Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çağdaş milli lüğətçiliyə sanballı töhfə Əbülfəz Quliyev yazır

Çağdaş milli lüğətçiliyə sanballı töhfə Əbülfəz Quliyev yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

Bu yaxınlarda Ankarada "Əski türkcədə şəxs adları" adlı monoqrafiyam nəşr olunub. Bu kitabdan bir nüsxəni çox böyük hörmət bəslədiyim həmkarım professor Sayalı Sadıqovaya hədiyyə etdim. Bunun müqabilində Sayalı xanım özünün yenicə çapdan çıxmış "Azərbaycan şəxs adlarının izahlı lüğəti" kitabını mənə göndərdi. Leksika, onomastika mövzusu mənə çox doğma olduğuna görə, həm də mənim kitabımın mövzusu ilə səsləşdiyinə görə bu kitab diqqətimi çəkdi. Bu qiymətli tədqiqat işi ilə tanış olduqdan sonra öz rəyimi bildirmək qərarına gəldim.

Qeyd edim ki, professor S.Sadıqova imzası Azərbaycan elmi ictimaiyyətinə bacarıqlı, təşkilatçı, ömrünü elmin inkişafına həsr etmiş bir alim kimi yaxşı tanışdır. Qərbi Azərbaycanın Göyçə mahalında 65 il bundan əvvəl dünyaya göz açmış, 1981-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda, bu institutun Terminologiya şöbəsində əvvəl aspirant, sonra kiçik elmi işçi kimi fəaliyyətə başlayan Sayalı xanım 45 ilə yaxındır ki, Azərbaycan dilçiliyinin mühüm bir qolu olan terminologiya elmi və onun mühüm aktual məsələlərinin hərtərəfli elmi tədqiqi ilə məşğuldur. O, 2000-ci ildən bu şöbənin müdiri və 2001-ci ildən AMEA Rəyasət Heyəti, 2012-ci ildən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini kimi geniş şəkildə səmərəli fəaliyyətini davam etdirməkdədir. Bu illərdə bu komissiyanın qərarı ilə 140-dan artıq lüğət nəşr olunub ki, 50-dən artıq terminoloji lüğətin ön sözünün müəllifi və redaktoru Sayalı xanımdır. Elmin müxtəlif sahələrinin elmi dilinin formalaşmasında bu lüğətlərin mühüm əhəmiyyəti vardır. Elmi üslubun inkişafı isə ədəbi dilin inkişafına təkan verir. Ümumiyyətlə, görkəmli alimin Azərbaycan dilçiliyinin aktual problemləri ilə bağlı 30-a yaxın monoqrafiyası nəşr olunmuşdur. Bu baxımdan terminologiyanın aktual problemlərinin tədqiqində və inkişafında, nəzəri problemlərinin araşdırılmasında professor S.Sadıqovanın mühüm xidmətləri var.

Şəxs adları leksikanın, onomastikanın qədim və önəmli bir bölümüdür. Şəxs adları və soyadları kateqoriyası ictimai mahiyyət kəsb edir. Təsadüfi deyildir ki, bəzi xalqlar adı insanın ruhu adlandırıb. Hələ "Dədə Qorqud" dastanlarında şəxsin adına böyük diqqət verilmiş, "igid adın nədir, degil mənə" yazılıb. Türklərin qədim yazılı abidələrində, Orxon-Yenisey yazılarında şəxsin uşaqlığında, gəncliyində, qocalığında ayrı-ayrı adlar daşıdığını müşahidə edirik. Müstəqillik dövründə ad və soy adlarımızın milliləşməsi məsələsi xüsusi aktuallıq kəsb etdi. "Azərbaycan Respublikasının Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda qarşıya qoyulan vəzifələr işığında Sayalı xanımın müavin olduğu Terminologiya Komissiyasınında onun bilavasitə iştirakı ilə xüsusi bir Adlar və soyadları komissiyası yaradıldı. Bu komissiya adların verilməsini ictimai bir hadisə kimi nəzarətdə saxlayır.

2016-cı ildə Terminologiya Komissiyasının qərarı ilə professor S.Sadıqovanın müəllifliyi ilə "Azərbaycan şəxs adlarının izahlı lüğəti" kitabı nəşr olunub. Lüğətdə Azərbaycan adlar sistemində işlənən 6 minə yaxın ad toplanıb və onların izahı verilib. Onu da qeyd etmək lazımdır ki, Qeydiyyat idarələrində adların verilməsində bu lüğət əsas götürülür. Bu lüğətin nəşrindən artıq 10 ilə yaxın vaxt keçib və o, adların verilməsi və yazılışında meydana çıxan çətinliklərin həll edilməsinə tam cavab vermir. Bu ehtiyaclar nəzərə alınaraq Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə həmin kitab təkmilləşmiş və genişləndirilmiş şəkildə yenidən nəşr olunub. Kitabın əvvəlindəki müəllif ön sözü geniş və sanballı elmi-tədqiqat işi təsiri bağışlayır. Əlimizdəki 704 səhifədən ibarət olan bu kitabda 12 mindən artıq şəxs adının mənası, mənşəyi və düzgün yazılış qaydası, orfoqrafiyası müəyyənləşdirilib.

Azərbaycan dilçiliyində şəxs adları çox maraqlı bir sahədir. Bu kateqoriyanın cəmiyyətimizdəki yeri və mühüm əhəmiyyəti nəzərə alınaraq şəxs adlarına aid bir sıra lüğətlər hazırlanıb. Məlumdur ki, Azərbaycan onomastikasının tədqiqi və tədrisində professor Afad Qurbanovun böyük xidmətləri olub. Ona görə də müəllif burada doğru olaraq bu sahədə A.Qurbanovun onomastika məktəbinin yaranmasından, onun bu problemlə bağlı elmi əsərlərindən, tərtib etdiyi şəxs adları lüğətlərindən ayrıca bəhs edir. Müəllif daha sonra, Osman Mirzəyev, Mədət Çobanov, Məmmədağa Şirəliyev, Bəhruz Abdullayev və Şəmsəddin Sədiyevin, Nadir Məmmədlinin, Aydın Abıyevin, Aydın Paşayevin, Fidan Qurbanovanın tərtib və nəşr etdirdikləri şəxs adları lüğətləri haqqında ətraflı məlumat verir.

Yuxarıda qeyd etdiyimiz kimi, onomastik vahidlərin bir qolu olan antroponimlər, şəxs adları insanın cəmiyyətdə mövqeyini müəyyən edən, onları bir-birindən fərqləndirən amil olaraq mühüm əhəmiyyət kəsb edir. Şəxs adlarının əsas xüsusiyyətlərindən biri ictimai yerlərdə, iş prosesində, nitqdə başqa sözlərə nisbətən daha çox işlənməsidir. İnsanlar adla bir-birinə tez-tez müraciət edirlər. Buna görə də hər bir şəxs adı insanlar arasında ünsiyyət, münasibət yaratmağa xidmət edir. Adın bu xüsusiyyəti insanlar arasında ünsiyyəti asanlaşdırır. Şəxs adları həm də insanın dünyagörüşünü əks etdirən, dini mənsubiyyətini, milli xüsusiyyətlərini göstərən bir kateqoriya kimi ictimai funksiya daşıyır. Professor S.Sadıqova doğru olaraq göstərir ki, hər bir xüsusi ad milli xüsusiyyətə malik olub şəxsin hansı millətə aid olduğunun mühüm göstəricisi kimi çıxış edir. Amma başqa dil mühitində bu şəxs adları işlənərkən tərcümə edilmir, milli ana dilində olduğu kimi istifadə edilir. Şəxs adlarında milli xüsusiyyət o dərəcədə qüvvətlidir ki, bir xalqın nümayəndəsi başqa xalqlar arasında yaşasa da, yenə öz milli adını saxlayır. Təcrübə göstərir ki, düzgün seçilməyən hər bir ad insana cəmiyyətdə mənfi təsir edir, onu daxil olduğu sosial mühitdə başqalarının yanında utandırır, inkişafına maneçilik yaradır. Ona görə də hər bir ad seçilərkən ciddi düşünülməli və uğurlusu seçilməlidir. Onun səslənməsi, ahəngdarlığı, sadəliyi və mənası diqqət mərkəzində olmalıdır. Bu əlamətlər gözəl ad seçməyin bünövrəsi sayıla bilər.

Kitabda şəxs adlarının mənşəcə iki qrupundan bəhs edilir: 1. Milli şəxs adları. 2. Alınma şəxs adları. Milli mənşəli şəxs adlarının dilimizin daxili inkişaf qanunları əsasında xalqımızın tarixi, ictimai-siyasi vəziyyəti, mədəni səviyyəsi ilə bağlı təşəkkül tapdığını qeyd edən müəllif bununla əlaqədar "Dədə Qorqud" boylarının Azərbaycan ad sisteminə təsiri haqqında geniş məlumat verir. Daha sonra S.Sadıqova ərəb-fars mənşəli alınma antroponimlər, şəxs adlarının dilimizə daxil olmasında ictimai-tarixi hadisələrin, münasibətlərin rolundan bəhs edir. Alınma şəxs adları ad sistemimizi zənginləşdirib. Bu məsələdə dinin rolu üzərində geniş dayanan müəllif doğru olaraq din amilini, müqəddəs kitabımız Quranın advermə ənənələrimizdə mühüm yer tutduğunu göstərir.

Müəllif adların əmələ gəlmə yollarından bəhs edərkən aşağıdakı qrupları müəyyən edib: 1. Etnoantroponimlər. 2. Qohumluq əlaqələri əsasında yaran şəxs adları. 3. Topoantroponimlər. 4. Hidroantroponimlər. 5. Kosmoantroponimlər. 6. Tarixi şəxsiyyətlərin adı ilə bağlı yaranan şəxs adları. 7. Qiymətli daşların adı əsasında yaranan şəxs adları. 8. Valideynlərin arzu və istəkləri əsasında yaranan şəxs adları və sair.

Məlumdur ki, şəxs adlarının istifadəsində adların düzgün yazılış qaydaları mühüm əhəmiyyət kəsb edir və ictimai-mədəni rola malikdir. Ona görə müəllif şəxs adlarının orfoqrafiyası üzərində daha ətraflı dayanıb. Mürəkkəb şəxs adları, tərkibində ağa, xan, bəy, mirzə, hacı, seyid, sultan, xanım, mir sözləri işlənən şəxs adlarının orfoqrafiyası haqqında maraqlı mülahizələr irəli sürüb.

Azərbaycan dilində adlar sistemi daim inkişafdadır. Azərbaycan kişi adlarında igidlik, məharət, güclülük, hakimlik, qadın adlarında isə gözəllik, incəlik, mənəvi təmizlik motivləri üstünlük təşkil edir. Ona görə də "Azərbaycan şəxs adlarının izahlı lüğəti" kitabında çox doğru olaraq şəxs adları iki qrupda təqdim olunur: 1. Kişi adları. 2. Qadın adları. Lüğətin quruluşu bölməsində lüğətin hazırlanmasında nəzərə alınmış prinsiplər yığcam şəkildə qeyd edilib.

Advermə ictimai hadisə hesab edilir, çünki hər bir ad xalqın milli mənəvi dəyərini özündə əks etdirir. Adların seçilib istifadə edilməsi xalqın müasir mədəni tələblərinə və Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır. Yeni adların yaranmasında dilin daxili imkanlarına hesabına yaranan sözlərə üstünlük verilməlidir. Hazırda yüzlərlə yeni ad yaranır. Yaranan yeni adları toplamaq, orfoqrafiyasını müəyyən etmək dildə həmişə davam edən prosesdir. Məhz bu amillər nəzərə alınaraq yeni şəxs adları lüğəti, müəllifin də qeyd etdiyi kimi, vaxtaşırı nəşr edilməlidir. Bu baxımdan lüğət hər bir vətəndaşa ad seçməkdə, mənasını müəyyənləşdirməkdə, onların ehtiyacını ödəməkdə faydalı olacaqdır.

İnanıram ki, professor Sayalı Sadıqovanın "Azərbaycan şəxs adlarının izahlı lüğəti" kitabı zamanın tələbləri əsasında meydana çıxmış bir əsər kimi elm adamlarının, hər bir azərbaycanlının, xüsusilə valideynlərin stolüstü kitabına çevriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri