da elm-mədəniyyət və fəlsəfi mühitdə ön cərgədə olmuşlar.

Onu da bilməliyik ki, fərqli dövlətlərin, yəni doğma və yad dövlətlərin tərkiblərində yaşamalarına, yaratma­larına baxmayaraq bütün Azərbaycan Türk mütəfəkkirləri əsasən, vahid amala, vahid ideyaya xidmət etmişlər. Burada vahid amal, vahid ideya deyə bəhs etdiyimiz Azərbaycan türklərinin birləşməsi və dövrün şərtləri altında yeniləşməsidir. Biz görürük ki, Azərbaycan türklərinin, onun mütəfəkkirlərinin dünya­görüş­ündə milli bütövlük məsələsi, yəni yeniləşmə və Azərbay­can milli ideyası ətrafında birləşmə daima əsas fəlsəfi, ictimai-siyasi məsələ olmuşdur.

Ümumiyyətlə, XIX-XX əsrlərdə yaşamış Azərbaycan Türk mütəfəkkirlərinin yaradıcılıqlarında fəlsəfənin hansı şəkildə öz əksini tapması daima mübahisə ya da müzakirə obyekti olmuşdur. Belə ki, bir qisim tədqiqatçılara görə bu dövrdə Azərbaycanda sırf fəlsəfəyə aid əsərlər çox az olmuş, dolayısıyla da Azərbaycanda fəlsəfədən və filosoflardan çox az bəhs etmək olar. Bununla bağlı qeyd etməliyik ki, birincisi, Azərbaycan xalqı ancaq bugünkü Azərbaycan Respublikasın­dan ibarət deyil. Bu anlamda A.A.Bakıxanov, M.F.Axundzadə, H.b.Zərdabi, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ə.b.Hüseynzadə, Ə.b.Ağaoğlu qədər S.Ə.Nəbati, M.Ə.Talıbzadə, M.Xiyabani, M.Şəbüstəri, C.Əfqani, S.C.Pişəvəri, C.Heyət də Azərbaycan Türk mütəfək­kirləridir. İkincisi, yeni dövrdə bütün dünyada mütəfəkkirlərin əsas fəlsəfi yaradıcılıqları ontoloji və qnoseo­lojidən çox sosial fəlsəfə, tarixin fəlsəfəsi, sosial psixologiya, sosiologiya, polito­logiya, antropologiya və buna uyğun məsələlər olmuşdur. Bu anlamda Bakıxanov, Zərdabi, Əfqani, Hüseynzadə, Rəsulzadə, Şəbüstəri, Heyət və başqa Azərbaycan Türk mütəfəkkirləri A.Şopenhauer, F.Nitsşe, K.Marks, F.Engels, Z.Freyd, U.Ceyms, A.Toyenbi, M.Haydeger və başqa Qərb mütəfkkirləri qədər filosof, yəni bilgə adına layiqdirlər. Başqa sözlə, Azərbay­can Türk mütəfəkkirlərini düşüncələrində ümumiləşdir­mə­lər aparıb, sonra da bu fəlsəfə deyil, fəlsəfə yalnız ontoloji və qnoseoloji məsələlərə həsr edilmiş əsərlərlə bağlıdır, deyib mənasız iddialar irəli sürmək kökündən yanlışdır. Çünki fəlsəfə dediyimiz, ən azı hərfi mənada müdriklik ya da müdrikliyə sevgidirsə, hikmətsevər­likdirsə, o zaman insan, cəmiyyət, mil­lət, dövlət, siyasi əqidələr, mənəvi dəyərlər, sosial münasibətlər və digər məsələlər ümumilikdə onun tərkib hissəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see168

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri