Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Futbolun yaratdığı hekayə Əbülfəz Süleymanlı yazır

Futbolun yaratdığı hekayə Əbülfəz Süleymanlı yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Əbülfəz Süleymanlı
Professor
[email protected]

Dünyanın bir ucunda imkanlı bir iş adamı, başqa bir ucunda kasıb məhəllənin uşağı eyni oyunun nəticəsini gözləyir. Biri böyük ekran qarşısında, digəri kənd çayxanasında, bir başqası telefonun kiçik ekranında eyni həyəcanı yaşayır: sevinir, kədərlənir, ümidlənir. Söhbət milyonların sevimli oyunundan – uzun tarixi olan futboldan və onun dörd ildən bir bütün dünyanı eyni həyəcan ətrafında birləşdirən ən böyük qlobal karnavalından, Dünya Çempionatından gedir. Bəs bir futbol oyunu necə olur ki, bu qədər fərqli insanın sevincini, kədərini, ümidini və xatirələrini eyni anda oyada bilir?

Çünki futbol meydanda oynanan adi oyun çərçivəsini çoxdan aşıb. O, ölkələrin arzularını, xalqların yaddaşını, şəhərlərin və kəndlərin həyəcanını, uşaqların xəyallarını və milyonlarla insanın şəxsi hekayəsini hərəkətə gətirən böyük ictimai hadisəyə çevrilib. Çempionatın qrup mərhələsi və sonrakı oyunları bunu bir daha göstərdi.

Gözlənilməz nəticələr sübut etdi ki, futbol yalnız favoritlərin yarışı deyil, hər an yeni hekayələrin yazıldığı böyük səhnədir. Bu səhnədə müasir dünyanın kiçik modeli də görünür: bir tərəfdə böyük futbol ənənəsinə malik ölkələr, digər tərəfdə isə ilk dəfə bu həyəcanın bir parçasına çevrilən komandalar var. Bu mənada Dünya Çempionatı güclülərin mübarizəsi olmaqla yanaşı, görünmək, tanınmaq və özünü dünyaya göstərmək istəyən ölkələr üçün də mühüm imkandır.

Bu turnir bizim üçün ayrıca duyğu daşıdı. İllərdir Türkiyə milli komandasını canla-başla dəstəkləyənlər üçün qrup mərhələsi həm ümid, həm də xəyal qırıqlığı ilə yadda qaldı. Türkiyənin heyətində böyük istedadlar və ciddi potensial var idi. Lakin futbol istedadla yanaşı, soyuqqanlılıq, oyun intizamı, taktiki hesab və məqamı düzgün oxumaq bacarığı tələb edir. Böyük gözləntilərə baxmayaraq, bəzi texniki və taktiki məqamların yetərincə düzgün hesablanmaması erkən vida ilə nəticələndi.

Özbəkistanın Dünya Çempionatında yer alması isə Türk dünyası üçün ayrıca məna kəsb etdi. Nəticələrdən asılı olmayaraq, bir qardaş ölkənin ilk dəfə bu səhnədə görünməsi sadəcə idman hadisəsi kimi qiymətləndirilə bilməz. Bu, həmin ölkənin futbol xəritəsində daha görünən olması, gənclərinə yeni bir xəyal sahəsi açması deməkdir. Arzumuz odur ki, növbəti Dünya Çempionatında Azərbaycan milli komandası da bu böyük səhnədə yer alsın və biz də ekranlar qarşısında Dövlət Himnimizin səslənməsini, mədəniyyətimizə aid rənglərin, rəmzlərin və azarkeşlərimizin coşqusunun bütün dünyaya nümayiş olunmasını qürurla izləyək. Minifutbol yığmamızın dünya və Avropa çempionu kimi qazandığı uğurlar futbol ruhu və potensialı baxımından bizim də heç kimdən geri qalmadığımızı göstərdi. Bəzən böyük turnirdə iştirakın özü uşaqların içində “biz də bacararıq” inamını doğurur. Bu inam bəzən qələbədən də qiymətlidir.

Çempionatın diqqətçəkən tərəflərindən biri milli komandaların tərkibində görünən yeni dünya mənzərəsidir. Bir çox qabaqcıl ölkələrin heyətlərində valideynləri illər əvvəl başqa ölkələrdən köç etmiş futbolçuların çoxluğu diqqətdən yayınmır. Bu, müasir cəmiyyətlərin dəyişən simasını göstərən mühüm sosial faktdır. Artıq milli komanda anlayışı yalnız doğulduğun torpaqla izah olunmur; ailə tarixi, miqrasiya yolları, inteqrasiya təcrübəsi və çoxqatlı kimliklər də bu anlayışın bir hissəsinə çevrilir.

Çempionatın başqa bir üzü azarkeşlərin yaratdığı rəngli mənzərədir. Stadionlar oyun meydanı olmaqdan çıxıb böyük karnaval məkanına çevrilir. Üzünə bayraq çəkənlər, milli geyimlə gələnlər, ailəliklə tribunaya çıxanlar, min kilometrlərlə yol qət edib komandasının arxasınca gedənlər bu turnirin ayrılmaz hissəsidir. Bəzən kameralar meydandakı futbolçudan çox tribunadakı bir uşağın həyəcanını, yaşlı bir azarkeşin duasını, məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməyən bir gəncin üzünü yadda saxlayır.

Əslində insanlar çox vaxt futbolun özündən çox onun yaratdığı hekayəni izləyirlər. Son dəqiqədə vurulan qol ümidin qayıdışıdır. Qaçırılan penalti həyatın bəzən insana necə sərt davrandığını xatırladan andır. Məğlub olan komandanın futbolçusu üçün həmin an peşə həyatının bir səhifəsi sayıla bilər, amma milyonlarla azarkeş üçün illərlə danışılacaq xatirəyə çevrilir.

Futbolun bu qədər sevilməsinin əsas səbəblərindən biri onun sadəliyidir. Bir çox idman növü xüsusi meydança, avadanlıq və şərait tələb edir. Futbol üçün isə bəzən iki daş, köhnə bir top və bir az boş yer kifayət edir. Top olmayanda uşaqlar plastik qabdan, bez parçasından, köhnə corabdan top düzəldib oynayırlar. Futbolun ilk böyük sirri də buradadır: o, hamının oyunudur.

Amma müasir futbol artıq küçənin, məhəllənin və uşaqlıq xəyallarının sərhədində qalmır. O, böyük bir iqtisadiyyatdır. Yayım hüquqları, sponsorluqlar, transferlər, reklamlar, forma satışları, turizm və media bu oyunu nəhəng sektora çevirib. Dünya Çempionatı günlərində stadionlarla yanaşı otellər, restoranlar, hava yolları, televiziya kanalları və sosial media platformaları da bu böyük dövriyyənin iştirakçısı olur.

Bu ikili xarakter bəzən ziddiyyətlər yaradır. Futbol insanlara aidiyyət, birlik, sevinc və həyəcan verir. Eyni zamanda həddindən artıq fanatizmə, ailə içi gərginliklərə, sosial qarşıdurmalara və asılılıq halına gələn davranışlara yol aça bilir. Bir komandanın məğlubiyyəti milyonlarla insanın bütün həftəlik ovqatını dəyişir. Hakimin bir qərarı evlərdə, kafelərdə və sosial şəbəkələrdə uzun mübahisələrin mövzusuna çevrilir.

Qrup mərhələsi favorit anlayışının nə qədər kövrək olduğunu da göstərdi. Kağız üzərində güclü görünən komandalar bəzən meydanda eyni gücü göstərə bilmir. Daha zəif hesab edilənlər isə təşkilatlanma, mübarizə əzmi və komanda ruhu ilə böyük rəqiblərə çətin anlar yaşadır. Futbolda statistika vacibdir, amma hər şeyi izah etmir. Çünki meydanda insan var. İnsan olan yerdə səhv də var, cəsarət də, qorxu da, inam da.

Dünya Çempionatı günlərində gündəlik həyatın ritmi dəyişir. İnsanlar işdən sonra evə tələsmir; kafelər, kənd çayxanaları və evlər futbol söhbətlərinin mərkəzinə çevrilir. Ailələr birlikdə oyun izləyir, dost qrupları yenidən bir araya gəlir. Diqqətçəkən məqamlardan biri də futbolun artıq yalnız kişilərin maraq dairəsi kimi görünməməsidir. Qadınların da bu böyük həyəcanın fəal iştirakçılarına çevrildiyi daha aydın müşahidə olunur.

Bəlkə də futbolu bu qədər güclü edən əsas məqam budur: o, hər kəsə öz hekayəsini tapmaq imkanı verir. Bir uşaq meydandakı ulduzda gələcəyini görür. Bir ata həmin oyunda gəncliyini xatırlayır. Bir şəhər komandasının uğurunda öz qürurunu tapır. Bir ölkə yığmasının qələbəsində dünyada görünən simasını hiss edir.

Ona görə də futbol karnavalı davam etdikcə biz yalnız kimin qalib gələcəyini izləməyəcəyik. Dünyanın necə sevindiyini, necə kədərləndiyini, necə birləşdiyini və bəzən necə ayrıldığını da müşahidə edəcəyik. Çünki futbol doxsan dəqiqəlik oyundan daha böyük mənaya malikdir. O, bəzən bir xalqın ümidi, bir məkanın yaddaşı, bir uşağın xəyalı və milyonlarla insanın ortaq hekayəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri