Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Milli ədəbiyyatımızın çağdaş Zəfər salnaməsi

Milli ədəbiyyatımızın çağdaş Zəfər salnaməsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Vətən müharibəsində tarixi qələbəmiz ədəbi güzgüdə necə görünür?

Azərbaycanın erməni işğalında olan əzəli torpaqlarının geri qaytarılmasını təmin edən Qarabağ savaşı təkcə Silahlı Qüvvələrimizin hərbi qələbəsi deyil, eyni zamanda, milli yaddaşın bədii ifadəsini formalaşdıran mühüm tarixi mərhələ sayılır. Bu mövzunun ədəbiyyatda layiqli yerini tutması gələcək nəsillərə ötürüləcək mənəvi irsin əsas şaxələrindən birini təşkil edir. Fərəhli haldır ki, Qarabağ mövzusu artıq çağdaş milli ədəbiyyatımızda yeni estetik mərhələnin başlanğıcını şərtləndirir.

Ötən ay Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən konfransda da Qarabağ mövzusunun ədəbiyyatımızda yeri və perspektivləri barədə maraqlı fikirlər səsləndirilib. Yazıçılar, tənqidçilər çıxışlarında qeyd ediblər ki, 44 günlük Zəfər yürüşünün gerçəkləri ədəbi prosesdə yeni poetik və publisistik yanaşmalara vəsilə olub. Buna qədər ədəbiyyatda daha çox bədii ağlaşma, ah-zar müşahidə olunurdusa, artıq zəfər salnaməsinin layiqli tərənnümü üstünlük təşkil edir. Yeni daha səviyyəli əsərlərin yaradılması və bu mövzunun beynəlxalq müstəvidə təqdiminin gücləndirilməsi zərurəti də önə çəkilib.

Təbii ki, xalqın duyğu və düşüncələrinin əsas ifadəçiləri olan qələm sahiblərimiz ədəbiyyatı ümumbəşəri dəyərlər səviyyəsinə qaldırmalı, haqq işimizi və öz torpaqlarımızı qoruya bilmək əzmimizi, həmçinin sülhpərvər bir toplum olduğumuzu dünyaya bədii sözün qüdrəti ilə bəyan etməlidirlər. Bəs, gerçək ədəbi mənzərə necədir? Qarabağ mövzusunda yazılan sanballı bədii nümunələrimiz yetərincədirmi? Yalnız məhdud dairəni qane edəcək kütləvi tərənnümlər “dəb” halını almasın deyə, nə etmək lazımdır? Tarixi fakturaya daha çox qlobal bədii prizmadan yanaşılmasına nail olmağın hansı yolları var? Tanınmış yazarlarımızın bu suallar ətrafında söhbətini təqdim edirik.

İlqar Fəhmi, AYB-nin katibi:

– Hər bir yazıçı, şair, publisist, dramaturq, ilk növbədə, Azərbaycan xalqının övladı, Azərbaycan dövlətinin vətəndaşıdır. Məhz bu baxımdan əminliklə deyə bilərəm - Azərbaycanda elə qələm sahibi yoxdur ki, son illərdə ölkədə baş verən hadisələri, Qarabağ müharibəsini, tarixi zəfərimizi, ərazi bütövlüyümüzün bərpa edilməsini öz yaradıcılığında əks etdirməsin.

Sizin xatırlatdığınız konfransda mən də çıxış edərək, nəsr sahəsindəki vəziyyətin təhlilini verdim. Azərbaycan ədiblərinin Zəfərdən əvvəl, savaş dövründə və sonra yazdıqları əsərlərə diqqəti cəlb etdim.

Zəfərdən əvvəlki dövrdə Anar, Elçin, Mövlud Süleymanlı, Seyran Səxavət, Sabir Rüstəmxanlı, Aqil Abbas, Mustafa Çəmənli, Əli Əmirli, Səyyad Aran; nisbətən sonrakı nəsil yazarlarından Elçin Hüseynbəyli, Kamran Nəzirli, Orxan Fikrətoğlu, Fəxri Uğurlu, Zahid Sarıtorpaq, Əyyub Qiyas, Kənan Hacı, Günel Rzayeva, Zemfira Məhərrəmli, Şiringül Musayeva, Şərif Ağayar, Vüsal Nuru, Əli bəy Azəri, Natavan Dəmirçioğlu və başqa müəlliflərin çoxsaylı nəsr əsərlərini nümunə gətirmək olar.

Dramaturgiya sahəsində isə Anar (“Şəhərin qış gecələri”), Hüseynbala Mirələmov (“Güllələnmiş heykəllər”) Elçin Hüseynbəyli (“Fatihə, “Qaçaq qocalar”) Ramiz Novruz (“Hələ sevirəm deməmişdilər”), Əli Əmirli (“Ünvansız qatar”) və başqa müəlliflərin dram əsərləri mövzuya fərqli baxış bucaqlarını nümayiş etdirirdi.

Həmin dövrdə ölkədə baş verən iki tarixi hadisə, yuxarıda danışdığımız motivlərin ədəbiyyatımızda güclənməsinə daha da təkan vermiş oldu. Bu hadisələr Mübariz İbrahimovun qəhrəmanlıq hekayəti və Aprel döyüşləri oldu. Həm Mübariz İbrahimovun, həm də Aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş onlarla nəsr və dramaturgiya əsəri yarandı. Bu nümunələrdə artıq ümidsizlik, çarəsizlik motivləri yox idi. Daha əzmkar və motivlər üzərində çoxsaylı nəsr əsərləri yazıldı. Həmin döyüşlərin qəhrəmanlarına həsr olunan 2 böyük nəsr əsərinə xüsusi diqqət çəkmək istərdim. Bunlardan biri Səyyad Aranın Lələtəpə mövzusuna həsr olunmuş “İrəvana gedən yollar” romanı, digəri Şərif Ağayarın Milli Qəhrəman Raqub Orucova həsr etdiyi “Komandir” romanlarıdır. Amma dramaturgiya sahəsində sırf Aprel döyüşləri, əfsus ki, əks etdirilməyib.

2020-ci ilin 27 sentyabrı bütün Azərbaycan xalqı kimi, yazarlarımız üçün də düşüncə və təfəkkür baxımından dönüş nöqtəsi oldu. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa etdiyi ilk müraciətdən sonra artıq hamının, sanki, qələbə əzmi gücləndi. Böyük fəxrlə deyə bilərəm ki, müharibənin ilk günlərindən yazarlarımız da qələmlərini silaha çevirdilər.

Təbii ki, yazıların əksəriyyəti poetik əsərlər idi, lakin nəsr, esse kimi janrlar da mövcud idi. Şəxsən mən özüm müharibənin ilk gününə həsr olunmuş “Bazar günü” pyesimi məhz oktyabrın 10-da bitirmişdim. Yəni hələ müharibənin necə başa çatacağını bilmədən.

Ümumilikdə, dünya ədəbiyyatı tarixinə nəzər saldıqda, görürük ki, cəmiyyət, xalq üçün bir çox taleyüklü hadisələrdən, müharibələrdən, inqilablardan bilavasitə sonrakı dövrdə, belə demək olarsa, “isti-isti” yazılan əsərlərdə sənədlilik faktoru çox güclü olur. Bizdə də oxşar hadisə müşahidə edildi. Ədəbiyyat adamlarımız sanki özlərinə borc bilirdilər ki, igid qəhrəmanların, şəhidlərin, qazilərin həyat hekayələrini, şücaətlərini ədəbiyyat müstəvisinə keçirsinlər və xalqın real qəhrəmanlıq salnaməsini gələcək nəsillər üçün əbədiləşdirsinlər.

Ümumilikdə, Zəfərdən sonra ədəbiyyatımıza və dramaturgiyamıza yeni nəfəsin gəlməsi faktı danılmazdır. Yunus Oğuzun “Cığır”, “Ovçu”, Səyyad Aranın “Başdaşı”, “Tacın qaytarılması”, Elçin Hüseynbəylinin “Vida”, Alpay Azərin “Ay işığında tabut” hekayəsi, Zahid Sarıtorpaq “Qiyamət qaziləri” romanı, Mustafa Çəmənli “İmarət məzarlığı”, Məhəmməd Oruc “Qalanın İrəvan qapısı”, Vahid Məhərrəmli “Cəbhə gündəliyindən”, Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44”, “Siz mühasirədəsiz, leytenant” romanları, Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı, Rəşid Faxralının “Ruhumuzun zəfər fəsli”, “Üçüncü güllə”, Meyxoş Abdullanın “Əsir qadın” romanı, Əli bəy Azərinin “Zəngəzurlu iki zabit”, “Hərbi Zəngilan”, Vüsal Nurunun “Kənd qatilləri” hekayəsi və onlarla bu mövzuda yazılan nəsr əsəri qeyd oluna bilər.

Bir sözlə, onu deyə bilərik ki, həm nəsrimizdə, həm də dramaturgiyamızda Zəfər mövzusuna münasibət, hələ ki, ilk mərhələdə – yəni patriotik vətənpərvərlik mərhələsindədir. Şübhəsiz ki, bir neçə ildən sonra artıq ikinci mərhələdə müharibə və zəfər mövzusuna ümumbəşəri, psixoloji, hətta tənqidi və digər aspektlərdən yanaşılan və fərqli poetik üslublarda qələmə alınan nəsr və dram əsərlərini müşahidə edəcəyik...

İbrahim İlyaslı, AYB poeziya bölməsinin rəhbəri:

– Son illərdə Zəfər poeziyamızın üfüqləri xeyli genişlənib. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı və xüsusilə də poeziyası bütün zamanlarda həm də ölkədə baş verənlərin bədii inikası kimi ortada olub. XX əsrin sonları və XXI əsrin əvvəlləri Azərbaycanda həm siyasi, həm də mədəniyyət müstəvisində qlobal dəyişikliklər zamanı kimi tarixə keçib. 70 illik sovet rejiminin çökməsi və 20 Yanvar faciəsi, ölkəmizə qarşı Ermənistanın elan olunmamış müharibəsi, torpaqlarımızın işğalı həmin dövrün qarışıq mənzərəsini ehtiva edirdi.

Bütün bu acıların fövqündə yeganə qürur duymalı tarixi olay Azərbaycanın dövlət müstəqilliyi qazanması idi və xalqımız məhz bunun naminə bütün əzablara və faciələrə sinə gərməyə hazır idi. Ulu öndərin ən çətin dövrdə – 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı isə xalqın təbəddülatlarına son qoydu və sabaha olan inamını daha da artırdı.

30 illik bir zaman kəsiyində hər gün, hər an ölkə rəhbərliyi beynəlxalq səviyyədə diplomatik gedişlər edir, ordumuz güc toplayaraq torpaqlarımızı işğaldan azad etməyə hazırlaşır, ədəbiyyatımız xalqı işğalla barışmamağa çağırır, ruhdan düşməyə qoymurdu. Bu mənada, düşünürəm ki, xalqımızın və ordumuzun addım-addım qələbəyə yaxınlaşan yolunu aydınlatmaqda və bu qələbənin qazanılmasında ədəbiyyatımızın da öz xidmətləri var...

Konkret olaraq, 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni vəsf edən Zəfər poeziyası həm də qürur poeziyası oldu. Sələflərimizin bizə əmanət buraxdığı vətənpərvərlik duyğularının üzərində pərvəriş tapdı. XIV əsrdə yaşayıb-yaratmış sərkərdə şairimiz Qazi Bürhanəddinin bir tuyuğunda dediyi kimi:

Ər oldur Həqq yoluna baş oynaya,
Döşəkdə ölən yigit murdar olur.

Yəni söhbət təkcə mövzudan yox, həmin mövzuda yazılan şeiri hansı poetik enerji və ağırlıqla ortaya qoymaqdan gedir. Şükürlər olsun ki, ulularımızın başladığı vətənpərvərlik poeziyası yolu XX əsrin 2-ci yarısının görkəmli Azərbaycan şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Nəriman Həsənzadənin, Məmməd İsmayılın, Zəlimxan Yaqubun və b. timsalında gələcək nəsillərə ötürülməkdə və bir çox yeni nəsil istedadlı şairlərimizin qələmində günümüzədək davam etməkdədir...

Ölkəmizin ərazi bütövlüyü, uzun illər yağıların işğalında qalmış Vətən torpaqlarının azadlığı uğrunda haqq savaşımızda xalqımızın birliyi, müzəffər sərkərdəmizin komandanlığı, şəhid və qazilərimizin canı-qanı bahasına qazandığımız qələbə, əlbəttə ki, qələm adamlarını da bu mübarək zəfəri vəsf etməyə ruhlandırmaya bilməzdi. Odur ki, qələbənin elə ilk günlərindən başlayaraq bu günə qədər şairlərimiz çoxsaylı zəfər şeirləri və poemaları yazmaqda və yayınlamaqdadırlar. Yazılmış əsərlərin çoxluğu, nəşrlərin izlənməsinin və sosial şəbəkələrdəki ədəbiyyat portallarını davamlı sərf-nəzər etməyin çətinliyi səbəbindən bu əsərlərin hamısından bəhs etmək, münasibət bildirmək qeyri-mümkündür. Bununla belə, tanış olmaq imkanı tapdığım poetik nümunələr haqqında fikirlərimi bölüşə bilərəm.

Onu deyim ki, mövzu müqəddəs və həssas, şeir və poemaların bədii səviyyəsi isə minimumdan maksimuma qədər bir şkala üzrə dəyişməkdədir. Əslində, hər kəs belə bir müqəddəs mövzuda qələm çalmazdan öncə yaxşı-yaxşı düşünüb-daşınmalıdır: Mənim yazdığım şeir bu Zəfərin qazanılması üçün canından keçmiş şəhidlərimizin şəninə layiq olacaqmı, onların qəhrəmanlıqlarını bədii sözün fövqünə qaldıra biləcəyəmmi?

Təəssüf ki, məruzəni hazırlayarkən çap olunmuş kitablarda, yayınlanmış qəzet və dərgilərdə, eləcə də sosial platformalarda bu müqəddəs mövzuda qələmə alınmış yetərincə zəif, qələbəmizin qüdrətinə yaraşmayan nəzm nümunələri ilə də rastlaşdım. Poeziyanı şərtləndirən kriterilərdən xəbərdar olan zövqlü oxucular mövzunun həssaslığını nəzərə alıb aşkar tənqidi münasibət bildirməyə çəkinsələr də, ciddi ədəbi cameələrdə, yumşaq desək, buna bir etiraz dalğası, inciklik mesajları hiss olunmaqdadır. Belə halların baş verməsində müəlliflərlə yanaşı, naşirlərimiz də, nəşrlərin redaktorları da məsuldurlar.

Elə bu səbəbdəndir ki, bəlli mövzuda saysız-hesabsız şeirlər və poemalar yazılsa da, oxucuların qəlbinə yol tapan, dillər əzbərinə çevrilən, ürəkləri riqqətə gətirən, tənqidçilərin diqqətini cəlb edən poeziya nümunələri nisbətdə çox azdır. Elə bu anda yazı masamın üzəri kitab, jurnal və qəzetlərlə dolu olmağına, mövzuya aid açar sözlər vasitəsilə internetdə axtarışlar aparmağıma baxmayaraq, “Bax, bu şeir zəfərimizin qüdrətini bütün çalarları ilə sözün ucalığına qaldırıb”, – deyə sitat gətirəcəyim poeziya nümunələri o qədər də çox deyil.

Bu mənada, AYB Hərbi vətənpərvərlik komissiyasının sədri, tanınmış şair və bəstəçi Şahin Musaoğlunun əsgərlərimizin, eləcə də bütün gənclərin dilinin əzbəri olan, orta məktəb dərsliklərində tədris olunan şeirlərini ilk növbədə xatırlatmaq istəyərdim. Onun tanınmış hərbi diktor və müğənni Şəmistan Əlizamanlının ifasında səslənən “İgid əsgər, möhkəm dayan!”, “Cənab leytenant” və s. şeirləri hərbi hissələrimizdə və efir məkanımızda davamlı olaraq səslənməkdə və sevilməkdədir. Çağdaş poeziyamızın ünlü ismi, şair Ramiz Qusarçaylının məşhur “Azərbaycan bayrağı”, Elçin Mirzəbəylinin “Azərbaycan əsgəri” şeirlərinin, eləcə də İlqar Fəhmi ilə Səlim Babullaoğlunun yeni hərbi marş yazmalarının da bu mövzuda ayrıca yeri var. Bu sırada, hərbçi-şair Zəminə Xınalının hərbi məktəblərimiz üçün yazdığı himn və marşları da xatırlatmaq yerinə düşərdi. Azərbaycanın Milli Qəhrəmanı, düşmən ordusu ilə təkbaşına döyüşdə misilsiz qəhrəmanlıq göstərərək şəhid olmuş Mübariz İbrahimovun şəninə yazılmış çoxsaylı şeirlər və poemalar isə zəfər poeziyamızın ayrıca bir səhifəsi olaraq ədəbiyyat tariximizə düşüb.

Azər Turan, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru:

– Milli məfkurə və savaş ruhu bütün estetikaların fövqündə dayanan nəsnədir. Millətimiz 2020-ci ilin noyabrında zəfər və bayraq sevincini tarixdə heç zaman yaşamadığı bir coşquyla yaşadı. Çünki “Dəmir Yumruq” 30 ilin deyil, 250 ilin işğal tilsimini sındırmışdı, 250 ildən bəri əzab çəkən heysiyyətimizin, qanayan qürurumuzun qisası alınmışdı; qondarma erməni mifinin özülü məhv edilmişdi. İlham Əliyev dünyanın gözü qarşısında Daşnaksütyun, Nemesis, Andranik, Şaan Natali mifini əzdi, tarixin axarını Azərbaycanın xeyrinə dəyişdi.

Ədəbiyyatımız zəfər sevincini buna layiq mətnlərlə cavablandıra bildimi? Həmkarlarım bu sualı imkan daxilində cavablandırdılar. Mənsə Zəfərin bədii publisistika inikasından danışmaq istərdim.

Müharibə şəraitində, adətən işlək olan janr publisistika olur. İkinci Qarabağ savaşı günlərində də publisistika ədəbiyyatın aparıcı janrına çevrildi.

44 günlük savaş və onun fərəhli nəticəsi Qarabağı və özəlliklə Şuşanı ədəbiyyatımızın, eləcə də publisistikamızın dominantına çevirdi. Azərbaycan düşüncə tarixində Şuşa və Qarabağ heç zaman 2020-ci ilin noyabrından sonra olduğu kimi belə vüsətlə təmsil olunmamış, bu miqyasda ədəbiyyatın predmetinə çevrilməmişdi.

2020-ci ilin noyabrından etibarən milli publisistikamızda Qarabağnamələr dövrünü Zəfərnamələr dövrü əvəz etdi. Azərbaycan Yazıçılar Birliyində Anarın ideya müəllifliyi və Rəşad Məcidin Ön sözü ilə nəşr olunmuş “Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri” kitabı Zəfərnamələr mərhələmizin ilk əsəri oldu. Növbəti Zəfərnamə Elçin Hüseynbəylinin Ön sözü ilə nəşr olunmuş “Bütün yollar Şuşaya aparır” kitabı idi. Hər iki kitab, təbii ki, millət olaraq tərcümeyi-halımızın çox dəyərli səhifələrini ehtiva edir.

44 günlük savaş dövründə “Ədəbiyyat qəzeti”nin oktyabrın 3-dən noyabrın 14-ə qədər 6 sayı “Qarabağ Azərbaycandır və nida” başlığı ilə dərc olunurdu. Ədəbiyyatımızın həmin günlərdəki siması barədə aydın təsəvvür əldə etmək üçün qəzetin həmin saylarına baxmaq bəs edər. Savaş dönəmində Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələri – şeirlər, poemalar, hekayələr, o cümlədən ədəbi tənqidi yazılar, publisistik məqalələr məhz “Ədəbiyyat qəzeti”nin həmin nüsxələrindədir. İlk publisistik və proqram səciyyəli “Ali Baş Komandanın əmri” adlı yazını akademik Nizami Cəfərov yazdı. Elnarə Akimovanın “Yalnız Qarabağ uğrunda”, mənim “Burası Turan qapısı”, Tehran Əlişanoğlunun “Tarixin fürsəti”, Səlim Babullaoğlunun “Dünya ədəbiyyatçılarına müraciət”i, Elxan Zal Qaraxanlının “Ülkümüzün Qarabağ səhifəsi”, Rüstəm Kamalın “Müqəddəs savaşımız və sözümüz”, Cavi Danın “Müharibə düşüncələri”, Şəhriyar del Geraninin “Torpaq insanı udanda qəbir olur, İnsan torpağı udanda şəhid” yazıları savaşın ilk həftəsində dərc etdiyimiz publisistik məqalələr oldu.

Dediyim kimi, noyabrın 14-ə kimi proses bu şəkildə davam etdi. Qəzetin hər yeni sayı müharibə təəssüratlı yazılarla təqdim olunurdu. Yenə də mənim “Salam türkün bayrağına və yaxud dağılan erməni mifi”, “Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə - Əli bəy Hüseynzadə örnəyi”, “Tanrının evi – Türk Qarabağı və bir hilal uğruna batan günəşlər”, Elnarə Akimovanın “Ermənilərin öldürdüyü uşaqlar”, “Şuşada azan səsi”, Sadıq Elcanlının “Müqəddəs qələbəyə and içirəm” yazıları... “Müharibə ədəbiyyatı nə zaman yaranacaq?” sualına Kamal Abdulla “Müharibə və onun ədəbi-bədii əks-sədası” məqaləsi ilə cavab verdi.

Əlif Şəfəqin ermənipərəst mövqeyi də məhz həmin günlərdə Azərbaycan yazıçıları tərəfindən açıq məktub şəklində “Ədəbiyyat qəzeti”ndə tənqid olundu. Akademik İsa Həbibbəyli də, yazıçı Eyvaz Zeynalov da Əlif Şəfəqə qəzet vasitəsilə etiraz dolu fikirlər ünvanladılar. Vaqif Yusiflinin, Rüstəm Kamalın, Azər Abdullanın, İlqar Fəhminin, Sərvaz Hüseynoğlunun, Səadət Şıxıyevanın məqalələri döyüşkən publisistika örnəkləridir.

Çingiz Abdullayevin “Rosiyya-1” televiziya kanalında Solovyova verdiyi cavabı da “Niyə siz Azərbaycanın ağrısını eşitmək istəmirsiniz?" sərlövhəsi ilə təqdim etdik.

Hədiyyə Şəfaqət, Günel Eyvazlı, Kamran Yusifzadə, Asif Quliyev, Nəriman Qasımoğlu, Nizaməddin Şəmsizadə, Firudin Qurbansoy və digər tanınmış qələm sahibləri dəyərli publisistik yazılarla qəzetdə çıxışlar etdilər. Adil Cəmilin Cavanşir Yusiflinin, Məti Osmanoğlunun, Rahid Uluselin, Mətanət Vahidin, Orxan Arasın, Sevinc Nuruqızının, Tahirə Məmmədin yazıları da o qəbildəndir. Azərbaycan radiosu isə müharibə günlərində Rafiq Həşimovun təşəbbüsü ilə “Əsgərə məktub” verilişini xüsusi rubrika kimi təqdim etdi. İlk dəfə idi ki, Azərbaycan radiosunun araçılığı ilə epistolyar janr dövriyyəyə qatılır, Azərbaycan yazıçılarının Azərbaycan əsgərlərinə məktubları səsləndirilirdi.

Bu gün bütün savaş və zəfər əhvalımızı həm ədəbi, həm ictimai baxımdan tam dolğun əks etdirən bir publisistik mətni xüsusi qeyd etmək istəyirəm. Söhbət Emin Pirinin “Müharibə gündəliyi” əsərindən gedir. Mətni əsgərin özü yazıb. Müəllifi həm müstəqillik dövrü poeziyamızın modernist şairlərindən, həm də Qarabağ uğrunda savaşan milli ordunun zabitlərindəndir. Və “Müharibə gündəliyi” də savaş günlərində, belə demək olarsa, ön atəş xəttində yaranmış yeganə əsərdir. “İkinci Qarabağ savaşı barədə ciddi əsər yaranmadı” deyə, Azərbaycan yazıçılarına irad tutan, məsələyə nihilist yanaşan dostlarımızın diqqətini həm də “Müharibə gündəliyi”nə yönəltmək istəyirəm. Əsərin məziyyətləri çoxdur.

AYB-nin və Azərbaycan PEN klubunun bəyanatları da “Ədəbiyyat qəzeti”nin həmin saylarında dərc olunub. Xalq yazıçısı Anarın 1 aylıq Prezident təqaüdünü Silahlı Qüvvələrə bağışlaması barədə məlumat da müharibə dövrümüzü əks etdirən həmin səhifələrdir. “Ədəbiyyat qəzeti” ilə yanaşı, “525-ci qəzet”də, “Xalq qəzeti”, “Azərbaycan” və digər mətbu orqanlarda savaş çağının dəyərli publisistik yazıları oxuculara təqdim olunub…

Bəli, 44 günlük savaş və onun fərəhli nəticəsi Qarabağı, özəlliklə Şuşanı ədəbiyyatımızın, eləcə də publisistikamızın dominantına çevirdi. Azərbaycan düşüncə tarixində Şuşa və Qarabağ heç zaman 2020-ci ilin noyabrından sonra çox böyük vüsətlə təmsil olunmuş, bütün miqyası ilə ədəbiyyatın predmetinə çevrilmişdir. İnanırıq ki, bundan sonra da Zəfər mövzusunda dünyaya səs sala biləcək mükəmməl əsərlər yazılacaq.

Səhifəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see691

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see287

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see283

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see269

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see267

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see260

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see254

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see253

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see252

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see251

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see245

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see236

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see231

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see228

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see227

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see223

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see219

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see218

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri